Vətən müharibəsində qəhrəmanlığı ilə dastana dönən Xudayarın doğum günüdür - VİDEO
Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin ad günüdür.
Şəhidimiz 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub.
X.Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb.
O, 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və "gizir" hərbi rütbəsi alıb.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.
Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi olub.
Xudayar Yusifzadə ölümündən iki gün əvvəl Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələnmiş mahnını ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrilib.
Qeyd edək ki, "Vətən yaxşıdır" təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə "Xudayar təsnifi" adlandırılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 995 Tarix: 15 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİrəvanın Moskva mesajı: Paşinyanın qərarı nəyi göstərir?
Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Rusiyada keçiriləcək tədbirlərdə iştirak edə bilməyəcəyini açıqlayıb. O bildirib ki, bu qərar seçkiqabağı təşviqat kampaniyası ilə əlaqədardır. "Apreldə Rusiyaya səfərim zamanı bu barədə həmin ölkənin prezidentinə məlumat vermişdim", - dey
08.05.2026 244 İtkin düşmüşdü - Meyiti zirzəmidə tapıldı
Qaradağ rayonunda itkin düşmüş şəxsin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, mayın 7-si saat 10 radələrində 1977-ci il təvəllüdlü Lökbatan sakini Asəf Şirinovun meyiti yaşadığı evin zirzəmisində aşkarlanıb. Onun aprelin 27-dən itkin düşmüş şəxs kimi axtarıldığı bildirilib. İlkin baxı
08.05.2026 291 Aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olundu
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə BİG.AZ-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədi
08.05.2026 251 Məktəb Bufetlərində Zəhərlənmə Halları Narahatlıq Yaradır - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Son dövrlərdə məktəb bufetlərində baş verən qida zəhərlənməsi halları valideynləri və cəmiyyəti ciddi narahat etməyə başlayıb. Müxtəlif təhsil müəssisələrində şagirdlərin kütləvi şəkildə özlərini pis hiss etməsi, xəstəxanalara müraciətlərin artması məktəblərdə satılan qidaların keyfiyyəti və saxlanm
08.05.2026 217 Zelenski: Trampın nümayəndələrinin Ukraynaya səfəri gözlənilir
Razılaşmaların təhlükəsizliyi təmin edə biləcək detalları üzərində işləyirik. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun ABŞ-da apardığı danışıqların yekunları ilə bağlı "Telegram"da bildirib. "Razılaşmaların təhlükəsizliy
08.05.2026 139 Avropa Birliyi nazirləri Rusiyanın ukraynalı uşaqların deportasiyası ilə bağlı sanksiyalar qəbul edəcəklər
Cümə günü iki Aİ mənbəyi bildirib ki, Avropa Birliyi xarici işlər nazirlərinin bazar ertəsi günü ukraynalı uşaqların Rusiyaya deportasiyası ilə bağlı yeni sanksiyalar qəbul etməsi gözlənilir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Ukrayna bildirir ki, 20 minə yaxın uşaq qanunsuz olaraq Rusiya v
08.05.2026 208 PSJ-nin Çempionlar Liqasının finalına çıxmasından 1,3 milyon qazandı
PSJ-nin "Bavariya"nı məğlub edib Çempionlar Liqasının finalına çıxmasına mərc edən şəxs 1,3 milyon dollar qazanıb. PSJ-nin Çempionlar Liqasının yarımfinalında "Bavariya" üzərində qələbə qazanması və finala vəsiqə qazanması mərc edənə böyük qazanc gətirib. PSJ-nin finala çıxmasın
08.05.2026 199 Uşaqların cihazlardan istifadəsi onların nitqinə necə təsir edir?
Müasir uşaqlar elə bir dünyada böyüyür ki, ekranlar artıq oyuncaqlar qədər adi bir şeyə çevrilib. Bəs cizgi filmləri gündəlik vərdiş halını aldıqda uşağın nitqində nə baş verir? Gəlin bu məsələni daha ətraflı araşdıraq. xarici mediaya istinadən xəbər verir ki, iki yaşdan kiçik bir çox uşaq gündə təxminə
08.05.2026 163 ABŞ və İran hərbi dəniz qüvvələri arasında şiddətli döyüşlər gedir
Son məlumatlara görə, Hörmüz boğazı ətrafında vəziyyət gərgin olaraq qalır. İran və ABŞ arasında artan qarşıdurma fonunda bölgədə hərbi əməliyyatlar, dəniz blokadası və qarşılıqlı hücumlarla bağlı xəbərlər yayılır. BİG.AZ ABC News-a istinadən xəbər verir ki. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildiri
08.05.2026 187