Roskomnadzorun Oxu.Az-a tuşlanmış qanunsuzluğu: Sayt Rusiyada bloklandı

Roskomnadzorun Oxu.Az-a tuşlanmış qanunsuzluğu: Sayt Rusiyada bloklandıOxu.Az saytına Rusiya ərazisində blok qoyulub.

Bu qərar Roskomnadzor (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) tərəfindən verilib. Saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidd hesab olunur.

Qeyd edək ki, Azərbaycanın ən oxunaqlı xəbər saytlarından olan Oxu.Az heç bir zaman yalan, dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan məlumatlar yaymayıb. Bu baxımdan Roskomnadzorun belə addım atması olduqca qərəzli və qanunsuzdur.

Xatırladaq ki, Oxu.az iki dildə - Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Bu baxımdan verilmiş qərarı həm də Oxu.Az-ın Rusiyadakı oxucularına qarşı hörmətsizlik hesab etmək olar. Sayt olaraq həm Roskomnadzoru, həm də Rusiyanın Azərbaycandakı Səfirliyini məsələyə yenidən nəzər salmalarını, baş vermiş bu qərəzli hadisənin təkrar qiymətləndirilməsini istəyirik.

Ən azından yaranmış vəziyyətlə bağlı Oxu.Az-a rəsmi məlumat vermələrini tələb edirik. İnanırıq ki, bu qanunsuz qərar ciddi müdaxilə, məsuliyyətli yanaşma nəticəsində ləğv olunacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 596   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah pensiyalar ödəniləcək

Avqustun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcə

13.08.2026 211
.

Bankda yuyulan çirkli pullar və qumar biznesi - İDDİA

Ukraynada müharibə başladıqdan sonra bütün sistemə nəzarət imkanları məhdudlaşıb. Yerli media xəbər yayıb ki, ölkənin "Alliance Bank"ının korrupsiya sxemlərində və çirkli pulların yuyulmasında istifadə edildiyi iddia olunub. Məlumata görə, bankın fəaliyyətinə sabiq məmur Rostislav Şurman dəstə

13.08.2026 178
.

Müəllim imtahanda, şagird repetitorda, valideyn çıxılmaz vəziyyətdə

"Yayın isti günləri arxada qalır, payızın sərin nəfəsi hiss olunmağa başlayır. Tətilin başa çatmasına sayılı günlər qalıb. Amma bu, cəmiyyətin və təhsil ictimaiyyətinin yeni dərs ilinə tam hazır, sakit və rahat ab-havada qədəm qoyduğu anlamına gəlmir. Əksinə, məktəblərin açılmasına az vaxt qalmasın

13.08.2026 218
.

Naxçıvan regional logistika mərkəzinə çevrilə bilər - əsas şərtlər

"Zəngəzur dəhlizinin açılması və Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə daha rahat nəqliyyat bağlantısının təmin olunması regionun iqtisadiyyatında ciddi canlanma yaratmaq üçün real imkanlar yaradır. Lakin bu, avtomatik olaraq baş verməyəcək". Bunu -a açıqlamasında Liberal İqtisadçılar Mərkəzini

13.08.2026 221
.

Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. BİG.AZ xəbər verir ki, müraciətdə deyilir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 17-dək bəzi ərazilərdə güclü külək əsəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi və ayrı-ayr

13.08.2026 282
.

Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video

Keçmiş girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının ona xəsarət yetirdiyini iddia edir. "Qafqazinfo" xəbər verir ki, Kürdoğlu Əsgərov -a müraciətində hadisənin Şəmkir rayonunun Çinarlı kəndində baş verdiyini bildirib. K.Əsgərovun sözlərinə görə, atası onun yaşadığı evə gələrək mül

13.08.2026 395
.

Samuxda qarayara xəstəliyi - Üç qurumdan BİRGƏ MƏLUMAT

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən, xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində qarayara xəstəliy

13.08.2026 237
.

Tətilə gedən bir ailə yox oldu: Cəsədləri belə tapıldı

Türkiyənin Giresun vilayətinin Görele rayonunda güclü yağış ailə faciəsinə səbəb olub. yerli mediaya istinadən xəbər verir ki, Hamzalı kəndinin yüksək ərazilərində yağan leysan nəticəsində Zıva çayının su səviyyəsi qalxıb və daşqın baş verib. Çayın kənarında piknik edən Mehmet və Zekiye Kırca cütlüyü

13.08.2026 205
.

Qitəni bürüyəcək partlayış: Amerikadakı nəhəng vulkan püskürə bilər?

ABŞ-ın Vayominq, Montana və Aydaho ştatlarının ərazisində yerləşən Yellouston Milli Parkı geyzerləri, isti bulaqları və möhtəşəm mənzərələri ilə məşhurdur. Lakin parkın altında adi vulkanların püskürmələrindən qat-qat böyük miqyaslı proseslərə səbəb ola bilən nəhəng vulkanik sistem yerləşir. Qaynarinf

13.08.2026 97
.

TOP MP3