Oğuzda neft məhsullarının qeyri-qanuni satışının qarşısı alınıb

Oğuzda neft məhsullarının qeyri-qanuni satışının qarşısı alınıbFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

FHN-dən verilən məlumata görə, Oğuz rayonunun Xaçmaz kəndində "Yuxarı bazar yeri" adlanan ərazidə Xaçmaz kənd sakini Xəlilov Adil Gülməmməd oğlu tərəfindən yüksək gərginlikli hava elektrik xətlərinin altında və orta təzyiqli qaz xəttinin yaxınlığında neft məhsullarının qanunsuz satışı ilə məşğul olması barədə Dövlət Yanğın Nəzarəti Xidmətinə məlumat daxil olub.

Məlumatla əlaqədar xidmətin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı vətəndaşın həqiqətən də yüksək gərginlikli hava elektrik xətlərinin altında, orta təzyiqli qaz xəttinin, fərdi yaşayış evləri və meşə massivinin bilavasitə yaxınlığında müxtəlif neft məhsullarının (benzin, ağ neft, sürtgü yağı və s.) qeyri-qanuni satışını həyata keçirdiyi və yanğın təhlükəsizliyi sahəsində çoxsaylı və ciddi qayda pozuntularının mövcud olduğu öz təsdiqini tapıb.

Qeyd olunanlar nəzərə alınaraq, yanğın təhlükəsizliyi sahəsində çoxsaylı qayda pozuntuları səbəbindən insan həyatı və sağlamlığına birbaşa təhlükə yaratdığı üçün Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən göstərilən obyektin istismarı dayandırılıb və hazırda faktla bağlı araşdırma aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 602   Tarix: 02 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mənəvi sarsıntı və iztirab: qanun nə deyir?

"Mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi mənəvi sarsıntı və ya iztirab hesab olunur. Mənəvi zərərə görə kompensasiya isə hüquqazidd hərəkət və ya hərəkətsizliyə məruz qalan şəxsin yaşadığı psixoloji sarsıntının təsirini azaltmaq, onun mənəvi tarazlığın

08.05.2026 285
.

Avropa Birliyi nazirləri Rusiyanın ukraynalı uşaqların deportasiyası ilə bağlı sanksiyalar qəbul edəcəklər

Cümə günü iki Aİ mənbəyi bildirib ki, Avropa Birliyi xarici işlər nazirlərinin bazar ertəsi günü ukraynalı uşaqların Rusiyaya deportasiyası ilə bağlı yeni sanksiyalar qəbul etməsi gözlənilir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Ukrayna bildirir ki, 20 minə yaxın uşaq qanunsuz olaraq Rusiya v

08.05.2026 282
.

Qardaşından İbrahim Tatlısəsə sərt ittiham: "Sənət həyatımı bitirmək üçün əlindən gələni edib"

Məşhur müğənni İbrahim Tatlısesin qardaşı Hüseyn Tatlı, illərdir davam edən səssizliyini pozaraq ailə daxilindəki sənət qarşıdurması ilə bağlı səs-küy yaradacaq açıqlamalar verib. Türkiyə mediasına istinadla xəbər verir ki, qardaşının onun karyerasına dəstək olmaq əvəzinə, maneə törətdiyini iddia edib

08.05.2026 431
.

Uşaqların cihazlardan istifadəsi onların nitqinə necə təsir edir?

Müasir uşaqlar elə bir dünyada böyüyür ki, ekranlar artıq oyuncaqlar qədər adi bir şeyə çevrilib. Bəs cizgi filmləri gündəlik vərdiş halını aldıqda uşağın nitqində nə baş verir? Gəlin bu məsələni daha ətraflı araşdıraq. xarici mediaya istinadən xəbər verir ki, iki yaşdan kiçik bir çox uşaq gündə təxminə

08.05.2026 261
.

Rusiya dövlət televiziyasıda Azərbaycan qarşı növbəti təxribat

6 may tarixində Rusiya Federasiyasının dövlət kanalı olan "1-ci" kanalın "zaman göstərər" ("vremya pokajet") verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma "Dağlıq-Qarabağ" ifadəsinin ye

08.05.2026 321
.

Berlini ələ keçirən generalın evi yanıb oldu

Rusiyanın Moskva vilayətində Sovet İttifaqı Qəhrəmanının evi yanaraq kül olub. yerli mediaya istinadla bildirir ki, hadisə Sergiyev Posad şəhərində baş verib. Həmin ev general-polkovnik Dmitry Jerebinin gənclik illərində yaşadığı ev olub. Binanın üzərində xatirə lövhəsi varmış. Evin qorunub saxlanılmas

08.05.2026 312
.

İsrail ordusunun 3 hərbçisi İrana casusluğa görə HƏBS OLUNDU

İsrail ordusunun 3 hərbçisi İrana casusluqda ittiham olunur. yerli mediaya istinadla bildirir ki, 3 hərbçi və 1 mülki şəxs uzun müddət İran xüsusi xidmət orqanları ilə əlaqə saxlayıb. Təqsirləndirilənlərin bir qismi İsrail Hərbi Hava Qüvvələrinin Texniki Məktəbinin şagirdləri olub. Məhz orada onlar il

08.05.2026 263
.

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. BİG.AZ-ın məlumatına görə, müraciətdə deyilir:. "Həftəsonu və bayramla əlaqədar qeyri-iş günlərində respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir. Xüsusil

10:33 117
.

5 kilometr dərinlikdə 400°C temperatur olan "cəhənnəm": Orada həyat var

Karib dənizində aparılan dərin dəniz tədqiqatı zamanı alimlər Yer səthinin təxminən 5 kilometr altında ekstremal şəraitə malik, lakin canlı orqanizmlərlə zəngin bir mühit aşkar ediblər. Qaynarinfo "BBC Wildlife Magazine" nəşrinə istinadən xəbər verir ki, burada suyun temperaturu 400C-dən d

08.05.2026 323
.

TOP MP3