Baş katib: "NATO ölkələri Ukraynaya tam yardım paketi ilə bağlı razılığa gələcək"
"NATO-ya üzv ölkələr Madrid sammitində Ukraynaya tam yardım paketi ilə bağlı razılığa gələcək".
"Report" xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq İspaniyanın "El Pais" qəzetinə müsahibəsində deyib.
"Madrid sammiti NATO üçün həlledicidir. Bu, bir çox səbəblərə görə tarixi sammit olacaq. İlk növbədə ona görə ki, 30 müttəfiq ölkə Avropada İkinci Dünya müharibəsinin bitməsindən sonra ən ciddi təhlükəsizlik böhranını müzakirə etmək üçün toplaşacaq və bu məsələ ətrafında birləşəcək", - o bildirib.
Baş katibin sözlərinə görə, sammit zamanı bir çox mühüm qərarlar qəbul ediləcək: "İttifaqımızın gələcəyi üçün bələdçi olan yeni strateji konsepsiya təsdiqlənəcək. Biz Ukraynaya tam yardım paketini razılaşdıracağıq. Biz, həmçinin İspaniya və digər cənub müttəfiqləri üçün xüsusilə vacib olan cənub cinahı ilə bağlı mühüm qərarlar qəbul edəcəyik. Əlbəttə, diqqət mərkəzində Rusiya və Ukraynadır. Amma Şimali Afrikada və Sahel bölgəsində terrorizm və ya qeyri-sabitlik də daxil olmaqla digər təhlükələri unutmamalıyıq. Buna görə də biz cənub ölkələri ilə əməkdaşlıq səylərimizi gücləndirəcək və terrorizmlə mübarizə, sərhəd nəzarəti və müdafiə və təhlükəsizliyini gücləndirmək üçün Mavritaniyaya yeni dəstək paketi ilə bağlı razılaşacağıq".
Qeyd edək ki, NATO-nun dövlət və hökumət başçıları səviyyəsində iclası iyunun 28-30-da İspaniyanın paytaxtı Madriddə baş tutacaq. Sammit iştirakçıları yeni strateji konsepsiya qəbul edəcək, ittifaqın gücləndirilməsini və qlobal iqlim dəyişikliyinin təhlükəsizlik sektoru üçün təsirlərini nəzərdən keçirəcəklər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 636 Tarix: 25 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniyada 13 min ildir "yatan" vulkan oyanır: Püskürmə bütün Avropada hiss olunacaq
Almaniyanın qərbində yerləşən və uzun müddət sönmüş hesab edilən Laax vulkanında aktivlik əlamətləri qeydə alınır. Alimlər mümkün güclü püskürmənin təkcə Almaniyaya deyil, Mərkəzi Avropanın böyük hissəsinə ciddi təsir göstərə biləcəyini bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "Twoja Pogoda"
11:45 213 Nərmin Kərimbəyova "Zəfər günü"nə həsr olunan "Atabarı"nı təqdim etdi
Müğənni Nərmin Kərimbəyova "Zəfər Günü"nə yeni layihə hazırlayıb. xəbər verir ki, sənətçi, bu dəfə "Atabarı" adlı türk xalq mahnısına müraciət edib. Sözü gedən nəğmə, türk dünyasının sevilən xalq mahnısı hesab olunur. "Atabarı" dəfələrlə müxtəlif ifaçıların repertuarın
12:19 208 "Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu
"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma
14:43 219 Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı
İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi
17:40 173 Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox
Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı
19:30 123 Quşların qışda donmamasının sirri: Bədən temperaturlarını aşağı salırlar
Quşların qış aylarında açıq havada, hətta sərt şaxtalarda belə gecəni donmadan keçirməsinin səbəbləri məlum olub. Məlum olub ki, bəzi quş növləri soyuqdan qorunmaq üçün həm davranışlarını dəyişir, həm də bədən temperaturunu aşağı salaraq enerjiyə qənaət edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə Norve
13:00 224 İrana hücum üçün hər gün Trampa zəng edir
İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə
14:40 199 Aktyor Aslan Fətullayev vəfat etdi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər
15:15 331 İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə
12:02 297