Azərbaycanla Aİ arasındakı əlaqələrin genişlənməsi ölkəmizin strateji maraqlarına tam uyğundur

Azərbaycanla Aİ arasındakı əlaqələrin genişlənməsi ölkəmizin strateji maraqlarına tam uyğundurBu il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen arasında Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.
Ursula von der Leyen Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra tərəflər enerji münasibətlərinə dair Anlaşma Memorandumu imzaladıqlarını mətbuata açıqlamalarında qeyd ediblər. Müqavilədə Azərbaycandan Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə idxal edilən qazın həcminin iki dəfə artırılması nəzərdə tutulur.
Mətbuata birgə bəyanatında Prezident İlham Əliyev Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumundan danışarkən xatırladıb ki, enerji sahəsində fəal əməkdaşlığın on beş ildən artıq tarixi var: "Bugünkü Memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var".
Prezident qeyd edib ki, imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Ölkə başçısı bildirib ki, "Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq".
Ursula von der Leyenin sözlərinə görə, Memorandumdakı ikinci mühüm məqam bərpaolunan enerji ilə bağlıdır: "Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. Xüsusilə də dənizin külək enerjisini və "yaşıl" hidrogeni qeyd etmək istəyirəm. Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək".
O, əlavə edib ki, Aİ Azərbaycanla birgə çalışaraq Mərkəzi Asiya və onun hüdudlarından kənarda da əlaqələr qurmaq arzusundadır.
Qeyd edilməlidir ki, bu sənəd Aİ ilə Azərbaycan arasında əlaqələrin və əməkdaşlığın inkişafında yeni səhifə açıb. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İttifaqa üzv dövlətlərlə ölkəmizin əlaqələri daim inkişaf edir. Hətta Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Həmin ölkələrin Avropa İttifaqına üzv dövlətlərin üçdə birini təşkil etməsi də bu əlaqələrin yüksək səviyyədə olmasını göstərir.
Hazırda Azərbaycan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Həmçinin hər iki tərəf arasında əlaqələrin şaxələndirilməsi və daha da genişləndirilməsi üçün böyük potensial var. Anlaşma Memorandumu bunun bariz nümunəsidir. Xarici siyasətdə əsas prioritetləri tərəfdaşlıq, əməkdaşlıq olan Azərbaycanın Aİ ilə münasibətləri daha da genişlənəcək və bu əməkdaşlıq ölkəmizin gəlirlərinin artmasına, beynəlxalq nüfuzunun daha da möhkəmləsinə gətirib çıxaracaq.
Bu saziş tək ölkənin deyil, bölgəmizin də qurunmasını, önəmini artıracaq. Yarana biləcək münaqişələrin qarşısının alınmasında Memorandum əhəmiyyətli sənəddir. Cənubi Qafqazda sülhün bərqərar olması və qorunması üçün bu saziş vacib qoruyucu qalxan olacaqdır.
Nəticədə qeyd etmək olar ki, Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin genişlənməsi ölkəmizin strateji maraqlarına tam uyğundur.

Tufan Məmmədov – iqtisadçı ekspert


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1156   Tarix: 21 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

11:59 169
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 306
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

15:40 107
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin v

14:01 139
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

14:50 125
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy

11:13 176
.

Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb

10:40 238
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

15:07 121
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

11:52 187
.