Valideynlərin NƏZƏRİNƏ: 9 sentyabr saat 15:00-dək ...

Valideynlərin NƏZƏRİNƏ: 9 sentyabr saat 15:00-dək ...2022-2023-cü tədris ili üzrə şagirdlərin yerdəyişməsi prosesi davam edir.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proses "sy.edu.az" elektron sistemi üzərindən aparılır və sentyabrın 5-i saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumtəhsil müəssisəsinə təqdim etməlidirlər.

Aşağıda adları qeyd edilmiş ümumtəhsil müəssisələrinin II-XI siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahanlara qeydiyyat 10 avqust saat 11:00-dan 19 avqust saat 18:00-dək aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 23-də, V-XI siniflər üzrə isə avqustun 24-də keçiriləcək.

İmtahanla yerdəyişmə aparılan ümumtəhsil müəssisələrinin siyahısı:

1. Heydər Əliyev adına lisey;

2. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

3. 132-134 nömrəli Təhsil Kompleksi;

4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb;

5. İlyas Əfəndiyev adına Elitar gimnaziya;

6. İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi;

7. "Zəngi" liseyi;

8. Bakı Avropa Liseyi;

9. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

10. Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası;

11. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi.

Qeyd edək ki, "sy.edu.az" elektron sistemi II-IX və XI siniflər üçün avqustun 4-dən aktivdir, X siniflər üçün isə avqustun 15-i saat 11:00-dan etibarən aktivləşdiriləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1242   Tarix: 14 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?

"Hazırda Səhiyyə Nazirliyində islahatlar aparılır". "Qafqazinfo" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərə açıqlamasında deyib. "TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilərmi?"sualına isə nazir cavab verməyib. O bu suallara TƏBİB Müşahidə Şurasını

11:45 199
.

Sabah yağış yağacaq

Fevralın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə havanın az çiskinli, axşam isə yağıntılı olacağı, gecəyə doğru yağıntını

12:44 192
.

"İftar menyusu"nda bu gün

Axşam.az "İftar menyusu"nu təqdim edir:. Mərciməkli toyuq şorbası:. Ərzaqlar:. 1 çay stəkanı qırmızı mərcimək. 1 ədəd toyuq filesi (və ya bud). 1 ədəd soğan. 1 ədəd kök. 1 ədəd kartof. 1 x.q kərə yağı və ya zeytun yağı. 1 x.q tomat pastası (istəyə görə). Duz, qara istiot. Yarım ç.q zerdeçal

16:49 0
.

"Qan gölünə çevrilən diyar indi dirçəlir" - Xocalıda yenidən həyat

"34 il öncə Xocalıda dinc əhaliyə qarşı törədilmiş misli görünməmiş qəddarlığı, 106 qadın, 63 uşaq və 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsini yad edirik. Xocalı faciəsi yalnız azərbaycanlıların deyil, bəşəriyyətin də faciəsidir. Soyqırım əlamətləri ilə yanaşı, bu hadisə sülh və insanlı

14:16 185
.

İran ABŞ-a iqtisadi güzəştlər paketi təklif edib

İran hakimiyyəti ABŞ ilə münasibətlərin yumşaldılması məqsədilə yeni iqtisadi təşəbbüslə çıxış edib. Məlumata görə, rəsmi Tehran sülh razılaşması və mümkün nüvə sazişi qarşılığında ABŞ Prezidenti Donald Tramp administrasiyasına iqtisadi əməkdaşlıq imkanları təklif edir. Financial Times qəzetinin yazdığın

16:21 72
.

"O səsləri bu uşaqlar eşitməsinlər"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd sakini İlqar Həsənovun evinə qonaq olub. "Qafqazinfo"nun məlumatına görə, burada dövlət başçısı və ev sakinləri arasında maraqlı söhbət baş tutub. Qadın sakin: Bizim eşitdiyimiz

25.02.2026 471
.

Təhqir və açıq ifadələrə görə sosial media istifadəçiləri məsuliyyət daşıyacaq

"Sosial şəbəkələrdə cəmiyyətə qarşı tərbiyəsizlik edən, açıq və əxlaqsız ifadələr işlədən şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin 2-ci hissəsinə əsasən inzibati məsuliyyətə cəlb edilirlər". Bunu BİG.AZ-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib

14:41 136
.

Elektron müharibə izləri - ABŞ dronu necə sıradan çıxarıldı?

Rusiya və ya Çin istehsalı olan elektron müharibə sistemlərinin İran hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MQ-4C Triton pilotsuz uçuş aparatının (PUA) qəzaya uğramasına səbəb ola biləcəyi iddia edilir. xarici mediaya istinadən xəbər verir ki, qabaqcıl PUA İranın cənubunda

11:25 197
.

Tarixin yeganə sualtı duelindən qalan qorxunc miras

II Dünya müharibəsinin buz kimi sularında yaşananlar yalnız hərbi strategiyalarla məhdudlaşmırdı. Alman donanması "Kriegsmarine"ə məxsus 1 162 sualtı qayığın okeanlarda fəaliyyət göstərdiyi illər dənizçilik tarixinin ən qanlı qarşıdurmalarına səhnə olub. Qaynarinfo xəbər verir ki, müttəfi

25.02.2026 392
.

TOP MP3