Freddi Merkuri HARADA dəfn olunub? Bunu TƏK O BİLİR...
Əfsanəvi "Queen" rok qrupunun üzvü, sönməyən ulduz Freddi Merkuri haqda danışacam sizə. Həyatı qarmaşalarla dolu, Ledi Diananın yaxın dostu, sirdaşı bir sözlə dahi vokal ustası Freddi...
1991-ci ildə Merkuri dövrümüzün bəlası sayılan QİÇS-ə yenilir. Günü bu gün də sevgilisi Meri Ostindən başqa heç kim əfsanənin harada dəfn olunduğunu bilmir.
Meri Freddinin həm ilham pərisi, həm də ən böyük məhəbbəti idi. Freddi bütün mahnılarını ona həsr edir, sirlərini yalnız onunla bölüşürdü. Məhz Meri Merkurinin yeganə varidatı və son arzusunu yerinə yetirən qəhrəmanı idi. Freddi dəfn olunacağı yerdən heç kimin xəbər tutmağını istəmirdi. Meri isə onun bu arzusunu gerçəkləşdirdi...
Ölümünə yaxın Freddi Meriyə deyir: - İstəsəm, Misirin piramidasını da Keninqstona gətirə bilərəm. Amma buna ehtiyacım yoxdur. Həqiqətən Freddi ölümüdən sonra tamamilə itib-batmağı arzulayırdı. Yəqin ki, sözün həqiqi mənasında nur içində yatmaq istəyirmiş.
Əslində isə o, cəsədinin qəbirdən çıxardılıb suvenir kimi evləri bəzəyəcəyindən qorxurdu.
Meri sevgilisinin ən böyük istəyini yerinə yetirir. 24 noyabr 1991-ci ildə Freddi bu dünyadan əbədi köçür. Meri Ostin həm dünya şöhrətli ulduzun yasını tutur, həm də onun son arzusunu gerçəkləşdirmək üçün ilk addımı atır. Freddi istəyirdi ki, dəfn mərasimi olduqca sadə təşkil edilsin. Əcdadları kimi zərdüşt adətlərinə uyğun qədim Avesta dilində səslənən dualarla son mənzilə köçsün.
Vida mərasimi Freddinin vəsiyyətinə uyğun baş tutur. Onu məzara yola salanlar arasında Elton Con da vardı.
Ayin bitəndən sonra Meri sevimli Merkusinin külü ilə dolu dolçanı öz yataq otağına gətirir. Lakin uzun müddət acı xatirələrlə dolu həmin otağa girməyə cəsarət etmir.
Yalnız iki il sonra Ostin gücünü toplayıb sevgilisinin külünü təyinat nöqtəsinə, yəni hamıdan gizlədiyi məzarına aparır.
Meridən hər dəfə həmin günlə bağlı xatirələrini soruşanda cavabı belə olurdu:
- Həmin gün evdən elə çıxdım ki, nə xidmət personalı, nə də qonşular şübhələnsin. Bilirsiniz də, cüzi narahatlıq dedi-qoduya, medianın xəbər tutmasına səbəb ola bilərdi. Bu isə hər şeyin sonu demək idi.
Freddi qorxurdu ki, fanatları məzarını darmadağın edərlər. Çünki belə faktlar az deyil. Meri əhdinə sadiq qalır. Bugünədək Freddinin harda basdırıldığını Meridən başqa heç kim bilmir. Meri Freddinin valideynlərini son duaya çağırsa da, dəqiq dəfn ərazisini onlardan gizlədir. Bəli, əfsanəvi vokalçının son mənzilini bu dünyada bilən yeganə insan Meridir.(publika.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1569 Tarix: 14 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Yeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Zooloqlar inəklərə görün nəyi öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas
15.09.2021 960 Borşa da abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin
10.09.2021 1189 Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO
Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır
10.09.2021 1704 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946