Kliniki ölüm keçirdi, qayınatası ona qadağa qoydu - Əri ölüm yatağında nə vəsiyyət etdi?

Kliniki ölüm keçirdi, qayınatası ona qadağa qoydu - Əri ölüm yatağında nə vəsiyyət etdi?BiG.AZ Kulis.az-a istinadən televiziya aparıcısı, aktrisa, Xalq artisti Ofeliya Sənani haqqında maraqlı faktları təqdim edir.

Ofelya Hacağa qızı Sənani 26 may 1941-ci ildə anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetini bitirib. Gülarə Cabbarlıdan diktorluq sənətinin sirlərini mənimsəyib. Ofeliya Sənani 1959-1975 illərdə radioda işləyərək, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib.

Atası Hacıağa flarmoniyada işləyib. Çox yaxşı səsi olub. Bir gün onu Moskvaya qurultaya aparıblar. Onun ifasından sonra Stalin işçilərinə deyib ki, bu oğlan filarmoniyalıq deyil, sizə əmr edirəm, onu operaya işə götürün. Sonra isə üzünü Hacıağaya tutub deyir, gələn bayramda köməkçimə xəbər edərsiniz, mən sizi yenidən dinləyəcəm. Hacıağa kişi konsertdən gələndən sonra baş verənləri qardaşına danışıb. Qardaşı ona deyib:

"Necə?! Sən bığını qırxacaqsan? Arvad olacaqsan? Adımızı batıracaqsan? Çıx! Filarmoniyadan da çıx!". 1938-ci ildə həyat şərtləri daha ağır idi".

***

Atasına qoyulan qadağa sonradan Ofeliya xanıma da qoyulur. Bir gün məktəblərində konsert olur. Səhnədə mahnı ifa edən Ofeliyanın səsi konservatoriyanın dekan müavininin xoşuna gəlir. Konsertdən sonra o, Ofeliyaya yaxınlaşıb, onu konservatoriyada oxumağa dəvət edir. Onuncu sinifdə oxuyan Ofeliya üç gün dərsə gedir, notları öyrənir. Ancaq 17 yaşlı məktəbli qızın musiqiyə olan həvəsinin qarşısını atası alır. Diktor müsahibələrinin birində həmin günləri belə xatırlayır:

"3-cü gün gördüm ki, atam konservatoriyanın qabağında dayanıb, kəmərini də çıxarıb ki, məni vursun. Dedim "ata, kəmərini belinə bağla, mən bura bir də gələn deyiləm. Bir halda ki, sən narazısan, sənin narazı olduğun işə mən getmərəm. Bəs niyə bağda oxutdurursan məni? Dedi "bağda yad adamlar yoxdu ki, hamısı doğmamızdı. Hansı sahəyə gedirsən get, amma müğənni olmayacaqsan".

***

Yeniyetmə qız ingilis dilinə həvəsi olsa da, radioya olan sevgisinin arxasınca gedir. Əvvəllər balaca xəbərləri oxuyur, uşaqlar üçün verilişləri aparır. Sonra ona deyirlər ki, yox, sən mütləq universitet oxumalısan. Aydın Qaradağlının məsləhəti ilə o, gecə-gündüz çalışıb filologiya fakültəsinə qəbul olunur. universitetdə oxuya-oxuya o, həm də radiodakı işinə davam edir.

1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyir, 200-dən artıq filmin baş qəhrəmanlarını səsləndirir. "Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii, "Bakı bulvarı", "Mücrü" sənədli filmlərinə çəkilir.

***

Aktrisanın çəkildiyi "Mücrü" sənədli filmindəki ana obrazı onun öz anasının prototipidir. İkinci dünya müharibəsinin ilk illərində doğulan Ofeliya xanım uşaqlıq illərində çox əzab əziyyət və korluq çəkib:

"O filmdəki qadın mənim anamın obrazı idi. O film elə bil mənim taleyimdir. Mən 1941-ci ilin mayında doğulmuşam. İyun ayında müharibə başladı. Atamı, əmilərimi cəbhəyə apardılar. Anam - yazıq arvad, cavan gəlin... körpə uşaqlarla qaldı təkbaşına. Ağır, çətin illər olub. Mənim bir yaşım olanda anamdan şirinçay istəmişəm, olmayıb. Nənəm kənddən heyva, gavalı qurusu göndəribmiş, anam qaynadıb, suyunu mənə verib ki, şirinçaydır... 1943-cü ildə atam cəbhədən əlil qayıtdı. Bir il sonra bacım doğuldu. 1945-ci ildə 4 yaşım var idi. Cibinin üstündə gilas olan paltom vardı, çox sevirdim o paltonu. Elə bilirdim üstündəki doğruçu gilasdır. Bir gün anam qayıtdı ki, al bu çörək talonunu, get dükana. Mən yazıq da, dükana çatdım, talonu çıxarıb vermək istəyirdim ki, bir saqqallı kişi əlimdən qapıb qaçdı. Oturdum dükanın içində, o qədər ağladım ki... Bir aylıq çörək payımızı oğurlamışdılar".

Ofeliya xanım Xalq artisti Mövsüm Sənaninin oğlu ssenarist, diktor Valid Sənaninin həyat yoldaşı olub. Onlar elə televiziyada bir-biri ilə tanış olublar. Diktor həmin günləri belə xatırlayır:

"Mən televiziyaya gələndə Valid artıq öz sözünü demiş bir redaktor idi. Mənə elə gəlir ki, o, mənim səsimə vurulmuşdu. İnanın, biz ikimiz də bir-bimizin tayı idik. Hər gün gəlib, başımın üstündə durardı, oxuyacağım mətni dəqiqliklə yoxlayardı. Get-gedə hiss edirdim ki, o, mənə digər diktorlardan fərqli olaraq daha çox diqqət göstərir. Mənim də vardı 18 yaşım... Gözəl, yaraşıqlı qız idim. Məhəlləmizdən, qohum-qonşudan anama xəbər göndərənlər çox idi. O da deyirdi, qızım hələ uşaqdı. Daha demirdi ki, bu "uşaq qız" artıq könlünü verib. Bir qonşumuz vardı, zərgər idilər. Anası gəldi bizə, əlindəki boxçanı açanda məəttəl qaldıq. Biz o qədər brilyantı, qır-qızılı heç yuxuda da görməmişdik. Elə bil Əlibabanın xəzinəsi idi. Tökdü stolun üstünə... Dedi, bunlar Ofanındı, təki bir kəlmə "hə" desin oğluma... O, oğlana "hə" demədiyinizə heç vaxt peşman olmadım. Nəyimə lazım idi o qır-qızıl? Biz Validlə evlənəndə heç nəyimiz yox idi. Atası Möhsün Sənani bir nazik üzük almışdı, vəssalam. Allahın sırğası da yox idi ki, qulağıma taxıb, işə gedim. Amma o qədər xoşbəxt idik ki..."

Onlar ailə qurandan sonra Ofeliya xanım ana olacağını öyrənir. On doqquz yaşlı diktor bu xəbərə çox sevinir. Ancaq bir müddət sonra həkimlər tərəfindən ona böyrək çatışmazlığı diaqnozu qoyulur.
Ofeliya xanım həmin günləri belə xatırlayır:

"19 yaşındaydım. Onda bildim ki, sən demə, mənim böyrəyimdə çatışmazlıq varmış. Həkim dedi uşağı tələf et, onu dünyaya gətirsən öləcəksən. Valid bütün günü israr edirdi ki, gedək götür onu, mənə sən lazımsan. Dedim, ölsəm də o uşağı doğacam, məndən yadigar qalar sənə. Nəsə... uzun çək-çevirdən, aylarla çəkən yataq rejimindən sonra vaxt-vədə çatdı. Qızım anadan oldu və mən öldüm... O anda gördüm ki, oturmuşam qazılmış bir çuxurda. Baxdım ki, göylər aralandı, əlində toppuz olan qara paltarlı bir nəfər endi yerə. Toppuzu dayadı sinəmə, dedi, imamlarımızın adını de. Dedim Allaha qurban olum, mənim 18 yaşım var, al canımı, mən imam adı bilmirəm. Sonra kəlmeyi-şəhadətimi soruşdu, onu da bilmədim. Dedim, onda qoy mən də səndən bir şey soruşum: bu çuxurda ki mən oturmuşam, bura niyə belə dardır? Qayıtdı ki, bəs gor əzabı necə olmalıdır? Dedim, sən Allah, məni sorğu-sual eləmə, bir canımdı o da Allaha qurbandı. Gördüm həmin adam baxdı göylərə...Sonra qayıtdı ki, get-get, sənə uzun bir möhlət verildi. Allah səni bağışladı. Və mən... ayıldım. Baxdım ki, palatada o boyda cərrahlar yerə oturub ağlayır. Sonra bildim ki, düz 15 dəqiqə ürəyim dayanıb. Hətta ürəyimə iynə də vurublar, xeyri olmayıb. Həkim ayıldığımı görən kimi sevindiyindən nə edəcəyini bilmirdi. Dedi, ay Ofa, bu möcüzədi, sən ayıldın? Sən ölsəydin, bizim hamımızı tutacaqdılar".

Ofeliya xanım ailə qurandan sonra "Dağlarda döyüş" filminə çəkilmək üçün dəvət alır. Qayınatası Mövsüm Sənani də həmin filmə çəkilsə də, gəlininin filmə çəkilməyinə etiraz edir və ona qadağa qoyur. Ofeliya xanım isə israr edir, filmə çəkilir. Bu filmdən sonra ona SSRİ-nin müxtəlif kinostudiyalarından dəvətlər gəlsə də, o, imtina edir. Hətta Adil İsgəndərov onu başqa filmlərə çəkmək istəyir. Ofeliya xanım həm ailəsinə, həm də qayınatasının kəskin etirazlarına görə aktrisa olmağa razı olmur.

***

Bir gün isə Mövsüm Sənani onu yanına çağırıb deyir:

"Bilirəm, sənin aktrisalıq istedadın var. Səndən gözəl aktirsa olar. Amma istəmirəm ailən dağılsın. Çünki aktrisa olsan gec-tez ailən dağılacaq. Bu çox çətin sənətdir".

Bir dəfə "Dağlarda döyüş" filmini Şamaxıda olan çəkilişləri zamanı Ofeliya xanım eşidir ki, qayınatası bərk xəstələnib. O, gecə ilə yemək tədarükü görüb cibinə qatlama bıçaq qoyaraq atla qayınatasının yanına gedir. Gəlinin qəfil gəlişindən təəccüblənən aktyorun bu əhvalatdan sonra Ofeliya xanıma olan hörməti daha da artır.

***

1999-cu ildə diktor "Gəl səhərim" verilişini aparır. Çəkilişlər gecə yarısına qədər uzandığından qəfildən onu halı pisləşir. Böyrəklərində problem olduğuna görə, təzyiqi qalxır və Ofeliya xanım insult keçirir. Onu xəstəxanaya yerləşdirəndən sonra həkimlər deyir ki, üç gün yaşamaz. Ancaq Heydər Əliyevin tapşırığı ilə onu Moskvaya aparırlar. Orada müalicə olunan Ofeliya xanım sağ-salamat geri qayıdır.

Ofeliya xanımın həyat yoldaşı Valid Sənani 2011-ci ildə 75 yaşında dünyasını dəyişir. Bu hadisədən çox sarsılan Ofeliya xanım ondan sonra heç vaxt ad gününü qeyd etmir, hətta bir dəfə eşidəndə ki, qohumları onu təbrik etmək istəyir, o, evdən qaçıb qızıgildə gizlənir. Uzun müddət həyat yoldaşının yasını saxlayır. Diktor ömür gün yoldaşının son günlərini müsahibələrinin birində belə nəql edir:

"Valid qızdan sonra yatağa düşdü. Hövlləndi, həyəcan keçirdi. Qızımız onkoloji xəstədir. Əməliyyat olundu, amma Valid onun əməliyyat olunmasına dözə bilmədi. Qalmadı xəstəxanada, dedi ayaqlarım tutmur. Məni orada qoyub gəldi evə. Qız çıxdı əməliyyatdan, indi də müalicə alır. Gəldim gördüm Valid yataqdadır. O yatağa düşməyi ilə, bir də qalxmadı. Mənə görə çox əzab çəkirdi, narahat idi məndən. Bilirdi ki, ona bir şey olsa, təkliyi seçəcəyəm. Oğlumun, qızımın öz ailəsi var. Mən onlara qonaq getməyi sevirəm, amma hər kəsə öz evi doğmadır. Valid son günlərində mənə dedi, Ofelya, narahatam səndən, bu evdə tək qalıb öləcəksən, heç kəsin xəbəri olmayacaq. İstəsən, biri ilə ailə qurarsan, tək qalmazsan. Dedim başın xarab olub sənin? Mən bundan sonra ailə quranam? Ölərəm, uşaqlar bir gün görəcəklər zənglərə cavab vermirəm, gəlib tapacaqlar da məni".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 852   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

TOP MP3