Uill Smitin evində "hörümçək ovu əməliyyatı" - VİDEO
Hollivud ulduzu Uill Smit "Oskar" qalmaqalından sonra sosial şəbəkədə ilk paylaşımını edib. Belə ki, o, evində həyata keçirdiyi "hörümçək ovu əməliyyatı"nın videosunu özünün "Instagram" hesabında yerləşdirib.
BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, kadrlarda 53 yaşlı amerikalı aktyorun iri tarantuldan qorxaraq divana çıxdığı görünür. O, böyük oğlu Treyə həşəratın tutulmasını həvalə edir və "cəsarətləndirdiyi" eşidilir.
"Lənətə gəlsin... Bu, nəhəng hörümçəkdir! Gəl görək, sən gənc və güclüsən, sancmasının öhdəsindən gələ bilərsən", - deyə Uill Smit oğluna səslənir.
Görüntülərdə bundan sonra aktyorun oğlunun hörümçəyi tutduğu görünür.
"Bu, həyatımızda gördüyümüz ən böyük hörümçəkdir", – deyə Trey bildirir.
Uill Smit isə bu məsələnin onun heç xoşuna gəlmədiyini, evi satmalı olacağını deyir.
Evdə nəhəng tarantulun gəzməsinə Uill Smitin həyat yoldaşı Cada Pinkett Smit də laqeyd qalmayıb və: "Artıq bu ONUN evidir", - deyə paylaşıma şərh yazıb.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Hollivud ulduzu "Oskar-2022"də yaşanan qalmaqaldan sonra böyük kinoya qayıdır. Belə ki, aktyor tezliklə öz bioqrafik filmi ilə ekranlarda görünəcək. Çəkilişləri "Netflix" striminq xidməti öz üzərinə götürmək istəyir.
Xatırladaq ki, ABŞ-da keçirilən 94-cü "Oskar" mükafatlandırma mərasimində "Ən yaxşı sənədli film" nominasiyası üzrə namizədlərin adları açıqlandığı vaxt qalmaqal yaşanıb. Belə ki, aparıcı Kris Rokun çıxışı zamanı Uill Smitin həyat yoldaşının qısa saçı ilə bağlı zarafatına aktyor şillə ilə cavab verib. Bundan sonra Kino Sənətləri və Elmləri Akademiyası Smitə "Oskar" da daxil olmaqla 10 il ərzində öz tədbirlərində iştiraka qadağa qoyub.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKonsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı
Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri
07.11.2026 205 Anasının evində əşyalara əl vurulmasını qoymur
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl vəfat edən anasının evindən görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı anasının yoxluğundan sonra evdəki əşyaların yerini dəyişmədiyini bildirib. O, anasının sağlığında hər şeyi necə qoyubsa, elə də saxladığını qeyd edib. K.Babayeva anasının eyvanda
07.11.2026 365 Bir araya gəlmələrinin SƏBƏBİNİ AÇIQLADI
Gürcü müğənni Dato Xalq artisti Aygün Kazımova ilə bir araya gəlmələrinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, müğənni "MTV Maqazin"ə açıqlamasında Aygün Kazımova ilə duet oxuyacaqlarını bildirib. O qeyd edib ki, hazırda bu barədə Pop Diva ilə görüşüb, danışıblar və mahnı axtarışındadırlar
00:08 231 "Bir səhər əllərini sonuncu dəfə tutdum"
Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc
01.11.2026 527 Röyanın tanınmaz halda GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Xalq artisti Röya Ayxan bu dəfə fərqli və sirli obrazı ilə diqqət çəkib. Mavi üz boyası, al-qırmızı saçları və qeyri-adi görünüşü ilə kamera qarşısına keçən sənətçi Halloween bayramına özəl maraqlı çəkiliş etdirib. Beauty, Beast & Bugs" adlandırılan layihə həm konsepti, həm də vizual həlli il
01.11.2026 798 Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
02.11.2026 683 Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını
29.10.2026 752 Böyük qızı Xalq artisti ilə fotosunu paylaşıb bunları yazdı
Qızı Hökumə Xalq artisti Mələkxanım Eyubova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, anası ilə fotosunu yayımlayaraq bunları yazıb:. "Ana, ad günün mübarək! Sənə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Hər gün sənə sevinc, təbəssüm və istilik bəxş etsin
12:10 139 Gülay Zeynallı görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTO
Müğənni Gülay Zeynallı sosial mediada görünüşü ilə diqqət çəkib. xəbər verir ki, müğənninin "instagram" hesabında yeni görüntüləri yayımlanıb. Paylaşımda Gülay gözəlliyi və fit görünüşü ilə hər kəsi heyran edib. Sözügedən fotoları təqdim edirik:
00:10 295