Ekspert: "Rusiya xəbər saytlarımızı bloklamaq siyasətindən geri çəkilməlidir"

Ekspert: "Rusiya xəbər saytlarımızı bloklamaq siyasətindən geri çəkilməlidir""Rusiyada Azərbaycanın bir neçə xəbər saytına blok qoyulaması müxtəlif kontekstdən yolverilməzdir".

Bunu "Report"a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, ilk növbədə fikir plüralizmi, media və söz azadlığı demokratiyanın ilk şərtidir:

"Əgər Rusiya hər hansı saytları bloklayırsa, onların yayımının qarşısını alırsa, bu, söz azadlığı prinsipinə, demokratiyaya, fikir plüralizminə zidd olan addımdır. Məsələ ondan ibarətdir ki, Rusiya tək Azərbaycanda olan saytları deyil, həm də feysbukun, yutubun və digər sosial şəbəkə platformalarına girişi məhdudlaşdırıb. Bu da o deməkdir ki, həmin ölkədə ümumiyyətlə söz azadlığı haqqında əsalı bilgilər yoxdur, ya da bu prinsiplərə hörmətlə yanaşılmır".

Media eksperti Rusiyaya çağırış edib ki, onlar bu hərəkətlərində düzəlişlər etsin:

"Özlərinin anti-demoktarik söz, vicdan, fikir azadlığına qarşı olan addımları ilə dünyada özlərinə qarşı bu qədər əks fikir formalaşdırmasınlar. Digər tərəfdən müasir texnologiyalar dövründə informasiyanın qarşısını almaq mümkün deyil. İnformasiya müxtəlif yollarla axın edir, tapılır və cəmiyyətə çatır. Sadəcə bir ölkənin bu cür primitiv üsullardan istifadə edərək informasiyanın qarşısında durmağa çalışması həmin ölkənin nə qədər köhnə texnologiyalarla işlədiyinin göstəricisidir".

"Rusiya tərəfi bu addımları ona görə edir ki, Ukraynada gedən müharibə barədə həqiqətlər ictimaiyyətə çatmasın. Azərbaycan tərəfi bu müharibədə informasiya savaşı aparan tərəf deyil. Sadəcə bizim KİV-lərin yazdıqları obyektivdir. Rusiya ən obyektiv fikirləri də bloklayırsa, bu, artıq problemli vəziyyətdir. Rusiya rəhbərliyi bu barədə ciddi düşünməlidir. Bundan başqa, Azərbaycan Rusiyadan olan KİV-lərə qarşı bu cür atmayıb. Hətta Vətən müharibəsi dövründə Rusiya telekanalları və saytları ölkəmizə qarşı birbaşa əks təbliğat aparırdılar. Onlar obyekt fikir vermirdilər, sadəcə əks mövqe tutub düşmən tərəfindən yanında yer alırdılar. Anti-demokratik addım atıb həmin saytlara girişi bloklamadıq. Əgər Rusiya indiki dövrdə bu cür addımlar atırsa, Azərbaycanı məcburiyyət qarşısında qoyur ki, ölkəmiz onların transmilli, əks təbliğat aparan mətbuat qurumlarına ("Regnum", "Sputnik", Lenta.ru və s.) qarşı müəyyən tədbirlər görsün və qarşılıqlı addımlar atsın. Bu cür yanaşma, qarşıdurma strateji müttəfiq olan dövlətlərə yaraşmayan haldır. Ona görə də Rusiya tərəfi təcili şəkildə bu cür əməlləri barədə ölçü götürməli və səhv hərəkətlərindən geri çəkilməlidir" - M.Ələsgərli əlavə edib.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri bildirib ki, dünya ilə üz-üzə gəlmək heç bir ölkəyə uğur gətirməyib və bundan sonra da gətirməyəcək:

"Bir neçə saytların bloklanması dövlətimizə, xalqımıza qarşı yönələn addımdır. Azərbaycan media ictimaiyyəti həmrəylik nümayiş etdirərək problemin aradan qalxmasına çalışacaq".

Qeyd edək ki, "Roskomnadzor"un (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) qərarı ilə Azərbaycanda fəaliyyət göstərən Oxu.Az saytına Rusiya ərazisində blok qoyulub. Sayt bəyan edib ki, redaksiyaya heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə ziddir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 663   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniyada 13 min ildir "yatan" vulkan oyanır: Püskürmə bütün Avropada hiss olunacaq

Almaniyanın qərbində yerləşən və uzun müddət sönmüş hesab edilən Laax vulkanında aktivlik əlamətləri qeydə alınır. Alimlər mümkün güclü püskürmənin təkcə Almaniyaya deyil, Mərkəzi Avropanın böyük hissəsinə ciddi təsir göstərə biləcəyini bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "Twoja Pogoda"

11:45 45
.

Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

09.11.2026 285
.

Eniş anında iki paraşüt toqquşdu - Ölənlər var - Fotolar

ABŞ-nin Kaliforniya ştatında yerləşən "Skydive Elsinore" mərkəzində dəhşətli aviasiya hadisəsi baş verib. Eniş zonasına yaxınlaşarkən havada toqquşan iki təcrübəli paraşütçü ağır xəsarətlər alaraq həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 56 yaşlı Corciya Cin və 29 yaşlı Lev

10:30 149
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

09.11.2026 292
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

09.11.2026 317
.

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda

09.11.2026 310
.

Əməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada QALMAQAL

Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb. yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələr

09.11.2026 391
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 395
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 309
.