Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR
Avqustun 16-dan 28-dək I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, DİM tərəfindən müvafiq qruplar üzrə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı kitabçalar nəşr olunub. Kitabçalarda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib.
Daha əvvəl isə DİM orta ixtisas təhsili pilləsi üzrə "Subbakalavr" peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışını nəşr edib. Bu xüsusi buraxılışda "2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı", "Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli" və digər faydalı məlumatlar təqdim olunub.
"Abituriyent" jurnalının 4-cü nömrəsində isə 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.
Abituriyentlər elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən məsləhət mərkəzlərinə müraciət edə bilərlər. "Abituriyent məsləhət mərkəzləri" haqqında ətraflı məlumat linkdən tanış olmaq mümkündür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 835 Tarix: 15 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniyada etirazlar: Merts hökumətinin istefası tələb edilir
Almaniyanın şərqindəki Saksoniyanın Plauen şəhərində Almaniya kansleri Fridrix Merts hökumətinin istefası tələbi ilə nümayiş başlayıb. "Projekt M1llion" etiraz hərəkatı bütün ölkə üzrə tərəfdarlarını səfərbər edərək təxminən 10 00 iştirakçının olduğunu elan edib. -ın xəbərinə görə, bu barəd
12:20 71 İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp arasında telefon danışığı olub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumat yayıb. Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönüm
08.08.2026 235 Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? - FOTO
Aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilməsi xəbərindən sonra onun şəxsiyyətinə maraq yaranıb. BİG.AZ Yeni Sabah-a istinadən xəbər verir ki, adı "AİD Group"la əlaqələndirilən S.Yəhyazadə barədə bilgilər əslində, çox məhduddur. O, ali təhsili olmadığı halda proqramlaşdırma üzrə AyT
08.08.2026 464 Kavelaşvili: Gürcüstan Abxaziya və Samaçablosuz mövcud ola bilməz
Gürcüstan Abxaziya və Samaçablosuz mövcud ola bilməz. "Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili 2008-ci il avqust müharibəsinin 18-ci ildönümü ilə bağlı çıxışında deyib. O, ölkənin ərazi bütövlüyünün bərpasının dövlət siyasətinin əsas istiqamətlərində
11:45 98 Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb
Macarıstanın hakim "Tisa" partiyası ölkənin Ali Məhkəməsinin keçmiş rəhbəri Andraş Bakanın prezidentliyə namizədliyini irəli sürüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyası bildirib. Bakanın avqustun 11-i bu vəzifəyə seçiləcəy
08.08.2026 162 Bu şəxslər ad və soyadını DƏYİŞƏ BİLMƏZ - RƏSMİ
Ədliyyə Nazirliyi Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı hüquqi proseduru və vətəndaşların bilməli olduğu əsas qaydaları bir daha xatırladıb. "Bakupost" xəbər verir ki, nazirliyin məlumatına əsasən, Azərbaycan vətəndaşları 18 yaşına çatdıqdan sonra adını, ata adın
08.08.2026 361 Bu tarixdən havalar dəyişir - İSTİLƏR BİTİR
Azərbaycanda müşahidə olunan isti hava şəraitinin nə vaxt dəyişəcəyi ilə bağlı suallar davam edir. Mövzu ilə bağlı -a danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev xalq arasında "yayın yarısı" kimi tanınan dövrə yaxınlaşıldığını bildirib. Onun sözlərinə görə, ayın 5-6-sı
00:13 324 8 gün iş OLMAYACAQ - TƏQVİM
2026-cı ilin sentyabr ayında Azərbaycanda çalışanlar üçün 8 qeyri-iş günü nəzərdə tutulur. Sentyabr ayının 6, 13, 20 və 27-si bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur. Bundan əlavə, altıgünlük iş həftəsi ilə işləyənlər 4 gün istirahət edəcəklər. Beləliklə, 2026-c
00:07 312 İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
Xəzər rayonu ərazisində oğurluq faktı qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkd
08.08.2026 181