Aparıcı zarafatına görə talışlardan üzr istədi - FOTO

Aparıcı zarafatına görə talışlardan üzr istədi - FOTO"Media FM"in aparıcısı Emil Nəsirov verilişdə səsləndirdiyi fikirlərə görə tənqid olunub.

OLAY yazır ki, bununla bağlı iş adamı Rəvan Bəşirov status paylaşıb. Aparıcıya irad bildirən Bəşirov deyib ki, o, talışlarla bağlı zarafat edib:

"Media FM, sizdə Emil Nəsirov adlı aparıcı var. Ona deyin ki, saat 12 zarafatını talışlarla edənlərin aqibəti yaxşı olmur. Özü də canlı yayımda bu nə cürətdir, nə cəsarətdir? Heç kim yaxın dostu talışdır və onunla öz aralarında zarafat edir deyə ağzının açarını itirə bilməz.

Bizim 12-dən əvvəl də, sonra da hər yerimiz lap bomba kimi işləyir. Əksini iddia edənin də cavabını talışlar və dostları verəcək. Media FM-dən canlı-canlı üzr gözləyirik. Hələ ki".

Aparıcı zarafatına görə talışlardan üzr istədi - FOTOBu məsələ ictimailəşdikdən sonra Nəsirov da feysbukda status yazıb:

"Dostlar, bu səhər efirdə talışlarla bağlı bir neçə saniyə ərzində istifadə etdiyim ifadələr haqlı olaraq narazılıqla qarşılanıb. Bəli, bu uğursuz və yersiz zarafat idi! 12-dən sonra..." ifadəsini istifadə etməklə mən talış xalqına qarşı mənfi mövqedəmi dayanmış oluram? Əlbəttə ki, xeyr! Bəli, belə ifadələri efirə daşımaq qətiyyən yolverilməzdir.

Radio sahəsində çalışdığım 10 il ərzində, ilk dəfədir bu cür arzuolunmaz halla üzləşirəm. Daimi dinləyicilərimiz də təsdiqləyərlər ki, onlarla ünsiyyətdə heç vaxt ədəb çərçivəsindən kənara çıxmamışam. Hər zaman qarşılıqlı hörmət və dostyana münasibətimiz olub, ümid edirəm bundan sonra da olacaq. Bilirsiniz ki, verilişimizin əsasını şou və zarafatlar təşkil edir. Dinləyicilərimizin əhvalını yüksəkdə tutmaq üçün əlimizdən gələni edirik. Gün ərzində istifadə etdiyimiz onlarla zarafatın fonunda bu cür yersiz ifadənin səslənməsinin sizdə yaratdığı mənfi emosiyanı anlayır və baş verən halla bağlı talış dostlarımdan, talış dinləyicilərimiz və talış xalqından üzr istəyirəm".

Aparıcı zarafatına görə talışlardan üzr istədi - FOTO


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2120   Tarix: 01 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Son Xəbərlər