Oğlan evli bacısı ilə İnstaqramda yazışan şəxslə görüşdü və... - Gəncədə şok olay

Oğlan evli bacısı ilə İnstaqramda yazışan şəxslə görüşdü və... - Gəncədə şok olayGəncə şəhərində 1997-ci il təvəllüdlü Adil bacısı ilə sosial şəbəkə üzərindən yazışan Elmara (adlar şərti verilib - red.) xəsarət yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən ilin avqustun 29-da, saat təxminən 17 radələrində baş verib. Adil Gəncə şəhəri, H.Əliyev küçəsində yerləşən "Veqo" otelin arxasında Elmarla görüşüb.

Adil Elmarla bacısı ilə mobil telefon vasitəsi ilə "İnstaqram" sosial şəbəkəsində yazışdığı üçün aralarında mübahisə yaranıb. Mübahisə zamanı bıçaqla Elmara bir neçə xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Adilin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə etməklə xuliqanlıq etmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi araşdırılması üçün Gəncənin Nizami rayon Məhkəməsinə göndərilib. İş hakim Gündüz Şirinovun sədrliyi ilə baxılıb.

"Yeznəm yazışmaları mənə atdı"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilməyib. O, özünü Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə təqsirli bilib.

Adil qeyd edib ki, ikinci Qarabağ müharibəsində fəal iştirak edib. Deyib ki, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medal ilə təltif olunub: "Avqustun 28-də yeznəm Əli mənə zəng etdi, bacım Sahibənin başqa bir oğlanla yazışmalarını tutduğunu söylədi, bu səbəbdən dedi ki, gəl bacını apar. Həmin yazışmaları mənə göndərməsini istədim. Yeznəm yazışmaları mənə atdı. Bundan sonra yazışmada olan xatırlamadığım mobil nömrə ilə əlaqə saxladım. Hansı səbəbdən ailə dağıtdığını dedim, həmin şəxslə görüşmək istədiyimi bildirdim".

"Məni polis idarəsinə apardılar"

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 29-da, saat 17 radələrində bacısı ilə yazışan şəxslə Gəncə şəhərində "Veqo" otelin yaxınlığında görüşüb. O qeyd edib ki, həmin şəxsin yanında tanımadığı bir nəfər də olub: "Mənim yanımda isə atam olub. Həmin şəxslə görüşəndə dedim ki, binaların arasına gedib, birlikdə söhbət edək. Sonra dördümüz birlikdə həmin otelin arxasında yerləşən binaların arasına girdik. Həmin şəxslə söhbət etdim. Atam ilə həmin şəxsin yanında gələn tanımadığım oğlan isə kənarda dayandılar. Üstümdə 2 ədəd bıçaq vardı. Bir neçə saniyə həmin şəxslə söhbət etdikdən sonra özümü cilovlaya bilmədim. 2 dəfə bıçaqla vurdum. dərhal hadisə yerinə polis əməkdaşları gəldi. Məni Nizami rayon Polis İdarəsinə apardılar".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elmarın sözlərinə görə, 2020-ci ilin sentyabrında könüllü olaraq Kəlbəcər rayonu Səfərbərlik və Hərbi Komissarlıq Üzrə Çağırış Şöbəsinə müraciət edib: "20 oktyabr 2020-ci ildə isə k önüllü kimi Xocavənd, Ağdam rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə iştrak etmişəm. 12 dekabr 2020-ci ildə hərbidən təxris olunaraq evimə qayıtmışam".

"Həmin səhifəni "blok" etdim"

Zərərçəkmiş deyib ki, 2021-ci ilin avqustun ortalarında, gününü dəqiq bilmədiyi tarixdə "İnstaqram" sosial şəbəkəsində hazırda xatırlamadığı və işlətmədiyi səhifə ilə "ahu25" adlı səhifə ilə yazışmağa başlayıb: "Həmin səhifəni işlədən qızla tanış oldum və həmin qızdan adını soruşdum. O, özünü "ahu" kimi təqdim etdi. Həmin qız subay olduğunu, Gəncə Asan xidmətinin yaxınlığındakı "Afrodita" gözəllik salonunda işlədiyini bildirdi. Deyilən ünvanda yerləşən gözəllik salonuna getsəm də, "Afrodita" adlı gözəllik salonunun işləmədiyini gördüm. Həmin gün qıza yazdım. Bildirdim ki, "Afrodita" gözəllik salonu işləmir. Ona məni nəyə görə aldatdığını soruşdum. Bundan sonra "ahu25" adlı səhifə ilə daha yazışmadım. Həmin səhifəni "blok" etdim".

"Düşündüm ki, mesaj yazan qızın özü yox, əridir"
Elmarın sözlərinə görə, bir neçə gün keçdikdən sonra, təxminən avqustun 28-də instaqramda "ahu_25" adlı səhifədən ona mesailar gəlib: "Mənə məlum oldu ki, "ahu25" səhifəsini blok etdiyim üçün həmin qız instaqram sosial şəbəkəsində "ahu 25" adlı səhifə açıb. Həmin qız mənə yazdı ki ailəliyəm, övladım var, aramızda heç nə olmasa da mənimlə əlaqə saxla, sənsiz darıxıram. Həmin qız məni əvvəlcə aldatdığı üçün daha danışmayacağımı, həmin instaqram səhifəsini də "blok" edəcəyimi bildirdim. Sonra isə mənə hazırda xatırlamadığım mobil telefon nömrəsini verdi. Həmin nömrənin vatsapında yazdılar ki, dur gəl bizə. Mən isə həmin sözləri yazan şəxsin qız yox, əri olduğunu ehtimal etdim. Çünki başa düşdüm ki, nömrəsini istəmədiyim halda heç bir qız mənə mobil telefon nömrəsini verməz. Bundan sonra həmin nömrəyə bir neçə dəfə zəng etməyə başladım ki, telefona əri cavab verərsə, ərinə deyim ki, həyat yoldaşı özü mənimlə danışıb və əvvəlcə subay olduğunu bildirib".

"Həyat yoldaşı hər şeyə aydınlıq gətirdiyini bildirdi"

Elmar bildirib ki, bundan sonra həmin mobil telefon nömrəsindən ona zəng gəlib: "Telefonda danışan şəxs "ahu"nun həyat yoldaşı olduğunu, arvadı ilə danışdığım üçün məni polisə verəcəyini bildirdi. Qadının ərinə dedim ki, heç bir günahım yoxdur, o, özü subay olduğunu, gözəllik salonunda işlədiyini deyib, məni danışmağa məcbur edib. Təxminən bir-iki saat keçdikdən sonra özünü "ahu"nun həyat yoldaşı kimi təqdim edən şəxs yenidən zəng edərək mənim günahım olmadığını, həyat yoldaşı ilə danışıb, hər şeyə aydınlıq gətirdiyini bildirdi".

"Dedi ki, "WhatsApp" mesajlarını göstərəcəksən"

Elmar deyib ki, avqustun 29-da, günorta saatlarında özünü danışdığım qızın qardaşı kimi təqdim edən şəxs hazırda xatırlamadığı nömrədən onun istifadəsində olan telefon nömrəsinə zəng edib: "Məni Gəncə şəhəri, Məhsəti qəsəbəsinə çağıranda bunun səbəbini soruşdum. Həmin şəxs də mənə dedi ki, səninlə dava etməyəcəyəm, yalnız sən bacımla danışdığın "WhatsApp" mesajlarını mənə göstərəcəksən. Mən isə oraya getməyəcəyimi, şəhərin mərkəzində görüşməyi həmin şəxsə bildirdim. Bundan sonra biz Gəncə şəhəri Şah Abbas məscidinin yaxınlığındakı çinar ağacının yanındakı çayxanada görüşməyi razılaşdıq".

Elmarın sözlərinə görə, təxminən saat 17 radələrində qəsəbədə onunla qonşulaqda yaşayan Şakirlə birlikdə həmin yerə gediblər: "Bir neçə dəqiqə keçdikdən sonra telefona zəng gəldi. Əvvəlcə mənimlə görüşmək istəyən şəxs harada olduğumu soruşdu. Məscidin yaxınlığında dayandığımı bildirdim. Mənə zəng gələn vaxt bir nəfər şəxsin telefonla danışa-danışa yanında orta yaşlı kişi ilə gəldiyini gördüm. Həmin şəxslərin mənimlə görüşmək istəyən şəxslər olduğunu başa düşdüm. Bundan sonra orta boylu bir cavan oğlan və orta yaşlı kişi bizə yaxınlaşdılar. Salamlaşdıqdan sonra bizdən qabaqda "Veqo" otelin arxasındakı binalara doğru addımlamağa başladıq. Əvvəlcədən görüşüb, söhbət edəcəyimiz çayxananı keçəndə bildirdim ki, biz axı çayxanada söhbət etməliydik. Həmin vaxt mənimlə görüşə gələn cavan oğlan bildirdi ki, söhbət edib, bir-iki məsələni aydınlaşdırdıqdan sonra çay içəcəyik".

"Dedim ki, bacına yazan şəxs yox, bacının yazdığı şəxsəm"

Zərərçəkmiş şəxsin ifadəsinə görə, bundan sonra o, cavan oğlanla qabaqda, onların arxası ilə isə həmin şəxsin atası kimi başa düşdüyü şəxs və dostu Şakir gəliblər. Qeyd edib ki, "Veqo" otelin arxasındakı binanın qarşısına çatanda həmin şəxs özünü Adil kimi təqdim edib: "Məni tanıdığını, döyüşlərdə iştirak etdiyimizi bildirdi. Sonra həmin şəxs mənə bacıma yazan şəxs sənsən dedi. Mən isə dedim ki, bacına yazan şəxs yox, bacının yazdığı şəxsəm. Bundan sonra əlimi cibimə ataraq mobil telefonunu çıxartmaq istədim. Adil məndən bir addım geridə qaldı. Telefonumu çıxardaraq Adilə tərəf çevriləndə onun əlində bıçaq olduğunu gördüm. O, əvvəlcə mənim kürək nahiyəmdən, daha sonra isə bədənimin müxtəlif nahiyələrindən bıçaqla xəsarət yetirməyə başladı. Zərbələrin təsiri nəticəsində yerə yıxıldım".

Elmar bildirib ki, bundan sonra Adil hadisə yerindən qaçaraq gedib: "Daha sonra Şakir və ərazidə olan polis əməkdaşı mənə yaxınlaşdı. Məni xəstəxanaya apardılar. Hazırda təqsirləndirilən şəxslə barışmışam. Ona qarşı şikayətim yoxdur. Mənə dəymiş ziyan ödənilib".

Məhkəmənin hökmü ilə Adilin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilib. O, həmin məcəlləyə uyğun olaraq təqsirli bilinib.

Amma təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması, zərərçəkmişin ondan şikayətçi olmaması nəzərə alınıb.

Bu səbəbdən Adilin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 917   Tarix: 10 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Almaniyada etirazlar: Merts hökumətinin istefası tələb edilir

Almaniyanın şərqindəki Saksoniyanın Plauen şəhərində Almaniya kansleri Fridrix Merts hökumətinin istefası tələbi ilə nümayiş başlayıb. "Projekt M1llion" etiraz hərəkatı bütün ölkə üzrə tərəfdarlarını səfərbər edərək təxminən 10 00 iştirakçının olduğunu elan edib. -ın xəbərinə görə, bu barəd

09.08.2026 179
.

Kavelaşvili: Gürcüstan Abxaziya və Samaçablosuz mövcud ola bilməz

Gürcüstan Abxaziya və Samaçablosuz mövcud ola bilməz. "Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili 2008-ci il avqust müharibəsinin 18-ci ildönümü ilə bağlı çıxışında deyib. O, ölkənin ərazi bütövlüyünün bərpasının dövlət siyasətinin əsas istiqamətlərində

09.08.2026 172
.

Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər həlak olub

Rusiyanın Ukraynanın Xarkov vilayətinə hücumları nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Xarkov Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, səhər saatlarında Kupyansk rayonunun Kovşarovka qəsəbəsinə dronun düşməs

09.08.2026 232
.

Şair Çingiz Əlioğlunun dəfn yeri bilindi

Əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq. Bu barədə "Report"a mərhum şairin ailəsindən məlumat verilib. Bildirilib ki, Çingiz Əlioğlu ilə əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçiriləcək. Mərasimin ardınca cənazə Qurd qapısı qəbiristanlığın

10:04 80
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da paytaxtda bir sıra Tranformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq. Bu barədə BİG.AZ "Azərişıq" ASC-yə istinadla xəbər verir. Qeyd olunub ki

10:00 73
.

Avropada anomal istilər və quraqlıq: Fermerlərə dəyən ziyan milyardlarla avro ilə ölçülür

Fransada anomal istilər, genişmiqyaslı yanğınlar və quraqlıq kənd təsərrüfatına ciddi ziyan vurub, nəticədə fermerlərə dəyən itkilərin kompensasiyası üçün milyardlarla avro tələb olunacaq. xəbər verir ki, bunu Fransanın ən böyük kənd təsərrüfatı həmkarlar ittifaqının rəhbəri Arno Russo "Franceinfo"

09.08.2026 209
.

Kobaxidze: Haaqa və Strasburq məhkəmələrində müharibə cinayətləri törətmədiyimizi sübut etdik

Gürcüstan Haaqa və Strasburq məhkəmələrində ordusunun müharibə cinayətləri törətmədiyini sübut etdi. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze ölkəsinin 2008-ci il müharibəsi ilə bağlı beynəlxalq məhkəmələrdə əldə etdiyi nəticələrdən danışarkən bəhs edib

09.08.2026 160
.

Buzlaqlar əriyir, təhlükəli civə okeana yayılır - Alimlərdən HƏYƏCAN TƏBİLİ

Qlobal istiləşmə nəticəsində Antarktida yarımadasındakı buzlaqların əriməsi uzun illər buz altında qalmış civənin Cənub okeanına daha sürətlə yayılmasına səbəb olur. xəbər verir ki, bu barədə "PNAS" elmi jurnalında dərc olunan araşdırmada bildirilir. Alimlərin apardıqları analizlər göstəri

09.08.2026 190
.

Ukrayna bir həftə ərzində Rusiyanın "kölgə donanması"nın 12 gəmisini vurub

Ukrayna dronları bir həftə ərzində Qara və Azov dənizlərində Rusiyanın "kölgə donanması"nın 12 gəmisini vurub. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi teleqram kanalında bildirib. Məlumata əsasən, gəmilər avqustun 1-8-

09.08.2026 202
.

TOP MP3