Azərbaycanın bölgələrinin inkişafı davamlı xarakter daşıyır

Azərbaycanın bölgələrinin inkişafı davamlı xarakter daşıyırRegionların inkişafı Prezident cənab İlham Əliyevin daxili siyasətinin ən vacib sahələrindən biri olduğundan onun Azərbaycanın müxtəlif rayonlarına səfərləri mühüm əhəmiyyət kəsb edir. Prezident ölkə rəhbəri kimi görülən işlərlə yerində tanış olmaqla və dərhal tapşırıqlar verməklə insanlarda davamlı inkişaf üçün əminlik yaradır. Vətəndaşlar qısa zaman ərzində genişmiqyaslı işlərin şahidi olur. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri də bu qəbildən olan əhəmiyyətli səfər idi.
Ölkə rəhbəri səfər zamanı Azərbaycan dövlət televiziyasına müsahibəsində olduqca vacib məsələlərə toxundu. Bu məsələlər həm bölgələrdə görülən çoxşaxəli işləri, həm də postmüharibə dövründə cərəyan edən hadisələri əhatə edirdi. Qeyd edilib ki, ötən dövr ərzində dövlət proqramlarının icrası nəticəsində çoxsaylı işlər görülüb, bölgələr tam şəkildə əhatə olunub. Bu istiqamət üzrə görülən işlər davamlı xarakter daşıyır. Dövlət tərəfindən hər bir bölgənin özünə xas şəkildə inkişafına töhvələr verilmiş və bu işlər bu gün də davam etməkdədir. İnfrastruktur layihələrinin həcmi və icrasından əldə olunan nəticələr kifayət qədər uğurludur.
Ölkə başçısı kənd təsərrüfatının ölkə iqtisadiyyatında rolunu nəzərə alaraq bu sahənin inkişafı ilə bağlı işlərin görülməsi üçün ciddi tapşırıqların verildiyini bir daha diqqətə çatdırdı. Özümüzü problemlərdən tam sığortalamaq üçün praktiki işlərin aparılması ərzaq təhlükəsizliyini təmin etmək üçün də mühüm rol oynayacaq.
Bildirilib ki, ölkədə infrastruktur layihələri uğurla icra edilir. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda isə bu rəqəm 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunub və elektriklə təchizat tam təmin edilib. Hazırda İsmayıllı - Muğanlı yolunun yeni hissəsində işlər davam edir, həmçinin kənd yollarında asfaltlaşma aparılır. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilib, 100-ə yaxın məktəb inşa edilib, ya da əsaslı şəkildə təmir olunub. Bu rayonlarda yeni iş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib.
Ölkəmizin qədim kəndlərindən biri olan Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcəkdir. Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır ki, orada işləyənlər də yerli sakinlərdır. Cənab Prezident Basqal qəsəbəsinin tarixi simasının qorunması və burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Müzəffər Ali Baş Komandanın müsahibə zamanı toxunduğu önəmli məsələlərdən biri də Qarabağda yaşayan ermənilərə qarşı Azərbaycan dövlətinin münasibəti idi. Prezident bildirdi ki, onlar bizim vətəndaşlarımız olduqlarını nə qədər tez dərk etsələr, o qədər də hamı üçün yaxşı olar. Ermənistan hakimiyyətinin Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirirməsi, Azərbaycan hakimiyyətinin isə öz təsir imkanlarını artırması nəticəsində onlar açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil. Cənab Prezident "Qisas" əməliyyatı ilə bağlı danışarkən bu əməliyyatın Ermənistan üçün dərs olduğunu vurğulayaraq onların çirkin əməllərindən əl çəkməyə çağırdı. Azərbaycan güclü tərəfdir və sərt şəkildə revanşist qüvvələrin cavabını vermək iqtidarındadır. Ermənistan hökümətinin də, Qarabağda yaşayan ermənilərin də çıxış yolu Azərbaycan dövləti ilə hesablaşmaqdır.

Tufan Məmmədov – iqtisadçı ekspert


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 860   Tarix: 15 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 266
.

Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri

10:33 117
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

08.11.2026 189
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

08.11.2026 315
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

08.11.2026 245
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 255
.

Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb

10:40 113
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 262
.

Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi

Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri

08.11.2026 246
.