Qoşulmama Hərəkatı üzvləri Azərbaycanla daim həmrəydir

Qoşulmama Hərəkatı üzvləri Azərbaycanla daim həmrəydirİyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransı keçirilib. Dövlətimizin başçısı cənab İlham Əliyev konfransda geniş çıxış edib.
120 dövlətin üzv olduğu, 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi Qoşulmama Hərəkatı 1955-ci ildə yaradılıb və BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təsisatıdır. 2019-cu ildə etibarən təşkilata Azərbaycan Respublikası sədrlik edir. Bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu təsisatın nüfuzunun möhkəmlənməsi, institusionallaşdırma yolu ilə getməsi addımlar atır. Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması da həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsinə yönəlib.
Bakı konfransında çıxışı zamanı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, parlament şəbəkəsi dünyanın müxtəlif parlament təşkilatları ilə sıx münasibətlər quracaq. Azərbaycan eyni zamanda gənclər şəbəkəsinin yaradılmasını da təklif edib. Bu da üzv dövlətlərin gəncləri arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcəkdir.
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan pandemiya dövründə müxtəlif təşəbbüslərlə çıxış edib. Belə ki, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi, BMT-nin İnsan Haqları Şurasında alınan dəstək, Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirəni qeyd etmək olar. Bütün bu təşəbbüslər şübhəsiz ki, Hərəkatın nüfuzunu artırır.
Bildirilib ki, Qoşulmama Hərəkatı həm 44 günlük Vətən müharibəsindən əvvəl də, həm müharibədən sonra da Azərbaycanla həmrəydir. Bakı konfransında dövlət başçımız bir daha bəzi ölkələrin bizim haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhdini xatırlatdı. Qeyd etdi ki, həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.
Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edir. Bu mənada Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan sədr kimi üzv dövlətləri bu istiqamətdə səyləri birləşdirməyə çağırır.

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı özünün inkişaf dövrünü yaşayır. Təşkilatın tarixinə baxsaq, hərəkat fəaliyyətinin heç bir dövründə dünyada siyasi proseslərə bu qədər təsir imkanlarına malik olmayıb. Təşkilat məhz Prezident İlham Əliyevin liderliyi altında istər Pandemiya dövrünün qlobal problemlərinə, istər bu çərçivədə siyasi proseslərə dair ciddi qərarların qəbulu ilə nəticələnən addımlar atılmış, BMT Baş Assambleyasının xüsusi sessiyaları çağırılmışdır.
Azərbaycan Rəhbəri eyni zamanda dövlətimizin sədrlik dövründə Hərəkatın struktur imkanlarını da artırıb. Bir qədər əvvəl Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, o cümlədən, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi təsis edilib. Paytaxtımızda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransı isə göstərdi ki, Azərbaycan tərəfinin təşəbbüsləri yalnız qərarlarla ifadə olunmur, biz həm də məsuliyyətli təşəbbüslərimizin icrasını təmin edirik.
Bakı konfransında "Bakı Bəyannaməsi" və "Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə" qəbul edilməsi, təşkilatın rəsmi loqosu və bayrağının təsdiq olunması, qurumun sədri və sədr müavinlərinin seçilməsi Azərbaycanın Qoşulmama hərəkatında səmərəli iş əmsalını bir daha ortaya qoyur.
Üç gün davam edən konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətləri, o cümlədən, 9 beynəlxalq parlament təşkilatının nüfuzlu təmsilçiləri qatılıblar. Azərbaycanın yaratdığı reallığı birdən-birə bu qədər nüfuzlu heyətlərin şəxsən müşahidə etməsi informasiya müharibəsində Azərbaycanın əsaslı qələbələrindən biri hesab edilməlidir.

Tariyel Əhmədzadə - AMEA Huquq və Insan Haqlari İnstitunun
baş mütəxəssisi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 597   Tarix: 05 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir

Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ

12:37 178
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

18:00 96
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

15:30 163
.

Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb

10:40 257
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə birliyi sarsılmaz strateji reallıqdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş, ardınca mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin siyasi və strateji mahiyyətini bir daha nümayiş etdirdi

12:19 261
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

17:20 133
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

16:10 170
.

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

10:04 196
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlət suverenliyimizin rəmzidir

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, azadlıq mübarizəsini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən mühüm tarixi gündür. Azərbaycan bayrağı hər bir vətəndaş üçün Vətənə bağlılığın, milli kimliyin, tarixi yaddaşın və dövlətə sədaqətin müqəddəs rəmzidir

10:47 204
.