Raffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklif

Raffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifƏbədi şəhərə yeni baxış

Beşiktaşda, Bosforun (İstanbul Boğazının) Avropa sahilində yerləşən "Raffles İstanbul" oteli qədim şəhərin yeni simasıdır. O, mayak kimi, Avropa ilə Asiyanı ayıran boğaz üzərində ucalaraq, səs-küylü İstanbul küçələrinin labirintində dinclik və rahatlıq axtaran səyathətçiləri cəlb edir.

Dəb, gözəl yeməklər və incəsənətin bir dam altında birləşdiyi ultramüasir "Zorlu" Ticarət Mərkəzinin düz ortasında yerləşən "Raffles Hotel" qonaqlara müasir memarlığı, göz qamaşdıran interyeri, kulinariya sənətini və ən yüksək xidmət standartlarını layiqincə qiymətləndirmək imkanı verir. Oteldən Bosfor, Şahzadə adaları və köhnə şəhərə açılan mənzərələr misilsizdir. Rahat yerdə olması, tarixi görməli məkanlara və dünyanın aparıcı butiklərinə yaxınlığı, qurman restoranlarına getmək imkanı və batlerlərin (qulluqçuların) əfsanəvi xidməti oteli həftə sonu səyahətlər üçün ideal İstanbul ünvanına çevirir. Eyni zamanda, oteldə uzun müddət qalmaq istəyənlər üçün mətbəxi olan və tam təchiz olunmuş rezidensiyalar da var.

Raffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifHər zaman Şərqlə Qərb arasında körpü rolunu oynayan İstanbulun zəngin tarixi irsi "Hirsch Bedner Associates" (HBA) tərəfindən hazırlanmış işıqlı və geniş interyerlərdə öz əksini tapıb. Otelin müasir dizaynı türk mədəniyyətinin ənənələrinə, onun ornamentlərinə və teksturlarına aid çoxsaylı nişanələrlə doludur. İnteryer "Raffles İstanbul"un sifarişi ilə hazırlanmış möhtəşəm sənət əsərləri kolleksiyası ilə bəzədilib. Bəzilərinin üzərində türk rəssamları, bəzilərinin üzərində isə ilhamlarını bu möhtəşəm şəhərdən alan beynəlxalq rəssamlar çalışıb. Onların işlərinin nəticəsini monumental heykəltəraşlıqdan tutmuş rəsm, kollaj və "ready-made" (hazır) əşyalara qədər otelin bütün sahələrində görmək olar.

"Raffles İstanbul" qonaqlara geniş, işıqla dolu, türk ənənələrini və müasir dizaynı birləşdirən, müasir səyahətçinin ehtiyac duyduğu hər şeylə təchiz olunmuş 136 otaq və 49 lüks təklif edir. Döşəmədən tavana qədər uzanan pəncərələrin arxasında Bosfora və şəhərə gözəl mənzərəsi olan, mebelli terraslar var.

İstanbul qastronomik ənənələrin "ərimə qazanıdır" və "Raffles" onun bir hissəsidir. Onun restoranları, barları və launjları gecə-gündüz kulinariya tamaşaları təklif edən teatra bənzəyir:

- "Rocca" brasserisində (pivəxanasında) gün ərzində beynəlxalq və Aralıq dənizi yeməkləri sifariş etmək mümkündür.

- "İsokyo" qastronomik dəbin önündə gedən müasir pan-Asiya restoranıdır. Ən son Qərb texnologiyası ilə Şərqin əsrarəngiz ləzzətlərini ortaya çıxaraq, bu məkan sizi İstanbuldan Tokioya kulinariya səyahətinə dəvət edir. Onun zallarından biri olan "Champaigne Room" özəl bayramlar üçün xüsusi olaraq hazırlanıb, burada qonaqlar şəxsi məkanda dünyanın ən yaxşı vintaj şampanlarından dada bilərlər.

"Lavinia Lounge" otelin heyrətamiz foyesində yerləşir. Burada qonaqlar təkcə işgüzar və mehriban görüşlər təşkil etmirlər: burada siz "insanları görüb, özünüzü göstərə" bilərsiniz. Bu launj (salon) foyeni bəzəyən və məşhur türk şairi Özdəmir Asəfin eyniadlı poemasına həsr olunaraq yaradılan, Martin Dounun "Laviniya" monumental bürünc heykəlinin şərəfinə belə adlandırılıb.

Raffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifRaffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifRaffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklif- 6-cı mərtəbədəki "Lounge 6" şəhərin heyrətamiz mənzərəsi ilə günəş şüaları altında dincələ biləcəyiniz dəbli məkandır.

- "Long Bar" məşhur "Singapore Sling" kokteylinin icad olunduğu, Sinqapurdakı "Raffles"da olan eyniadlı barın qlamur versiyasıdır. Burada bu içkinin yerli versiyası olan "Bosphorus Sling" daha məşhurdur. Qonaqlar içəridən işıqlandırılmış bar stolu arxasında və ya rahat dəri kreslolarda, eləcə də şampan salonunun işıqlı məkanındakı masa arxasında əyləşə bilərlər.

İngilissayağı naharsonrası çay ənənəsi bütün dünyadakı "Raffles" otellərində məşhurdur. Rəflərdə zərif şəkildə təqdim olunan qəlyanaltılarla klassik çay süfrəsindən əlavə, "Raffles İstanbul" otelində qonaqlara yeni ritual - "Tipsy High Tea" alkoqollu çay süfrəsi təklif olunur. Soyudulmuş spirtli kokteyllər burada çaydanda verilir və çini çay fincanlarına süzülür, üzərinə buz kubları, çiçək ləçəkləri və quru meyvələr əlavə olunur. Çaydanda spirt olduğuna dair heç bir işarə yoxdur – bircə tost deyib fincanları bir-birinə vurmaq istəyi yaranmasa! "Raffles İstanbulda"kı "Tipsy High Tea" menyusunda ayrıca bölmə şampan əsasında hazırlanan çaya həsr olunub. Məsələn, "hibiskuslu çay" şampan, hibiskus yarpaqları və mixəkdən ibarətdir, "təravətləndirici çay"a limon qabığı və qurudulmuş qızılgül qönçələri əlavə edilir, "royboş (rooibos) çayı"nda isə çayın özündən əlavə, qazlı şərab və portağal suyu olur. Digər içkilərin əsasını "Earl Grey" çayında dəmlənmiş cin, konyak və royboş (rooibos) arağı təşkil edir. Yüngül qəlyanaltılar kokteyl formatında verilir - onları əllərinizlə və ya şişlə götürə bilərsiniz. Qurudulmuş pomidorlu, "Mançeqo" pendirli tost və ya sitrus aioli ilə dəniz məhsullarından hazırlanan kroketlər təravətləndirici kokteyllərlə mükəmməl ləzzət bəxş edəcək.

Raffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifRaffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifRaffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifÇay mərasimi otelin möhtəşəm foyesində yerləşən, Səlcuq imperiyasının ornamentləri və monumental sənət əsərləri ilə bəzədilmiş "Lavinia Lounge"da saat 14:00-dan 18:00-a qədər olur.

Dəbdəbəli "Raffles Club" qonaqlara əlavə imtiyazlar təqdim edən, yeni açılmış bağlı salondur. Xidmətlər qonağın istəklərindən asılıdır. Buraya paltarların ütülənməsi və ya buxarlanması, masaj və ya görüş otağından istifadədən əlavə, limuzində pulsuz gəzinti, hava limanından düz otelin damına helikopterlə çatdırılmaya endirim, Bosfor kruizinin təşkili və bir çox digər xidmətlər daxildir.

Geniş çeşidli əlavə imkanlar və fərdiləşdirilmiş xidmətlə yanaşı, "Raffles Club" istirahət edə və enerji toplaya biləcəyiniz komfort məkandır.

Doqquz prosedur kabineti və lüks otaqları, qapalı və açıq hovuzları, həmçinin geniş çeşidli saunaları, buxar otaqları və hamamları olan "Raffles" SPA Mərkəzi İstanbulun ən iri SPA mərkəzlərindəndir və 3000 m² ərazini əhatə edir. Qonaqlar həm geniş, təbii işıqlandırılmış otaqlarda, həm də SPA mərkəzinin bağçasında dincələ bilərlər. Prosedurların ideal menyusu "Biologique Recherche" və "The Organic Pharmacy" kosmetik brendlərinə əsaslanaraq, fiziki və ruhi tarazlığın bərpasına hədəflənib. Elmi tədqiqatlar, kosmetik vasitələrin və onlara əsaslanan prosedurların yaradılmasına müasir tibbi yanaşma burada Osmanlı imperiyasının şəfa ənənələri ilə birləşdirilir. Yalnız burada skrab üçün duz, şəkər, qızılgül ləçəkləri və qızılgül yağının istifadə edildiyi "Modern Hamman Experience" prosedurundan yararlana bilərsiniz.

Raffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifRaffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifRaffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifMasaj və gözəllik prosedurlarına əlavə olaraq, "Raffles" SPAsı, şəhər həyatının streslərinin öhdəsindən gəlməyə yardım edəcək geniş çeşiddə fərdi və qrup məşqlərini təklif edir.

Dərrakə dərsləri diqqətinizi indiki ana yönəltməyə kömək olacaq, bu isə peşəkar və şəxsi həyatınızı daha səmərəli edəcək.

Nəfəs alma məşqləri və dartınma hərəkətləri əzələ və zehni gərginliklə mübarizə aparmaq üçün əla üsuldur.

Ayurveda məsləhətçisi sağlamlıq vəziyyətinizi daha yaxşı anlamağa kömək edəcək və sağlam həyat tərzini formalaşdırmaq üçün qidalanma və gündəlik iş rejiminə dair məsləhətlər verəcək.

Yoqanın müxtəlif sahələrinə xüsusi diqqət yetirilir. YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilən bu təcrübənin bütün palitrasını əhatə etmək üçün "Raffles SPA" akro, hatha, broqa, in, in-yan, vinyasa, aştanqa və hətta uşaq yoqası üzrə dərslər keçən 9 məşqçi dəvət edib.

Meditasiya seansları narahatlıq, xroniki ağrı və depressiyanı aradan qaldırmağa kömək edə bilər.

Pilates üzrə üç məşqçi qonaqların duruşunu, bədən elastikliyini və dözümlülüyünü yaxşılaşdırmaq istiqamətində çalışır.

- Bundan əlavə, məşqçinin köməyi ilə siz üzgüçülük texnikanızı təkmilləşdirə bilərsiniz - dərslər həm qapalı, həm də açıq hovuzlarda keçirilir.

Kikboksinq daim hərəkətdə olmaqla bədəninizi mümkün qədər çox kalori yandırmağa sövq edərək sizi gümrah saxlayır.

Funksional məşqlər vücudunuzun gücünü və sabitliyini artıraraq bütün bədənin əzələlərini inkişaf etdirir.

"Raffles İstanbul" həmçinin şəxsi və biznes tədbirləri üçün nəzərdə tutulan, səs izolyasiyalı, ən müasir texnika ilə təchiz olunmuş bir sıra otaqlar seçimi təklif edir. Burada yeni avtomobilin təqdimatı və ya bal zalında dəbdəbəli toydan tutmuş yeddi şəxsi otaqlardan birində təntənəli şam yeməyinə və iclas otağında yüksək səviyyədə görüşlərədək keçirmək mümkündür. Bütün bunlar ən son texnologiya, qüsursuz xidmət və mütəxəssislərin dəstəyi ilə müşayiət olunur, bu isə qonaqlara diqqətlərini tamamilə öz işlərinə yönəltməyə imkan verir. Ən sürətli gəliş və gediş üçün qonaqlar "Raffles" helikopter meydançasını bron edə bilərlər.

Otelin hər yerində siz "Raffles"ın servisə özəl yanaşmasını hiss edə bilərsiniz. Bu yanaşma müştərilərin istəklərini təxmin edə bilən batlerlərin (qulluqçuların) əfsanəvi xidmətində təcəssüm olunur. Batlerlərin xidməti hər "Raffles"ın DNT-sinin bir hissəsidir və Sinqapurdan şirkətin bütün dünyadakı otellərinə yayılıb. Hər bir otağın öz batleri var, qonaqlar İstanbulda qaldıqları müddətdə istənilən məsələlərdə ona tam etibar edə bilərlər.

Otel qonaqpərvərlik, sağlamlıq və qastronomiya sahəsində misilsiz xidmətlərinə görə hər il mükafatlar alır. 2021-ci ildə "Raffles İstanbul" ardıcıl olaraq üçüncü dəfə nüfuzlu "Forbes Travel Guide" reytinqinin beş ulduzu ilə mükafatlandırılıb, eləcə də "Conde Nast Traveler Readers’ Choice Awards 2021"in səsvermə nəticələrinə əsasən, Türkiyə və Yunanıstanın ən yaxşı oteli və dünyanın üçüncü ən yaxşı oteli adına layiq görülüb.

Raffles Istanbul, Zorlu Center, 34340 Istanbul, Turkey
[email protected] | toll free: + 800 1 7233537 | Tel: + 90 212 924 0200

https://www.rafflesistanbul.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1221   Tarix: 30 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Naxçıvana 17-ci səfər: yeni inkişaf mərhələsinin mühüm mesajları

Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfəri ilk növbədə dövlət başçısının muxtar respublikanın inkişafına göstərdiyi yüksək diqqətin növbəti nümayişidir. Səfər çərçivəsində yalnız ayrı-ayrı obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilməyib, eyni zamanda Naxçıvanın gələcək inkişafının əsa

13:52 192
.

Ağ Evin təmirinə 1 milyardadək pul xərcləyəcəklər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev və ətrafındakı tikinti və yenidənqurma layihələrinə ən azı 927 milyon dollar xərcləməyi planlaşdırır. "Qafqazinfo"nun məlumatına görə, layihələrin ümumi dəyərinin böyük hissəsinin ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına qarşılanacağ

22:15 93
.

Canlı yayımda söyüş söyən daha bir tiktoker SAXLANILDI

Sosial şəbəkədə etik qaydaları pozan daha bir tiktoker saxlanılıb. xəbər verir ki, şirkətdə usta işləyən 39 yaşlı Hacı Muradov (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus hesabda canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da o, ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizli

20:15 139
.

Nolanın yeni filmi rekord qırdı: 1,1 milyard dollar...

Britaniyalı rejissor Kristofer Nolanın "Odisseya" filmi karyerasının ən çox gəlir gətirən ekran işi olub. xarici mediaya istinadən xəbər verir ki, Homerin qədim yunan eposu əsasında çəkilən film dünya prokatında cəmi dörd həftəsonu ərzində 1,1 milyard dollardan çox gəlir əldə edib. "Odisseya"

20:30 116
.

Şamil Əliyevə Naxçıvanda yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib. xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb. Əmrə əsasən, Şamil Əliyev, həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktorunun səlahiyyətlərini icra edəcək

17:36 166
.

Zibil qutusunu dolmasını gözləməyin: mütəxəssislərdən xəbərdarlıq

Mətbəxdə zibil torbasını tam dolana qədər saxlamaq gigiyena baxımından düzgün deyil. BİG.AZ xəbər verir ki, xüsusilə qida tullantıları olan zibil torbasını uzun müddət evdə saxlamaq bakteriyaların, pis qoxunun və xırda həşəratların yaranmasına səbəb ola bilər. Mütəxəssislərə görə, adi şəraitdə zibi

22:45 57
.

Şəxsiyyət vəsiqəsi olmadan yaşamağın cəriməsi nədir? - CAVAB

ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzusu şəxsiyyət vəsiqəsi olmadan yaşamaqla bağlıdır. xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 565-cı maddəsinə əsasən, vətəndaşa bir ayda artıq müddətə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə xəbərdarlıq edilir və ya iyirmi manat məbləğind

20:00 143
.

Bakıda oğlan yeniyetmə qızı parkda döyüb burnunu qırdı

Bakıda gənc oğlan parkda qızı döyüb. xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən parkda qeydə alınıb. İttiham aktına görə, 22 yaşlı Tacir Məmmədov (şərti adla) parkda aralarında yaranmış mübahisə zamanı 17 yaşlı Mətanətin (şərti adla) üzünə əl ilə zərbələr vurub

21:45 123
.

Laçında meteorit yağışı - Video

Laçında meteorit yağışı müşahidə olunub. "Qafqazinfo" xəbər verir ki, meteorit yağışı Laçın sakini tərəfindən bu gecə saat 00:38-də mobil telefonla kameraya çəkilib. Sözügedən görüntüləri təqdim edirik:

11:35 233
.

TOP MP3