Şəhid qardaşı olduğunu iddia edən şəxs evlilik təklifinə yox deyən qızı ölümlə hədələdi - FOTO
Son günlər özünü şəhid qardaşı kimi təqdim edən Elnur Həsənov polis bölməsinə əsassız aparıldığını, orada döyüldüyünü və təhqir edildiyini iddia edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
İddialarla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, Elnur Həsənovun dedikləri tamamilə yalandır, polisi qanuni hərəkətlərindən çəkindirmək və törətdiyi qanunazid əməlləri ört-basdır etmək məqsədi daşıyır:
"Belə ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbə sakini olan gənc qadın A.K. uzun müddətdir ki, müxtəlif vaxtlarda yaşadığı rayonun polis idarəsinə, polis bölməsinə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə müraciət edərək uzaq qohumu olan Həsənov Elnur Mahal oğlunun dəfələrlə ona evlilik təklif etdiyini, lakin hər dəfə rədd cavabı aldıqda onu narahat etdiyini, razılaşmayacağı təqdirdə isə ölümlə hədələdiyini bildirib.
Qadın ərizələrində E.Həsənovun ögey qardaşının şəhid olmasından sui-istifadə edərək heç kimdən qorxmadığını da qeyd edib. A.K.-nın bütün müraciətləri qanunamüvafiq qaydada qeydə alınaraq həmin müraciətlər üzrə E.Həsənov polis orqanlarına dəvət edilir və onun barəsində profilaktiki və inzibati tədbirlər görülürdü.
Lakin görülmüş profilaktiki və inzibati tədbirlərdən nəticə çıxarmayan Elnur Həsənov A.K.-nın təqibini davam etdirdiyinə görə xanım növbəti dəfə Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək artıq intihar həddinə çatdığını bildirib. Eləcə də şikayətçinin atası və qardaşı ərizə ilə müraciət edərək Elnur Həsənovun barəsində tədbir görülməsini xahiş ediblər".
"Bu müraciətlər əsasında Elnur Həsənov saxlanılıb və barəsində toplanmış materiallar ilə birlikdə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Həsənov barəsində bir ay müddətinə inzibati həbs tənbehi seçilib", - deyə məlumatda qeyd edilib.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2228 Tarix: 28 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi
14:40 94 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü
Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay
13:29 150 Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
11:52 178 Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə birliyi sarsılmaz strateji reallıqdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş, ardınca mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin siyasi və strateji mahiyyətini bir daha nümayiş etdirdi
12:19 206 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
12:40 173 Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey
14:30 99 Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
08.11.2026 342 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin v
14:01 103 Şahzadə Uilyam və Keytin formasında tort hazırladı
Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya
08.11.2026 319