21 gün səhər tezdən oyansaq, nə baş verər?

21 gün səhər tezdən oyansaq, nə baş verər?İnsan həyatı günlərdən, günlər isə saatlardan ibarətdir və biz ömrümüzün yarısını yataraq keçiririk. Lakin unutmayaq ki, həyat onun çoxunu yuxuda keçirəcək qədər üzün deyil. Səhər sadəcə ikicə saat tez oyanmaqla nə əldə edərik? Səhər tezdən oyanmaq insana bir çox şeyi qazandıra bilər. İlk növbədə, sutkada əlavə 1-2 saat qazanarıq və bu saatı "çatdırmadığımızı" düşündüyümüz işlərə sərf edə bilərik.

Bunu, məsələn, 21 gün ərzində etsək tez oyanmağı vərdiş halına gətirə bilərik.

Bəs 21 gün səhər tezdən oyansaq, nələr edə bilərik?

- 210 səhifəlik bir kitab oxuya (günə 10 səhifə oxusaq),
- 126 km qaça (günə təxmini bir saat - 6 km - qaçsaq),
- gün ərzində vaxt tapıb edə bilmədiyiniz işləri görə bilərik.

Səhərlər hava da daha təmiz olur. Bu havanı udub, quşların cıvıltısına qulaq asıb, həyatdan həzz almağın da başqa gözəlliyi var.

Əgər yuxudan oyanıb, etməyə heç nə tapmasaz 05:30 da "Twitter"in qurucusu olan Cek Dorsiyə tivit atın, çünki həmin zaman o oyaq olacaq. :)

21 gün səhər tezdən oyansaq, nə baş verər?Səhər tez durmağın yolları

1) İlk növbədə özümüzə hədəf qoymalıyıq. Bu hədəf bizə oyanmağa həvəs və güc verəcək. Hədəfsiz hərəkət edən insan dənizdə kapitansız üzən gəmi kimidir.
2) Hər gün eyni saatda yatmaq (00:00-dan tez yatmaq daha məsləhətlidir).
3) Yatmazdan öncə səhər edəcəklərimizi düşünsək, şüuraltı olaraq, özümüzü "proqramlamış" olarıq.
4) Zəngi quracağımız telefonu yanımıza yox, uzaq bir yerə qoymaq.
5) "Səhər tez duranlar klubu" yaradaraq, dostlarımızla bir yerdə tezdən oyanıb söhbətləşə bilərik.
6) Oyandıqdan sonra bədənimizi "açmaq" üçün elə yataqda hərəkətlər etmək. Yerimizdən qalxdıqda üzümüzü soyuq su ilə yumaq.
7) "Whatsapp" statusumuza hər gün duracağımız zamanı və qarşımıza qoyduğunuz məqsədi atıb, oyandıqda da əlavə status yazmaqla, həm özümüzü, həm digərlərini motivasiya edə bilərik.
8)Sevdiymiz ritmik musiqini dinləməklə də yuxumuzu "qaçırda" bilərik.

Ən əsası həqiqətən istəyib cəhd göstərməkdir. Unutmayaq ki, istəyən səbəb, istəməyən bəhanə tapacaq.

Səhər alışdığımızdan 2 saat tez qalxmaq ümüdi ilə...

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1594   Tarix: 29 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.