"Heç nədə özümə qadağa qoymuram": Alın yazısına inanan prima-balerina - FOTO

"Heç nədə özümə qadağa qoymuram": Alın yazısına inanan prima-balerina - FOTO"Bütün gün, hər yerdə Leyliyəm, ancaq bu obrazı düşünürəm, ona çevrilmişəm. Alqışsa enerji nüvəsidir. Əvvəlcə bu enerjini tamaşaçıya sən ötürürsən, sonra enerjini o sənə qaytarır. Mənim üçün səhnədə olmaq, alqış almaq böyük xoşbəxtlikdir".

Bu sözləri Əməkdar artist Cəmilə Kərimova "Kaspi" qəzetinin əməkdaşı ilə həmsöhbət olduğu zaman deyib.

Sözügedən məqaləni təqdim edirik:

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı həmişə mənim üçün kübarlıq və klassikanın sinonimi olub. Bu bina, səhnə, lojalar, hətta onun dəhlizləri həmişə möcüzəli görünüb. Sanki ayağımı yerə bərk atsam, sehr pozulacaqmış kimi, barmaqlarımın ucunda gəzmişəm burada. Bu sehrli teatrın prima-balerinası, Əməkdar artist Cəmilə Kərimova ilə söhbətləşirik.

Balerina olmaq həvəsini Cəmilə xanımda anası yaradıb:

"Anam incəsənətdə olmağımı istəyirdi. Və əvvəlcə məni skripka sinfinə qoydu. Sonra isə rəqsə böyük həvəsimi görüb balet məktəbinə yazdırdı və dedi ki, gəl yoxlayaq, alınır, yoxsa yox. Xoşuna gəlsə, bacarsan, davam edərsən. On yaşımda Bakı Xoreoqrafiya Akademiyasına (BXA) daxil oldum. 20 ildir ki, sevə-sevə bu işlə məşğulam. BXA xüsusi məktəbdir. Orada oxumaq maraqlı və çətindir. Bir məktəbdə sanki üç məktəb cəmləşib. Orada balet, musiqi öyrənir, orta məktəb dərslərini oxuyuruq. Mənim üçün o qədər maraqlı idi ki, çətinlikləri heç vaxt fikirləşmədim, fiziki cəhətdən heç vaxt yorulmadım. Nə olur-olsun, davam etmək istədim.

Bu sənət psixoloji tərəfdən də çətindir. Hər gün bir addım irəliləmirsənsə, deməli, geri qalırsan. Fasilə yoxdur. Həm də alın yazısına inanıram. Mən balerina olmalı idim, oldum da. Üç təhsilin bir yerdə olmasından və baletin mənim üçün birinci yerdə durmasından asılı olmayaraq, oranı qırmızı diplomla bitirdim. Moskva Dövlət Akademik Böyük Teatrının nəzdində Moskva Dövlət Xoreoqrafiya Akademiyasına daxil oldum. Mədəniyyət Nazirliyinə minnətdaram ki, məni oraya bir illik ixtisasartırma kursuna göndərdi".

Cəmilə xanımın fikrincə, balet elə bir sənətdir ki, sən işdə balerina, evdə sadə insan ola bilməzsən:

"Mümkün deyil. Balet həyat tərzidir. Evdə də tamaşaları, obrazları fikirləşirsən. Düşünürsən ki, obrazı, xarakteri tamaşaçıya daha yaxşı necə çatdırım. Hazırda "Leyli və Məcnun" baletində Leyli obrazını məşqini edirik. Bununla yaşayıram, bununla nəfəs alıram. Belə bir şey oxumuşdum: "İnsan, əgər artistdirsə, heç yerdə səhnədə olduğu qədər azad və xoşbəxt deyil!" Bu fikirlə çox razıyam".

"Elə bir tamaşa yoxdur ki, həyəcanlanmayım", - deyir Cəmilə xanım. - Ümumiyyətlə, soyuqqanlı ola bilmirəm, emosionalam. Bəzən düşünürlər ki, insan təcrübə topladıqca, həyəcan artıq keçməlidir. Amma belə deyil. Mənim üçün adiləşmir. Həyəcanım həmişə var. Çünki səhnə çox möcüzəli bir yerdir. Mən səhnəni canlı hesab edirəm. O, sənin dostun ola bilər. Əgər münasibətin alınmadısa, bir dalğaya köklənə bilmədinsə, tamaşa yaxşı alınmaya da bilər. Bunu tamaşaçı hiss etməz, bəlkə də. Bəyənər, alqışlayar. Amma sən özündən tam razı qalmazsan".

Özünə qarşı tənqidi yanaşan balerinamız teatra gəldiyi ilk mövsümdə "Qu gölü" baletində oynayıb:

"Balet sənətinin zirvəsi sayılan bu əsər dördpərdəli böyük tamaşadır. Əsərdə iki çətin obraz var - Ağ qu və Qara qu. Aparıcı solist həm Ağ, həm də Qara qunu oynayır. Və burada əsas məsələ bu kontrastı oynaya bilməkdir. Bunun elə mürəkkəbliyi də bundadır. Mənim üçün belə bir tamaşada oynamaq böyük bir məsuliyyət idi. Rəhbərliyə, mənə verdiyi bu şansa görə çox minnətdaram. Onların inamı məni güclü edirdi. "Qu gölü"ndə həmişə anşlaq olur. Orada həm bizim, həm də xaricdən dəvət olunan artistlər oynayırlar. Dünya ölkələrindən gələn ifaçılar bizim truppanın yüksək səviyyəsini görür, balet məktəbini, peşəkarlığımızı qiymətləndirirlər".

Balerina formada qalmaq haqda da danışır:

"Hər gün bir neçə saatlıq məşqdə təkcə bəzi əzələlər yox, bütün bədənimiz işləyir. Məşqdə 100 faiz işləyirsənsə, deməli, mütləq formada qalacaqsan. Qidamız məşqimizə uyğun olmalıdır. Çünki bütün elementlər, vitaminlər bizə lazımdır. Biz həm zərif, həm də güclü olmalıyıq. Azərbaycan kulinariyasını çox sevirəm. Fastfuddan başqa, heç nədə özümə qadağa qoymuram, amma az yeyirəm".

"Qu gölü"ndə balet saç düzümündən başqa, əlavə saç buruğu da taxmalı idim. Nədənsə onu bircə sancaqla bərkitdim. Səhnəyə çıxan kimi buruq düşdü. Biz dörd qız idik və yaxşı ki, mərkəzdə deyildim, tamaşaçılar bunu hiss etmədilər. Mənsə özümü heç nə olmamış kimi apardım.

"Leyli və Məcun"da Leylini oynayırdım. O baletdə hərəkət ardıcıllığı çox mürəkkəbdir. Məşqdə növbəti dəfə hansı hərəkətin gələcəyini bir-birimizə xatırladırdıq. Tərəf-müqabilimin unutduğu bir yer vardı, ona həmişə mən deyirdim. Tamaşada isə həmin yeri mən unutdum. Cizgilərimdən unutduğumu hiss etdi və həmin yeri mənə xatırlatdı".

"Bu sənətdə hamı axıra qədər davam gətirə bilmir" deyir balerina:

"Bilirsiniz, hər dəfə yenidən başlamaq çox çətindir. İnsan fiziki, psixoloji yükü qaldırmaya bilər. Məsələn, dil öyrənirsən, 10 söz öyrəndin, vəssalam, yadında qaldı. Baletdə belə deyil. Hər səhər təkrarladığımız klassika dərsini 20 ildən çoxdur, edirik. Amma mən özümü ofisdə, masa arxasında təsəvvür etmirəm. Balet olmasaydı, incəsənətin başqa bir qolu ilə məşğul olardım. Bəlkə də, aktrisa olardım. Teatra getməyi, xüsusən də operanı çox sevirəm. Çünki fransız və italyan dillərini bilirəm və tamaşa mənə xüsusi zövq verir".

Balerinanın pozitivliyi, zərif bədənindəki güclü ruhu bu teatra xüsusi işıq, sevgi verir. Sağollaşıb yeni günəşlərin görüşünə gedirəm.

"Heç nədə özümə qadağa qoymuram": Alın yazısına inanan prima-balerina - FOTO"Heç nədə özümə qadağa qoymuram": Alın yazısına inanan prima-balerina - FOTO


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1107   Tarix: 04 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Son Xəbərlər