Nəsrin vəfat edən aktyor haqda: "Hamımızı suya aparıb, susuz gətirərdi"
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə bir neçə gün əvvəl vəfat edən aktyor Civan Canova ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, mərhum aktyorla sonuncu dəfə "Üç kuruş" serialında rol alan aktrisa onunla bağlı xatirələrini bölüşüb:
"Çəkiliş meydançalarına həmişə eyni avtomobillə gedirdik. Bəzən qayıdanda da bir yerdə olurduq. Həmişə "birinci Nəsrin xanımı evinə düşürək" deyirdi. Əsl centlmen idi. Öz dövrümdə görmədiyim tipdən. Onunla istənilən mövzuda danışa bilərdik. "Whatsapp" qrupumuzda iyrənc zarafatlar edəndə ondan üzr istəyərdim. Deyirdi ki, "Sən niyə məndən üzr istəyirsən, elə bilirsən bunlara gülə bilmirəm?". Hamımızı suya aparıb, susuz gətirərdi. Amma hiylə ilə deyil, ağlı, vicdanı, ruhu, yaşadığı həyatı, durduğu yer, danışdığı söz, tutduğu həcmlə. Ədəbiyyat, kino, rəssamlıq, poeziya, teatr, onunla hər şey danışmaq mümkün idi! Axırıncı dəfə dedim ki, sizi ziyarətə gələcəm. "Gəl, gözləyirəm, Nəsrinim" dedi. Xəstəxanada belə narahat halda uzananda da heç vaxt "yox" demədi. Amma öz aramızda fikir ayrılığı yaşadıq. Mənim də bəsirətim bağlandı, gedərəm birdən virusa yoluxar, mənə görə daha da pisləşər... Sabah da çəkdiyimiz səhnələrə oxşar şəkildə bir araya gələcəyik. Bu yazdıqlarım da boşdur, amma olsun. Sənin olduğun yer dolmaz. Səni çox sevirəm, yaxşı ki, mənim bir parçamsan. Qəlbimdəsən".
Qeyd edək ki, C.Canova xərçəng xəstəliyindən əziyyət çəkirdi.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Orxan Gəncəbayın oğlu evləndi - VİDEO
Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb
16.09.2021 3352 Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO
4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl
16.09.2021 1693 Əməkdar artist vəfat etdi - FOTO
Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf
16.09.2021 7387 Sənubər İsgəndərlidən XOŞ XƏBƏR
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü
17.09.2021 4207 Pandemiyada ikinci restoranını açdı
Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını
17.09.2021 3697 Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR
Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib
18.09.2021 5899 Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi
"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə
17.09.2021 4785 41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO
Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb
16.09.2021 6043 Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO
Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas
16.09.2021 7167