Bakıda dünyaya gələn beşəmlərin SON DURUMU açıqlandı - FOTO
"11.08.2022-ci il tarixində Bakı şəhərində, özəl klinikalardan birində ana M.G. tərəfindən hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlib. Onlardan üçü həyatlarının birinci sutkasında, digər ikisi isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər".
Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.
Dördü oğlan, biri qız olan körpələrin daxil olarkən vəziyyətləri kritik ağır olub. Ön planda tənəffüs çatışmazlığı, erkən doğulmaya bağlı morfofunksional yetməməzlik əlamətləri qeyd olunub.
Körpələrdən dördünə ağciyər alveollarını açıq tutmaq məqsədilə endotraxeal borudan "Curosurf" preparatı yeridilib.
Birinə isə kəskin anemiyanın korreksiyası məqsədilə "Cross-match" uyğunluğu müəyyən edildikdən sonra qan köçürülüb.
İnstitutda körpələrin bütün zəruri kliniki, laborator müayinələri aparılıb. Müayinəyə uyğun olaraq onların müalicəsinə davam edilir.
Hazırda süni ventilyasiya aparatında olan iki körpənin vəziyyəti çox ağır, digər üçünün vəziyyəti isə ağır stabildir.
Qeyd edək ki, körpələr – 1 260, 1 020, 1 030, 1 300, 1 180 qram olmaqla doğulublar.
Hazırda ana özəl tibb müəssisəsində müalicə alır. Vəziyyəti stabildir.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1397 Tarix: 13 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBiləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585