Oğlunu faciəli şəkildə itirdi, yoldaşı şər atdı, dəfninə heç kim gəlmədi: "Toylar kralı"nın həyatı - FOTO

Oğlunu faciəli şəkildə itirdi, yoldaşı şər atdı, dəfninə heç kim gəlmədi: "Toylar kralı"nın həyatı - FOTOXalq artisti Səməd Səmədov haqqında maraqlı faktlar məlum olub.

Kulis.az-ın araşdırmasını təqdim edirik:

Səməd Səmədov 1946-cı il, sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə baş verən zəlzələdən sonra ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olub.

Oğlunu faciəli şəkildə itirdi, yoldaşı şər atdı, dəfninə heç kim gəlmədi: "Toylar kralı"nın həyatı - FOTOHərbi xidmətə yollanan Səməd xidməti başa vurub qayıtdıqdan sonra qonşuluğunda yaşayan Zərifə adlı qızdan xoşu gəldiyini hiss edir. On altı yaşı olan Zərifə ilə Səməd bir-birlərini sevirlər və ailə qurmaq qərarına gəlirlər. Ancaq ailələrinin etirazını nəzərə alan Səməd Zərifəni qaçırır. Onlar ailə qururlar. Bu evlilikdən cütlüyün Emin adlı oğlu doğulur.

Yeddi ildən sonra isə cütlük yollarını ayırır. Səməd Səmədov İradə adlı xanımla, Zərifə xanım isə başqa bir bəylə ailə həyatı qurur. Müğənninin ikinci evlilikdən bir qız, bir oğul övladı dünyaya gəlir.

Oğlunu faciəli şəkildə itirdi, yoldaşı şər atdı, dəfninə heç kim gəlmədi: "Toylar kralı"nın həyatı - FOTOMüğənninin ilk evliliyindən olan oğlu Emin polis işləyir. Uzun illərdən sonra ilk dəfə atasını görməkdən ötrü onun evinə gedir, ancaq Səməd bəy oğlunu qarşılamaq üçün qapıya çıxmır. Peşman halda evlərinə qayıdan Emin anasına deyir:

"Sən ilk dəfə idi ki, mənim başımı yerə soxdun".

Emin ömrünün ən gözəl çağında, 24 yaşında dünyasını dəyişir. Onun ölümü barədə isə Zərifə xanım müsahibələrinin birində deyir:

"Oğlum bir qızın namusunu qorumaq üçün 47 dəfə bıçaqlanıb. Atası oğlumun ölümündən üç gün sonra yasa qırmızı pencəklə gəldi".

Oğlunu faciəli şəkildə itirdi, yoldaşı şər atdı, dəfninə heç kim gəlmədi: "Toylar kralı"nın həyatı - FOTOAncaq Səməd Səmədov müsahibələrinin birində deyir:

"O xanım məni, xəstə atamı və oğlumu atıb cavan oğlana qoşulub getdi. Oğluma 10 yaşına kimi anamla mən baxmışam. Sizcə, hansı ata öz oğlunun yasına qırmızı geyinib gələ bilər? Canımın bir parçası olan övladımın ölümü məni necə sevindirə bilər? O ki qaldı oğlumun qəbrini ziyarət etməməyimə, mən çəkiliş qrupunu belə oraya apardım. Oradakı molla bildirdi ki, Səməd müəllim ayda heç olmasa iki-üç dəfə oğlunun ziyarətinə gəlir. Onun həyat yoldaşını isə biz səkkiz il olar ki, burada görmürük. Oğlum Eminin qəbrini onun qırx mərasimi hələ çıxmamış düzəltdirmişdim".

1988-ci ildən Səməd Səmədov toylarda çıxış edir. 1992-ci ildə, Eldar Mansurovun Firuz Dilənçinin "Qızlar" adlı şeirinə bəstələdiyi mahnını ifa etdikdən sonra xeyli məşhurluq qazanır.

Oğlunu faciəli şəkildə itirdi, yoldaşı şər atdı, dəfninə heç kim gəlmədi: "Toylar kralı"nın həyatı - FOTOMəclislərin birində Xalq artisti İlhamə Quliyeva Səməd Səmədova "Toylar kralı" titulu verdiyini deyir. Bundan sonra, doğrudan da, hər kəs onu bu ləqəblə çağırmağa başlayır. Müğənniyə olan toy tələbatı da günü-gündən çoxalır.

Səməd Səmədov "Gözlər, gözlər", "Ad günü", "Nazlı yarım", "Qayıt, gəl" mahnıları ilə məşhurluq qazanıb.

Müğənni haqqında ən çox gəzən söz-söhbətlərdən biri belə idi: O, əvvəllər müğənni kimi yox, toy məclislərində müğənnilərin köməkçisi kimi işləyib, onların musiqi alətlərini daşıyıb. Ancaq onun gənclik illərində toylarda mahnı ifa edərkən çəkdirdiyi şəkillər bu söhbətlərin əsassız olduğunu sübut edir.

Oğlunu faciəli şəkildə itirdi, yoldaşı şər atdı, dəfninə heç kim gəlmədi: "Toylar kralı"nın həyatı - FOTOBir dəfə isə Səməd Səmədov efirdə Azərbaycan dövlət himninin müəlliflərini tanımır. Bu söhbətdən sonra əleyhinə danışanlar və yazanlar daha da çoxalır. "Dövlət himninin bəstəkarını tanımayan Xalq artisti" adlı yazılar yayılmağa başlayır.

Müğənni karyerası boyu Ruhəngiz Allahverdiyeva, Bəsti Bəkirova, Sevda Əliqızı ilə duetlər ifa edib. Onun ən uzunmüddətli dueti Sevda Əliqızı ilə olub.

Oğlunu faciəli şəkildə itirdi, yoldaşı şər atdı, dəfninə heç kim gəlmədi: "Toylar kralı"nın həyatı - FOTO24 iyul 2021-ci ildə Səməd Səmədov 74 yaşında koronavirus səbəbi ilə müalicə aldığı xəstəxanada dünyasını dəyişir. Həmkarı Sevda Əliqızının sözlərinə görə, sənət dostları Cavanşir Məmmədov, Əli Mirəliyev və Ədalət Şükürovdan başqa, heç kim müğənninin dəfninə gəlmir.

Səməd Səmədovla ən çox mübahisəsi olan, onu müğənni hesab etmədiyini, Xalq artisti adının ona yaraşmadığını deyən müğənni Əli Mirəliyev Səməd Səmədov dünyasını dəyişəndən sonra açıqlama verərkən deyir:

"Onun sağlığında qədrini bilmədim. Səmədin ölümündən sonra bir müddət ümumiyyətlə efirlərə çıxmadım. Heç kimlə danışmadım, heç kimə heç nə demədim. Düz adam idi. Heç kimin etmədiyini etdi. Xəstəxanadan zəng edib deyib ki, mən koronavirusa yoluxmuşam, ölürəm, behi qaytarın. Hansı müğənni onu edərdi?"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2394   Tarix: 03 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır

Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola

08.11.2026 246
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 312
.

Şahzadə Uilyam və Keytin formasında tort hazırladı

Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya

08.11.2026 311
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

08.11.2026 343
.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

11:59 141
.

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

10:04 177
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

08.11.2026 334
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 274
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 247
.