Bəzi modul tipli xəstəxanaların fəaliyyəti dayandırıldı

Bəzi modul tipli xəstəxanaların fəaliyyəti dayandırıldıKoronavirusa yoluxma sayında müşahidə edilən azalma ilə əlaqədar olaraq Azərbaycanda bəzi pandemiya müəssisələri və modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.

BiG.AZ xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir: "Respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb. Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb".

"Bölgələrdə və Bakıda COVID-19-la mübarizəyə cəlb edilmiş bəzi xəstəxanalarda ənənəvi xidmət bərpa edilib", - TƏBİB-dən bildirilib.

Modul tipli xüsusi xəstəxanalarda çalışan tibb işçilərinin sonrakı taleyinə gəlincə, qurumdan qeyd olunub ki, koronavirusla mübarizəyə cəlb edilən tibb personalı postpandemiya dövründə fəaliyyətlərini ənənəvi tibbi xidmətlərin göstərilməsi üzrə davam etdirəcəklər: "Tabeli müəssisələrdə COVİD-19-la mübarizə bölmələr, bir də modul tipli xəstəxanalar yaradılmışdı. Burada fəaliyyət göstərənlər xəstəxanalarda çalışan həkimlər idi. Yəni heç bir həkim çalışdığı yerdən çıxarılmamışdı. Sadəcə onlar COVİD-19-la mübarizəyə cəlb olunmuşdular. Bundan sonra da ənənəvi xidmətlərin göstərilməsi üzrə fəaliyyətlərini davam etdirəcəklər".

Xatırladaq ki, hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayı 308 nəfər təşkil edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 988   Tarix: 30 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Naxçıvana 17-ci səfər: yeni inkişaf mərhələsinin mühüm mesajları

Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfəri ilk növbədə dövlət başçısının muxtar respublikanın inkişafına göstərdiyi yüksək diqqətin növbəti nümayişidir. Səfər çərçivəsində yalnız ayrı-ayrı obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilməyib, eyni zamanda Naxçıvanın gələcək inkişafının əsa

13:52 192
.

Ağ Evin təmirinə 1 milyardadək pul xərcləyəcəklər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev və ətrafındakı tikinti və yenidənqurma layihələrinə ən azı 927 milyon dollar xərcləməyi planlaşdırır. "Qafqazinfo"nun məlumatına görə, layihələrin ümumi dəyərinin böyük hissəsinin ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına qarşılanacağ

22:15 93
.

Canlı yayımda söyüş söyən daha bir tiktoker SAXLANILDI

Sosial şəbəkədə etik qaydaları pozan daha bir tiktoker saxlanılıb. xəbər verir ki, şirkətdə usta işləyən 39 yaşlı Hacı Muradov (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus hesabda canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da o, ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizli

20:15 139
.

Nolanın yeni filmi rekord qırdı: 1,1 milyard dollar...

Britaniyalı rejissor Kristofer Nolanın "Odisseya" filmi karyerasının ən çox gəlir gətirən ekran işi olub. xarici mediaya istinadən xəbər verir ki, Homerin qədim yunan eposu əsasında çəkilən film dünya prokatında cəmi dörd həftəsonu ərzində 1,1 milyard dollardan çox gəlir əldə edib. "Odisseya"

20:30 116
.

Şamil Əliyevə Naxçıvanda yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib. xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb. Əmrə əsasən, Şamil Əliyev, həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktorunun səlahiyyətlərini icra edəcək

17:36 166
.

Zibil qutusunu dolmasını gözləməyin: mütəxəssislərdən xəbərdarlıq

Mətbəxdə zibil torbasını tam dolana qədər saxlamaq gigiyena baxımından düzgün deyil. BİG.AZ xəbər verir ki, xüsusilə qida tullantıları olan zibil torbasını uzun müddət evdə saxlamaq bakteriyaların, pis qoxunun və xırda həşəratların yaranmasına səbəb ola bilər. Mütəxəssislərə görə, adi şəraitdə zibi

22:45 57
.

Şəxsiyyət vəsiqəsi olmadan yaşamağın cəriməsi nədir? - CAVAB

ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzusu şəxsiyyət vəsiqəsi olmadan yaşamaqla bağlıdır. xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 565-cı maddəsinə əsasən, vətəndaşa bir ayda artıq müddətə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə xəbərdarlıq edilir və ya iyirmi manat məbləğind

20:00 143
.

Bakıda oğlan yeniyetmə qızı parkda döyüb burnunu qırdı

Bakıda gənc oğlan parkda qızı döyüb. xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən parkda qeydə alınıb. İttiham aktına görə, 22 yaşlı Tacir Məmmədov (şərti adla) parkda aralarında yaranmış mübahisə zamanı 17 yaşlı Mətanətin (şərti adla) üzünə əl ilə zərbələr vurub

21:45 123
.

Laçında meteorit yağışı - Video

Laçında meteorit yağışı müşahidə olunub. "Qafqazinfo" xəbər verir ki, meteorit yağışı Laçın sakini tərəfindən bu gecə saat 00:38-də mobil telefonla kameraya çəkilib. Sözügedən görüntüləri təqdim edirik:

11:35 233
.

TOP MP3