Filmlərə çəkmədilər, hər kəsdən üz döndərdi, ehtiyac içində dünyasını dəyişdi - "Qayınana"ın bəxtsiz Sevdası

Filmlərə çəkmədilər, hər kəsdən üz döndərdi, ehtiyac içində dünyasını dəyişdi - "Qayınana"ın bəxtsiz SevdasıKulis.az Əməkdar artist, aktrisa Tanilə Əhmərova haqqında maraqlı faktları təqdim edir.

Milliyyətcə tatar olan Tanilə Aisa qızı Əhmərova 1950-ci ildə iyunun 1-də Bakının Sabunçu qəsəbəsində anadan olub. Uşaq yaşlarından təhsil aldığı 78 nömrəli məktəbdəki teatr dərnəyinə göstərdiyi maraq sonradan onu aktrisalığa aparıb.

Təhsilini başa vurduqdan sonra bir müddət 1967-1972-ci illərdə hesablayıcı və dispetçer işləyib. Amma aktrisa olmaq istəyinə doğru addımlamaqda davam edib.

1972-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutuna qəbul olunub. Burada o dövrün ustad sənətkarlarından dərs alıb. Tələbə olduğu müddətdə həm də işləyib. Bakıdakı Mədəniyyət saraylarından birində müdir vəzifəsində çalışıb.

Aktrisa 1977-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutunu bitirib. 1978-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının aktrisası olub.

O, "Üzeyir ömrü" filmində Üzeyirin anası, "Qayınana" filmində Sevda, "Şir evdən getdi" filmində Şəfiqə müəllimə, Sevinc buxtası"nda Leyla kimi yaddaqalan obrazlar yaradıb.

Azərbaycanda 15-ə yaxın ekran əsərində müxtəlif səpkili obrazlar yaratmış Tanilə Əhmərovanı çoxları "Qayınana" filmindən Sevda kimi tanıyır. Cənnət xalanın gəlini, diş həkimi Sevda. O, bu obrazla tamaşaçıların sevimlisinə çevrilib. Deyilənə görə, özü də bu rolunu çox sevib.

Tanilə Əhmərova 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülüb. Daha sonra Azərbaycanın Əməkdar artisti fəxri adı ilə təltif olunub.

Tanilə Əhmərova iki dəfə ailə qurub. İlk evliliyindən bir qızı doğulub. İkinci dəfə isə aktrisa 1997-ci ilə Vahid Yusifoğlu adlı şəxsə ərə gedir. Amma bu nikahdan onun övladı doğulmayıb.

Həmkarları onu həyatda və sənətdə bəxti gətirməyən aktrisalar sırasına aid edirlər. Deyirlər ki, həm aktrisa kimi, həm də insan kimi çox dəyərli idi. Amma həyatda da, sənətdə də onunku gətirməyib. Tanilə Əhmərova Sevda obrazı ilə yaddaşlarda qalsa da, potensialı tam açılmayıb.

Maraqlıdır ki, çox sayda filmlərin sınaq çəkilişində iştirak edib. Amma sonradan onun əvəzinə başqasını çəkiblər. Ömrü boyu kinoda yeni filmlərə çəkiləcəyini gözləyən aktrisa 1990-cı ildən sonra xəyal qırıqlığına uğrayır, depressiyaya məruz qalır və sonuncu dəfə 1993-cü ildə "Təhminə" filmində epizodik rola çəkilərək sənətdən uzaqlaşır.

Filmlərə çəkilməmək aktrisanın maddi durumuna pis təsir edir. Maddi və mənəvi sıxıntılar üzündən uzun müddət evinə qapanıb, heç kəslə görüşmür.

2014-cü ildə mətbuat Tanilə Əhmərovanın baxımsızlıqdan əziyyət çəkdiyini yazırdı. Hələ o zaman 147 manat pensiya aldığını deyən aktrisa bu pulun nə dərmanına, nə yeməyinə, nə də digər ehtiyaclarının ödənməsinə bəs etmədiyini bildirirdi.

Səhəti gün-gündən pisləşən aktrisa 2015-ci ilin yanvarında ikinci dəfə insult keçirir. Həmin vaxtlar həmkarları sosial şəbəkələrdə paylaşdıqları məlumatlarda Tanilə Əhmərovanın vəziyyətinin ağır olduğunu, yeriyə bilmədiyini bildirir, müvafiq qurumları ona kömək etməyə çağırırdılar. Amma bu çağırışlara səs verən olmur.

Özünə qarşı bu biganəlik onu hamıdan üz döndərməyə məcbur edir. Qapısını nəinki həmkarlarının, hətta jurnalistlərin də üzünə bağlayır. Mətbuata müsahibə vermir. Ölüm gününədək heç kimlə görüşmək istəmir.

Tanilə Əhmərova ilə birlikdə "Qayınana" filmində oynamış Xalq artisti, mərhum Fuad Poladov müsahibələrinin birində deyirdi: "Tanilə Əhmərova həm aktrisa kimi, həm də insan kimi çox dəyərli idi. Xatirimdə çox yaraşıqlı, həlim bir xanım kimi qalıb. Çox gözəl aktrisa, özünəməxsus rolların ifaçısı idi. Bunlardan biri də "Qayınana" filmindəki Sevda roludur. Filmdəki rolu həyatdakı obrazına çox uyğun gəlirdi. Azərbaycan kinosunda öz imzasını qoydu Tanilə xanım. Uzun müddət xəstə yatdı. Mən də bir neçə dəfə onu yoluxmaq istədim, amma deyib ki, heç kimi qəbul etmək istəmir. Dünən vəfat etdiyini eşidəndə çox pis təsir etdi mənə".

Xalq artisti İlham Namiq Kamal da aktrisa haqqında deyir: "Tanilə xanım çox bacarıqlı, istedadlı aktrisa idi. Təəssüf ki, Azərbaycan kinosunda onun potensialından kifayət qədər istifadə edilmədi. Onun kinodan kənar düşməsinin günahkarı sözsüz ki, rejissorlardır. Tanilə Əhmərovanın kinodan kənar düşməsi ilə Azərbaycan filmləri bir çox maraqlı obrazlar itirib".

Sənət yoldaşlarının dediyinə görə, 4 il yataq xəstəsi olan aktrisanın qızı ilə də münasibətləri pozulubmuş. Ona baxan, əziyyətini çəkən yalnız həmişə yanında olan həyat yoldaşı olub.

Aktrisa uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci il tarixində Bakıda vəfat edir. Onu Zabrat qəsəbəsindəki qəbiristanlığında dəfn edirlər.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2115   Tarix: 01 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xalq artisti oğlunun ad gününü belə qeyd etdi - Video

Xalq artisti Brilliant Dadaşova oğlu Cahadın ad gününü bağ evində qeyd edib. "Qafqazinfo" xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib. B.Dadaşova oğlu ilə doğum günü tortu ətrafında əyləncəli anlar yaşayıb

11.08.2026 429
.

Məşhur aparıcının həkim həyat yoldaşı DÜNYASINI DƏYİŞDİ - FOTO

Türkiyədə tanınmış televiziya və xəbər aparıcısı Erhan Çelikin həyat yoldaşı, mama-ginekoloq Özlem Gültekin vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, kədərli xəbər Gültekinin təsis etdiyi klinikanın sosial media hesabında paylaşılaraq ictimaiyyətə çatdırılıb. Paylaşımda bildirilib ki, minlərl

16.08.2026 297
.

Ülviranın həkim qızı gözəlliyi ilə HEYRAN EDİR - YENİ FOTOLARI

Tanınmış aparıcı Ülvira Qarayevanın qızı Zeynəb sosial mediada paylaşım edib. xəbər verir ki, Zeynəb "instagram" hesabında yeni fotolarını paylaşıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır. Həmin fotolar

09.08.2026 668
.

Salma Hayek nənə oldu - Fotolar

59 yaşlı aktrisa Salma Hayek ilk dəfə nənə olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Hollivud ulduzunun ögey oğlu Fransuanın həyat yoldaşı Lara Kozima sosial şəbəkə hesabında paylaşım edib. O, körpənin bir ay əvvəl dünyaya gəldiyini qeyd edib. "Həyat yoldaşım (dünyanın ən möhtəşəm Fransuası

14.08.2026 454
.

"Odissey"dən daha bir rekord - 1 milyardı keçdi

"Odissey" filmi 1,1 milyard dollar (təxminən 1 milyard 870 milyon AZN) kassa yığımı ilə tanınmış rejissor Kristofer Nolanın ən çox gəlir gətirən layihəsinə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb. Bununla da, "Odissey" 1,08

10.08.2026 359
.

Merti daha bir serialda görəcəyik

Türkiyəli aktyor Mert Ramazan Demir daha bir serialda rol alacaq. Axşam.az xəbər verir ki, aktyor "Susuz yaz" adlı serialda çəkiləcək. O, "Hasan" obrazı ilə izləyicilərin qarşısına çıxacaq. Qeyd edək ki, aktyor hazırda "Delikanlı" serialında da çəkilir

15.08.2026 239
.

Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi

Türkiyəli müğənni Cansever vəfat edib. Axşam.az xəbər verir ki, ifaçı 59 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Cansever xərçəngdən əziyyət çəkirdi. Müğənni "Ben ne günler gördüm", "Ağla gözbebeğim", "Sen de gittin" və "Kime bu inat"

09.08.2026 540
.

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Xalq artisti Nəzakət Teymurova qızı və tanınmış aparıcı Ceyran Rəhimova ilə birlikdə Yunanıstana gedib. "Qafqazinfo" xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Santorinidə dincəldikləri anlara dair fotolar paylaşan xanəndə "Tarixi yerləri görməyə dəyər"

13.08.2026 431
.

55 yaşlı Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ OXŞADI - VİDEO

Xalq artisti, pop diva Aygün Kazımova konsert proqramı ilə pərəstişkarlarına yaddaqalan anlar yaşadıb. xəbər verir ki, sənətçinin illərdir sevilən "Yalana bax" mahnısını səsləndirməsi tamaşaçılarda nostalji hisslər yaradıb. İfa zamanı mahnını Aygün Kazımova ilə birlikdə oxuyan pərəstişkarlar

15.08.2026 430
.