"Taxıla olan daxili tələbatın ödənilməsi 80 faizədək qaldırılacaq" - Deputat

"Taxıla olan daxili tələbatın ödənilməsi 80 faizədək qaldırılacaq" - DeputatPrezident İlham Əliyevin Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsi son zamanlar dünya və Azərbaycan gündəmini məşğul edən məsələlərə cavab olub. Şübhəsiz ki, bu məsələlər qismindən ərzaq qıtlığı, ölkənin taxıl tələbatının ödənilməsi ilə bağlı verdiyi açıqlamalar xüsusilə diqqəti çəkib.

Mövzu barədə Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, ərzaq təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyi ilə bərabər səviyyədə ölçülür:

"Azərbaycan dövləti də milli təhlükəsizliyin tərkib hissəsi olaraq ərzaq təhlükəsizliyi ilə bağlı hələ 2001-ci ildən etibarən dövlət proqramları qəbul edib. Bu dövlət proqramları çərçivəsində ölkə əhalisinin ərzaqla təmin olunması ilə əlaqədar fundamental layihələr həyata keçirilib.

Azərbaycanın, demək olar ki, bu proqramların icrası nəticəsində bir çox ərzaq məhsulları ilə daxili bazarı təmin etməsi təsadüfi deyil. Lakin Azərbaycan strateji ərzaq sayılan taxıl və taxıl məhsullarını idxal edir. Ona görə də bu sahədə qlobal bir problem yaranması ilə dünya iqtisadiyyatına təsir edən amillər Azərbaycanın daxili bazarına da öz təsirini göstərir. Rusiya-Ukrayna müharibəsi və pandemiya dünyada taxıl və buğda ilə bağlı gərginliyi artırıb. Azərbaycan daxili bazarda taxıla və gübrəyə olan ehtiyacını 95 faiz Rusiyadan təmin edir. Rusiyadan idxal etdiyimiz bu məhsullarla bağlı da hər hansı problem yoxdur. Dövlət bu çərçivədə lazımi addımları atıb".

A.Hüseynovun sözlərinə görə, digər tərəfdən, idxalla yanaşı, daxili bazarın təmin olunması istiqamətində də xeyli işlər həyata keçirilib:

"Buna misal olaraq yeni əkin sahələrinin dövriyyəyə cəlb olunması, suvarma sistemlərinin genişləndirilməsi, su anbarlarının yaradılması, fermerlərə subsidiyaların, güzəştli kreditlərin verilməsi, qanunvericilikdə müəyyən güzəştlərin nəzərdə tutulması kimi vasitələrlə Azərbaycanın öz taxıl ehtiyatlarının genişləndirilməsi istiqamətində xeyli işlər gördüyünü deyə bilərik.

Hesab edirəm ki, artıq Qarabağ İqtisadi Zonasında da bizim böyük kənd təsərrüfatı potensialımız var. Həmin torpaqlarda da taxıl əkilməsi və digər əkin sahələrinin yararlı hala gətirilməsi üçün görülən tədbirlər nəticəsində Azərbaycan öz daxili tələbatının ödənilməsini 80 faizədək qaldıracaq. Ölkədə indiki halda taxılla və xüsusilə unla bağlı heç bir ciddi gərginlik yoxdur. Çünki dövlət bu sahədə lazımı tədbirləri həyata keçirib".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 646   Tarix: 13 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

TOP MP3