"Qisas" əməliyyatı ordumuzun gücünü bir daha göstərdi

"Qisas" əməliyyatı ordumuzun gücünü bir daha göstərdiAyqustun 12-də Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində olarkən Azərbaycan Televiziyasına müsahibə vermişdir. Ölkə başçısı müsahibəsində Azərbaycan xalqının, dövlətinin və ordusunun qətiyyətini bir daha qeyd etdi. Cənab Prezident bu müsahibə zamanı bir çox sahəyə öz münasibətini bildirməklə yanaşı Laçın istiqamətində həyata keçirilmiş qısamüddətli, lakin güclü təsirə malik əməliyyatın əhəmiyyətini xüsusi vurğuladı. Əlbəttə, ölkənin taxıla, buğdaya olan ehtiyacı və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər vacib amillərdir. Ölkəmiz bu istiqamətdə lazımi işlər görür. Lakin ərazi bütövlüyümüzün təminatı, sülhün tam mənada bərpası həm də azad olunmuş torpaqlarda əkinçilik və maldarlığın inkişaf etdirilməsi ilə ərzaq təhlükəsizliyinə verilmiş töhfə olacaqdır və ölkə başçısınını qeyd etdiyi kimi bu proses artıq başlanmışdır.
Bu il avqust ayının əvvəlində Laçın istiqamətində on səkkiz yaşlı əsgərimizin Ermənilər tərəfindən şəhid edilməsi və buna verilən ən sərt cavab, növbəti dərs dəmir yumruğun yerində olmasını sübut edən amil idi. Ordumuz "Qisas" əməliyyatı keçirərək şəhidimizin qanını yerdə qoymadı alındı və qarşı tərəf ciddi şəkildə cəzalandırıldı. Ermənistan cəmiyyəti və havadarları ordumuzun gücünü bir daha gördü.
Cənab Prezidentin bildirdiyi kimi Azərbaycanın qarşısında ciddi hədəfləri və bu hədəfləri həyata keçirmək üçün gündəliyi mövcuddur. Ölkəmiz qarşısına qoyduğu bütün hədəflərə çatır və ciddi uğurlar əldə edir. Bizi heç bir siyasi, iqtisadi, hərbi qüvvə saxlaya bilməz. Ölkəmiz öz ərazisində istədiyi qanuni addımı ata bilər. Əlbəttə, üç dövlət arasında imzalanmış 2020-ci il 10 noyabr Bəyanatı həyata keçirilməlidir. Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinə və erməni terrorçu ünsürlərə məxsus silahlı dəstələr qalmamalıdır. "Qisas" əməliyyatı təkcə şəhidimizin qisasını almadı, eyni zamanda da çoxlu sayda erməni yaraqlılarının ərazidən çıxarılmasına səbəb oldu. 100 min nəfərdən çox orduya malik Azərbaycanı heç bir qüvvənin, bəyanatın, açıqlamanın durdura bilmədiyini bütün dünya bir daha gördü.
Bu gün Cənubi Qafqaz regionu artıq sülhün və əməkdaşlığın mərkəzinə çevirilməkdədir. Tarix boyu Rusiya imperiyasının cənub sərhədlərində yerləşən bu ərazi indi müstəqil siyasət yürüdən və yeni reallıqların formalaşdığı bölgədir. Azərbaycan yerləşdiyi regionun inkişafında yeri gəldikdə siyasi, iqtisadi, ictimai, yeri gəldikdə isə hərbi təsir gücünə malik olduğunu dəfələrlə sübut edib. Təkcə qonşu Gürcüstanın inkişafında Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin və nəqliyyat yollarının böyük əhəmiyyəti vardır. Əgər rəsmi İrəvan doğru mövqe seçsəydi, analoji inkişaf meyilləri Ermənistanla da həyata keçirilə bilər və regionumuz çox böyük tərəqqi yolu keçmiş olardı. Lakin 30 illik işğal hər üç dövləti geriyə saldı. Azərbaycan alternativ yollar tapdı və inkişaf etdi. İndi Qarabağ müharibəsinin bitməsi və Ermənistanla normal münasibətlərin yaradılmaq imkanlarının formalaşması möhkəm sülhə ümidləri artırır.
Azərbaycan çoxmillətli, çoxkonfensiyalı, tolerant bir dövlətdir. Azərbaycanın digər vətəndaşları kimi ermənilər də ölkə ərazisində yaşayacaqlar. İndi Qarabağda yaşayan ermənilər gördülər ki, nə rəsmi İrəvan, nə Rusiya sülhməramlıları onların problemlərinin həllində yardım edə bilmir. Azərbaycan isə onlara yeni və keyfiyyətli yol çəkir, onların qazla təminatını həyata keçirir, təhlükəsizliyini təmin edir. Ermənilər başa düşməyə başlayıblar ki, gələcək inkişafları məhz Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 665   Tarix: 15 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 266
.

Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri

10:33 117
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

08.11.2026 189
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

08.11.2026 315
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

08.11.2026 245
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 255
.

Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb

10:40 113
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 262
.

Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi

Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri

08.11.2026 246
.