Nazirlikdən küçədə gecələyən Vətən müharibəsi qazisi ilə bağlı AÇIQLAMA

Nazirlikdən küçədə gecələyən Vətən müharibəsi qazisi ilə bağlı AÇIQLAMAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsi qazisinin küçədə gecələməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Vətən müharibəsinin iştirakçısı Cəfərov Sədi Sahib oğlunun videomüraciətilə bağlı onunla telefon əlaqəsi yaradılıb və müraciəti araşdırılıb:

"Vətəndaş bildirib ki, ailə 12 nəfərdən (atası, anası, qardaşı və onun ailəsi, özü, həyat yoldaşı və bir azyaşlı övladı) ibarətdir, Ağcabədi rayonu, Təzəkənd kəndində yaşayır. Ailənin əməkqabiliyyətli üzvləri işsizdirlər. Lakin mülkiyyətlərində pay torpağı var.

Sədinin həyat yoldaşı Cəfərova Elnarə Vaqif qızı ünvanlı sosial yardımla bağlı 21.01.2021-ci il tarixdə müraciət edib. Lakin onun bu müraciətinə elektron sistem tərəfindən imtina verilib. Səbəb isə elektron ərizədə məşğulluq və digər məlumatları düzgün qeyd etməməsi olub.

Vətəndaşa sosial yardımla bağlı elektron qaydada müraciət edərkən ərizədə bu məlumatların, o cümlədən ailənin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpağa aid məlumatların düzgün qeyd edilməsinin vacib olduğu deyilib. Yeni müraciətdə məlumatların doğru olması ailənin sosial yardımla təmin edilməsi üçün əsas ola bilər".

S.Cəfərov həmçinin 29.06.2021-ci il tarixdə iribuynuzlu heyvandarlıq zərfi üzrə özünüməşğulluq proqramına cəlb olunub:

"Yaxın müddətdə ona kiçik təsərrüfat yaradılacaq. Sədinin əlilliyinin qiymətləndirilməsinə gəldikdə, 06.08.2021-ci il tarixində o, əyani müayinə edilib, hazırkı vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Əlavə olaraq, Sədinin ailəsinə sığorta ödənişi (550 manat) və "YAŞAT" Fondu tərəfindən maddi-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək olaraq maddi yardım (2500 manat) edilib".

Qeyd edək ki, ötən gün qazi S.Cəfərovun kirayə haqqını ödəyə bilməməsi səbəbindən küçədə gecələməsi barədə görüntülər yayılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1083   Tarix: 30 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Naxçıvana 17-ci səfər: yeni inkişaf mərhələsinin mühüm mesajları

Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfəri ilk növbədə dövlət başçısının muxtar respublikanın inkişafına göstərdiyi yüksək diqqətin növbəti nümayişidir. Səfər çərçivəsində yalnız ayrı-ayrı obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilməyib, eyni zamanda Naxçıvanın gələcək inkişafının əsa

13:52 192
.

Ağ Evin təmirinə 1 milyardadək pul xərcləyəcəklər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev və ətrafındakı tikinti və yenidənqurma layihələrinə ən azı 927 milyon dollar xərcləməyi planlaşdırır. "Qafqazinfo"nun məlumatına görə, layihələrin ümumi dəyərinin böyük hissəsinin ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına qarşılanacağ

22:15 93
.

Canlı yayımda söyüş söyən daha bir tiktoker SAXLANILDI

Sosial şəbəkədə etik qaydaları pozan daha bir tiktoker saxlanılıb. xəbər verir ki, şirkətdə usta işləyən 39 yaşlı Hacı Muradov (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus hesabda canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da o, ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizli

20:15 139
.

Nolanın yeni filmi rekord qırdı: 1,1 milyard dollar...

Britaniyalı rejissor Kristofer Nolanın "Odisseya" filmi karyerasının ən çox gəlir gətirən ekran işi olub. xarici mediaya istinadən xəbər verir ki, Homerin qədim yunan eposu əsasında çəkilən film dünya prokatında cəmi dörd həftəsonu ərzində 1,1 milyard dollardan çox gəlir əldə edib. "Odisseya"

20:30 116
.

Şamil Əliyevə Naxçıvanda yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib. xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb. Əmrə əsasən, Şamil Əliyev, həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktorunun səlahiyyətlərini icra edəcək

17:36 166
.

Zibil qutusunu dolmasını gözləməyin: mütəxəssislərdən xəbərdarlıq

Mətbəxdə zibil torbasını tam dolana qədər saxlamaq gigiyena baxımından düzgün deyil. BİG.AZ xəbər verir ki, xüsusilə qida tullantıları olan zibil torbasını uzun müddət evdə saxlamaq bakteriyaların, pis qoxunun və xırda həşəratların yaranmasına səbəb ola bilər. Mütəxəssislərə görə, adi şəraitdə zibi

22:45 57
.

Şəxsiyyət vəsiqəsi olmadan yaşamağın cəriməsi nədir? - CAVAB

ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzusu şəxsiyyət vəsiqəsi olmadan yaşamaqla bağlıdır. xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 565-cı maddəsinə əsasən, vətəndaşa bir ayda artıq müddətə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə xəbərdarlıq edilir və ya iyirmi manat məbləğind

20:00 143
.

Bakıda oğlan yeniyetmə qızı parkda döyüb burnunu qırdı

Bakıda gənc oğlan parkda qızı döyüb. xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən parkda qeydə alınıb. İttiham aktına görə, 22 yaşlı Tacir Məmmədov (şərti adla) parkda aralarında yaranmış mübahisə zamanı 17 yaşlı Mətanətin (şərti adla) üzünə əl ilə zərbələr vurub

21:45 123
.

Laçında meteorit yağışı - Video

Laçında meteorit yağışı müşahidə olunub. "Qafqazinfo" xəbər verir ki, meteorit yağışı Laçın sakini tərəfindən bu gecə saat 00:38-də mobil telefonla kameraya çəkilib. Sözügedən görüntüləri təqdim edirik:

11:35 233
.

TOP MP3