Aparıcının qaziyə hörmətsizliyi GÜNDƏM OLDU: "Bu, zarafat mövzusu deyil" - FOTO/VİDEO

Aparıcının qaziyə hörmətsizliyi GÜNDƏM OLDU: "Bu, zarafat mövzusu deyil" - FOTO/VİDEO"Sağlamlıqla bağlı mövzunu qara yumora çevirmək məqbul deyil və hesab edirəm ki, insanın lazımi tərbiyə almadığını göstərir".

Bu sözləri Oxu.Az-a açıqlamasında Əməkdar jurnalist, professor Qulu Məhərrəmli tanınmış aparıcı Azər Zahidin İkinci Qarabağ müharibəsində hər iki gözünü itirən qazi Amil Əliyevə hörmətsizlik etməsinə münasibət bildirərkən deyib.

Q.Məhərrəmli tanınmış simaları bu cür hərəkətlərdən çəkinməyə səsləyib:

Aparıcının qaziyə hörmətsizliyi GÜNDƏM OLDU: "Bu, zarafat mövzusu deyil" - FOTO/VİDEO"İstər televiziya ekranlarında, istər sosial şəbəkələrdə, istərsə də hansısa xeyriyyə tədbirində, insanların gözü önündə kiməsə pul vermək qəbul olunan tərz deyil. Sağ əlin verdiyini sol əl bilməməlidir. Güman edirəm ki, o aparıcı nəciblik etmək istəyib. Qazi adı məna yükü böyük olan bir addır. Onlarla hər hansı bir davranışda həddindən artıq məsuliyyətli olmaq lazımdır. O ki qaldı görmə əngəli olan qaziyə deyəsən ki, sən onsuz da saya bilmirsən, bu, zarafat mövzusu deyil. Sağlamlıqla bağlı mövzunu qara yumora çevirmək məqbul deyil və hesab edirəm ki, insanın lazımi tərbiyə almadığını göstərir. Ona görə təklif edirəm ki, ekran qarşısında olan populyar şəxslər, gənclər bu cür hərəkətlərdən çəkinsinlər".

Tanınmış aparıcı Turan İbrahimov isə sosial şəbəkədə sərt şəkildə tənqid edənlərdən fərqli olaraq hadisənin bizim bilmədiyimiz tərəfləri ola biləcəyini də vurğulayıb:

Aparıcının qaziyə hörmətsizliyi GÜNDƏM OLDU: "Bu, zarafat mövzusu deyil" - FOTO/VİDEO"Mən o videonu izləmişəm, çox qısa bir videodur. Məsələnin məhz o hissəsinin kəsib qoyulması ümumi kontekstdən çıxarılmasının sübutudur. Əgər bir məsələ olubsa, onun əvvəlində və sonunda nə danışılıb, ab-hava necə olub, bundan xəbərimiz yoxdur. Məsələnin sırf bir hissəsinin əvvəli və sonu olmadan paylaşılması məndə elə təəssürat yaradır ki, kimlərsə bunu qəsdən ediblər. Azər də, yəqin ki, o sözü təqdim olunan kimi deməz, düşünürəm ki, orada zarafat üçün mühit olub. İstənilən mövzu ilə bağlı bir sözü, cümləni kontekstdən çıxaranda ədəbsiz və tərbiyəsiz görünə bilər. Bir videonu hamısını görmədən, qulaq asmadan bir ifadəsindən yapışmaq özü də anormaldır. Hər halda Azər səhv bir şey etsə idi, elə onun başındakılar onun gözünü çıxarardılar".

Qeyd edək ki, tanınmış aparıcı Azər Zahid qazilərlə görüşüb onlara müəyyən məbləğdə pul ianə edib, lakin gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə pulu verərkən ona "sən onsuz da saya bilməyəcəksən" deyib. Onun bu sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən sərt şəkildə tənqid edilib.

Xatırladaq ki, Amil Əliyev İkinci Qarabağ müharibəsində yaralanıb və iki gözünü itirib. 22 yaşlı Amil düşmən postunda minaya düşərək ağır yaralanıb və üç gün komada qalıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1653   Tarix: 27 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

TOP MP3