Qurban əti kəsildikdən 12 saat ərzində yeyilməlidir
Türkiyəli diyetoloq Elif Sena Ay hesab edir ki, heyvan kəsildikdən 24 saat sonra onun əti yeyilməlidir.
BiG.AZ xəbər verir ki, ekspert Qurban bayramı ilə bağlı tövsiyələrini verib.
"Yeni kəsilən heyvan ətinin sərtliyi həm yemək bişirəndə, həm də həzmdə çətinlik yaradır. Mədədə şişkinlik və həzmsizlik kimi problemlərə səbəb olur. Bu səbəbdən ət ən azı 24 saat saxlanmalı və sonra istehlak edilməlidir.
Qırmızı ət ən yaxşı protein mənbəyidir, eyni zamanda B12, B6, B1 və A vitaminləri, dəmir, sink, fosfor, maqnezium mineralları ilə zəngindir. Lakin E və C vitaminləri ehtiva etmədiyi üçün ət yeməklərini C vitamini ilə zəngin tərəvəzlərlə, salatlarla və ya meyvə suları ilə birlikdə yemək faydalıdır. Tərəvəzlərdəki C vitamini dəmirin sovrulmasını artıracaq.
Qırmızı ətdən görünən yağ və piylər ayrılsa da, yağlılığı təxminən 20 faidir. Yağlı ətdə doymuş yağ və xolesterin yüksəkdir. Qurbanlıq əti çalışın kərə yağında deyil, zəif odda öz suyunda bişirin. Ümumiyyətlə, ət yeməklərinə kərə yağı əlavə edilməməlidir, öz yağında bişməlidir. Qırmızı ət yeməkləri əsasən günorta saatlarında yeyilməlidir, axşam isə tərəvəz və lobya kimi lifli məhsullara üstünlük verin. Qazlı içkiləri ayranla əvəz etmək daha faydalıdır. Ət yemisinizsə, qəbul edilən mayenin də miqdarı çox olmalıdır, 2 litr və daha çox. Su ətin həzm olunmasını asanlaşdıracaq. Xəmir və şərbətli şirniyyatları isə südlü desertlərlə əvəz edin".
Həkim qeyd edib ki, ürək-damar xəstələri cız-bız kimi yağlı yeməklərdən uzaq durmalıdır:
"Əti suda qaynatmaq və ya sobada bişirmək ən yaxşı variantdır. Qızartma və qovurma üsullarından qaçınılmalıdır. Əgər ət manqalda bişiriləcəksə, çox qızartmayın. Kömürləşdirilmiş ət xərçəng riski daşıyır. Fol turşusu kimi vitaminlərin itirilməsinə səbəb olur.
Ətləri qiymə və ya xırda-xırda doğrayıb torbalara yerləşdirin. -2 dərəcə istilikdə soyuducuda 1-2 həftə, dondurucuda isə -18 dərəcə Selsidə daha uzun müddət saxlamaq olar. Bişirmək üçün dondurucudan çıxarılıb əridilmiş ət dərhal bişirilməli və yenidən dondurulmamalıdır". /publika.az/
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1189 Tarix: 08 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Kamboca Kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında
11:59 180 Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət
11:13 215 İlham Əliyevin Zəfər Günü müraciəti: Xankəndidən dünyaya verilən güclü Azərbaycan mesajı
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, tarixi ədalətin və dövlətçilik iradəsinin təntənəsidir. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciət isə bu möhtəşəm tarixi Qələbənin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir dah
10:57 197 9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlət suverenliyimizin rəmzidir
9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, azadlıq mübarizəsini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən mühüm tarixi gündür. Azərbaycan bayrağı hər bir vətəndaş üçün Vətənə bağlılığın, milli kimliyin, tarixi yaddaşın və dövlətə sədaqətin müqəddəs rəmzidir
10:47 199 Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi
Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik
11:56 169 Mingəçevirdə gənc bıçaqlanıb
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb
14:10 175 Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?
Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas
17:00 128 Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
13:50 210 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü
Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay
13:29 199