DYP-dən bu sürücülərə MÜRACİƏT
"Respublikanın yerli və rayonlararası avtomobil yollarında mövcud qanunvericilikdə nəzərdə tutulmuş ölçü parametrlərini aşmaqla, qablaşdırılmamış, xüsusilə tezalışan yük kateqoriyasına aid olan ot bağlamalarından ibarət yüklərin daşınmasına görə ayrı-ayrı sürücülər haqqında çoxsaylı inzibati təsir tədbirlərinin görülməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də belə qayda pozuntularına yol verilməsi halları müşahidə olunur".
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polis (DYP) İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qeyd olunanlar, habelə yüklərin bu şəkildə daşınmasının nəqliyyat vasitələrinin ağırlıq mərkəzinə təsiri nəticəsində yükün yola dağılması və ya avtomobilin özünün aşma ehtimalının yüksək olması nəzərə alınaraq, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə DİN-in Baş DYP İdarəsi bir daha yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, xüsusilə belə daşımaları həyata keçirən sürücülərin diqqətinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən sadalanan halların hər biri ciddi qayda pozuntusu hesab edilir və törədilmiş əməlin nəticəsindən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır.
"DİN-in Baş DYP İdarəsi bir daha yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən yüklərin daşınması zamanı yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət olunmasını xahiş edir.
Həmçinin bildiririk ki, bu sahədə inzibati xətalara yol vermiş şəxslərin barəsində ciddi inzibati tənbeh tədbirləri görüləcək", - deyə məlumatda qeyd edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 766 Tarix: 27 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Odessaya hücum edib, 3 nəfər ölüb
Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri
15:40 181 Adanada zəlzələ olub
Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib
17:20 161 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri
19:45 80 Antalyada 102 lider bir araya gələcək
Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri
17:50 162 Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi
Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə
19:15 112 İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
12:47 218 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə
15:30 185 Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n
17:10 161 Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı
ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd
19:30 89