"Fermadan süfrəyədək": Ölkədə identikləşdirilən heyvanların sayı AÇIQLANDI
Bu günə qədər 42 360 sayda iribuynuzlu heyvan identikləşdirilərək, təsərrüfatlar və heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib. İdentikləşdirilən heyvanlardan 18972-si Bakı şəhəri, 3210-u Sumqayıt şəhəri, 20178-i isə Abşeron rayonunun payına düşür.
Bu barədə Baş nazir Əli Əsədovun "Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası"nda dəyişikliklər barədə imzaladığı qərar əsasında Oxu.Az-ın sorğusuna cavab olaraq AQTA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2021-ci il 15 dekabr tarixindən etibarən ölkəmizdə heyvanların identifikasiyası və qeydiyyatı prosesinə start verilib. Pilot olaraq həyata keçirilən layihə çərçivəsində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ailə-kəndli və fermer təsərrüfatlarında heyvanlar identikləşdirilir. Həm təsərrüfatlar, həm də heyvanlar haqqında məlumatlar sistemə daxil edilir.
Əvvəlki qaydalara əsasən, hər heyvanın identikləşdirilməsi nəticəsində heyvan sahibinə "baytarlıq pasportu" və "identikləşdirilmə haqqında şəhadətnamə" verilməli idi. Baytarlıq pasportunun alınmasına görə isə "Dövlət rüsumu haqqında" Qanunda 20 manat dövlət rüsumu nəzərdə tutulub. Dəyişiklik nəticəsində hər bir heyvana görə baytarlıq pasportunun alınması zərurəti aradan qalxacaq və nəticə olaraq bununla bağlı "Dövlət rüsumu haqqında" Qanunda nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq. Bu isə identifikasiya sisteminin ölkə ərazisində tətbiqini asanlaşdıracaq. Həmçinin ölkədə heyvanların qeydiyyata alınması, izlənməsi üçün elektron sistem üzərində şəhadatnamə tərtib olunacaq.
Bu sistem vasitəsilə "fermadan süfrəyədək" prinsipi ilə izlənmənin həyata keçirilməsi mümkün olacaq. Digər tərəfdən isə son məhsul üzərindəki QR-kod vasitəsilə məhsulun (ətin və ya südün) hansı heyvana məxsus olduğu, bu heyvan üzərində hansı vaksinlərdən və ya baytarlıq preparatlarından istifadə edildiyi barədə müfəssəl məlumatlar əldə olunacaq. Bundan əlavə, sistem vasitəsilə heyvanın peyvəndlənmədən sonra gözləmə dövrünü, eləcə də müalicə üçün istifadə edilən dərman preparatlarının aktiv maddələrinin heyvanın orqanizmindən xaric olma müddətini izləmək mümkün olacaq.
HİQS fərdi heyvandan başlayaraq, heyvandarlıq təsərrüfatı, heyvanların satış bazarı, heyvan kəsimi məntəqələri, emal müəssisələri, daşınma şirkətləri, topdan və pərakəndə satış müəssisələrini əlaqələndirməklə fəaliyyət göstərəcək. Respublikada heyvanların identikləşdirilməsinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulub.
Bütün bunlar isə ölkəmizdə bioloji təhlükəsizliyin təmin olunmasına, insan sağlamlığının qorunmasına və heyvan mənşəli məhsulların ixracının asanlaşdırılmasına böyük töhfə verəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 887 Tarix: 26 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
12:40 231 Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
13:50 230 Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi
Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik
11:56 181 Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya
"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs
16:10 198 Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı
ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd
19:30 99 Ərdoğan Azərbaycan xalqını təbrik etdi
"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman
14:34 188 Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb
Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri
15:40 184 Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq
Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn
16:40 175 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində
20:23 6