Qazi baş leytenant: "Xalqın dəstəyi Azərbaycan Ordusuna yalnız və yalnız güc verib"
"Biz Vətən müharibəsində həm özümüzün, həm xalqımızın, həm də dövlətimizin gücünün və qüdrətinin şahidi olduq. Məhz bu güc və qüdrətin sayəsində bu gün başıuca gəzirik".
Bunu "Report"a açıqlamasında Vətən müharibəsi qazisi, baş leytenant Həsən Allahverdiyev deyib.
O vurğulayıb ki, Vətən müharibəsindəki qələbəyə məhz xalqın birliyi, ordumuzun gücü və Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində nail olunub.
Şiddətli döyüşlərin davam etdiyi müharibə günlərini xatırlayan H.Allahverdiyevin sözlərinə görə, Azərbaycan Ordusu hər zaman xalqın dəstəyini hiss edib və bu dəstək şəxsi heyətə yalnız və yalnız güc verib. O bildirir ki, məhz bu gücün sayəsində ordumuz irəliyə gedə və qələbələr qazana bilib.
Dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə əlillərinə göstərilən diqqət və qayğıdan söz açan Həsən Allahverdiyev özü də bu diqqət və qayğıdan kənarda qalmadığını bildirib. O deyir ki, müharibədə ağır yaralansa da, sonradan müalicə olunaraq reabilitasiya keçib.
Baş leytenant rütbəsi ilə tərxis olunan qazi H.Allahverdiyev müharibədən sonra dövlət tərəfindən həm evlə, həm də işlə təmin olunduğunu vurğulayıb.
O bildirir ki, bu gün də öz üzərində hər zaman dövlətin diqqət və qayğısını hiss edir.
Qeyd edək ki, Allahverdiyev Həsən Sultan oğlu 1991-ci il avqustun 3-də Bakı şəhərində anadan olub. O, 2008-ci ildə orta məktəbi bitirdikdən sonra 2009-cu ildə Türkiyə Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub və 2014-cü ildə oradan məzun olub. H.Allahverdiyev 2015-ci ilədək Türkiyədə müxtəlif hərbi kurslarda iştirak edib.
O, 2019-cu ilədək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edib. 2020-2021-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin N saylı həmlə taborunda xidmət edib.
H.Allahverdiyev Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. 2020-ci ilin noyabrın 2-də Xocavənd istiqamətində gedən şiddətli döyüşlər zamanı ağır yaralanıb.
Hazırda Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada hərbi rəhbər və müəllim vəzifəsində çalışır.
Üçüncü qrup müharibə əlili olan H.Allahverdiyev evlidir, bir övladı var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1085 Tarix: 15 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc
08.11.2026 488 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
12:40 208 Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə: Prezident İlham Əliyevin müraciətinin siyasi və tarixi mesajları
Azərbaycan xalqının dövlətçilik tarixində 8 Noyabr - Zəfər Günü milli iradənin, siyasi qətiyyətin, hərbi qüdrətin və tarixi ədalətin təntənəsi kimi xüsusi yer tutur. Bu günün əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə ilə məhdudlaşmır. Zəfər Azərbaycanın uzun illər dava
11:37 162 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin v
14:01 146 Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
15:10 136 Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə birliyi sarsılmaz strateji reallıqdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş, ardınca mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin siyasi və strateji mahiyyətini bir daha nümayiş etdirdi
12:19 239 Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib
Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli
15:50 123 Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləy
12:16 187 Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər
15:06 147