SOS: Günəş şüaları bədxassəli şişlərə səbəb ola bilər - FOTO

SOS: Günəş şüaları bədxassəli şişlərə səbəb ola bilər - FOTOHavaların kəskin isti keçməsi ilə bağlı dünyada və ölkəmizdə mütəmadi məlumatlar verilir, əhalinin bu cür hava şəraitində ehtiyatlı olmasına dair xəbərdarlıqlar edilir. Yay mövsümündə günvurma hallarına tez-tez rast gəlinir. Günəş şüaları altında fasiləsiz fiziki işlə məşğul olmaq, bəzən çimərlikdə saatlarla vaxt keçirmək insanları günvurma təhlükəsi ilə üz-üzə qoyur.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, ATU-nun Dermatovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov deyir ki, açıq havada işləyənlər və qızmar Günəş altında istirahət edənlər günvurma təhlükəsini mütləq nəzərə almalıdırlar:

"İsti havalarda insanları günvurmanın hansı hallarda baş verməsi və bundan qorunmaq üçün hansı tədbirlər görülməsinin lazım olduğu daha çox maraqlandırır. Xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olanların isti havalarda xəstələnib yatağa düşməməsi üçün bir sıra tədbirlərin görülməsi vacibdir. Lakin istidən qorunmaq tədbirləri tamamilə sağlam insanlara da aiddir.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki ümumiyyətlə, Günəşə qarşı həssas olan insanlar günün qızmar vaxtlarında bayıra çıxmamalı, çıxarkən baş örtüklərindən, eynəklərdən, o cümlədən dərini qoruyan bir sıra kremlərdən (SPF tərkibli) istifadə etməlidirlər".

Həkim bildirir ki, bəzən açıq havada uzun müddət qaldıqdan sonra dəridə xoşagəlməz ləkələr yaranır:

"Bu xəstəliyə səbəb dərimizdə mövcud olan saprofit, yəni dərinin normal florası sayılan "Pityrosporum ovale" adlı zərərsiz maya göbələyidir. Onun sağlamlığa mənfi təsiri olmasa da, dəridə kosmetik defekt sayılır. Ləkələr açıq-çəhrayı, tünd və açıq-qəhvəyi, bəzən də ağ rəngdə olur. Məhz ona görə də bu xəstəliyin adı rəngbərəng dəmrovdur. Göbələyin dəridə yayılma səbəbi isti və nəmli havada çox tərləmək, dərinin yağlı olması, zəifləmiş immun sistemi, hormonal dəyişikliklər və sairdir.

Rəngbərəng dəmrov daha çox yeniyetmə və gənc yaşlarda olur. Çünki məhz bu yaşlarda dəridə yağlanma başlayır və bu xəstəlik ən çox seboreik nahiyələrdə (sinə, kürək, qolların üst hissəsi, boyun və baş) görünür. Həmin ləkələrin üzərində bəzən incə pulcuqlar da görünə bilər. Bu zaman heç bir subyektiv şikayət vermir, lakin başa yayılanda şiddətli qaşıntı ilə müşayiət olunması mümkündür. Bu xəstəliyə diaqnoz müayinə zamanı qoyulur. Ona görə də bunun üçün heç bir analiz lazım deyil. Dərinin rəngindən asılı olaraq səpkilərin tonları dəyişir ki, bunun üçün "vud lampası" ilə müayinə etmək lazım ola bilər".

Günəş şüaları nəticəsində üzdə yaranan ləkələr və onların qarşısını almağın yollarından da danışan mütəxəssis qeyd edir ki, buna tibdə melasma deyilir:

"Bu, bədənin Günəş görən hissələrində sonradan ortaya çıxan, qəhvəyi rəngdə ləkələr şəklində özünü göstərən bir dəri xəstəliyidir. Bu ləkələrə bəzən xloasma da deyilir. Adətən, üzün hər iki tərəfi zədələnir. Ən çox yanaqlar, burun, alın və dodaq üstündə görünür. Bu xəstəlikdən qorunmaq üçün Günəş işığına çıxmazdan öncə SPF tərkibli qoruyucu kremlərdən istifadə etmək lazımdır. Payız aylarında isə həmin tünd ləkələr nisbətən solur".
SOS: Günəş şüaları bədxassəli şişlərə səbəb ola bilər - FOTOYay aylarında insanların daha çox tərləməsinə də diqqət çəkən həkim öz məsləhətlərini səsləndirib:

"Həddən artıq tərləmənin ən müasir və təsirli müalicə növlərindən biri botulinoterapiya ilə müalicədir. Botoks - tərkibində botulinum deyilən bir toksin olan dərman vasitəsidir. Kosmetologiyada üzdəki qırışların açılması üçün botoks inyeksiyalarından geniş istifadə olunur. Eyni zamanda, botoks qoltuqaltı bölgədə həddindən artıq tərləməyə qarşı da istifadə edilir. Botoks vurulandan dərhal sonra çox tərləmə problemi aradan qalxır. Dərmanın təsiri dörd-altı ay davam edir. Adətən, ildə bir dəfə, havalar istiləşəndə bu proseduru təkrar etmək lazımdır".

Onun sözlərinə görə, dəriyə birbaşa nüfuz edən Günəş şüaları sonradan hətta bədxassəli şişlərə də səbəb ola bilər:

"Günəş şüalarının dəriyə birbaşa təsiri müxtəlif Günəş yanmalarına gətirib çıxarır. Birbaşa nüfuz edən Günəş şüaları müxtəlif qıcıqlanmalara səbəb ola və hətta bədxassəli şişin yaranması ilə nəticələnə bilər. Əgər başda, üzdə xallar varsa, Günəş şüalarının ona nüfuz etməsi çox ziyandır. Ona görə də bədənin açıq olan hissələrinə mütləq kremlər sürtülməlidir".

İsti aylarda gigiyena qaydalarına da riayət olunmasının vacibliyini vurğulayan professor F.Mahmudov qeyd edir ki, bu, sağlamlıq və infeksiyalarla mübarizə baxımından önəmlidir:

"Dəri nə qədər nəfəs ala bilirsə, orqanizmə o qədər faydalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 987   Tarix: 15 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 266
.

Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri

10:33 117
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

08.11.2026 189
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

08.11.2026 315
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

08.11.2026 245
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 255
.

Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb

10:40 113
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 262
.

Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi

Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri

08.11.2026 246
.