Deputat: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib"

Deputat: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib""Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlara son qoyan bəyanatın imzalanmasından bir ildən çox vaxt keçir. Təəsüf ki, həmin sənədə əsasən Ermənistan üzərinə götürdüyü öhdəliklərin bir hissəsini hələ də yerinə yetirməyib".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai deyib.

O xatırladıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi məsuliyyət zonasında hələ də qanunsuz erməni silahlı dəstələri var: "Ermənistan Azərbaycan üçün Naxçıvana dəhliz təmin etməyib. Azərbaycanlılar hələ də Xocalıya və Azərbaycanın digər yaşayış məntəqələrinə qayıtmayıblar. Bundan əlavə, hərbi cinayətkarlar Arayik Aratunyan və Vitali Balasanyan hələ də Xankəndində "rəhbərlik" edir, yerli erməni əhalisinin arxasında gizlənir, diaspor yardımlarını oğurlayırlar. Bunlar bir qrup xırda fırıldaqçı və hərbi cinayətkarlardır ki, özlərini hökumət nümayəndəsi kimi təqdim edirlər və yeganə məqsədləri daha çox oğurluq edəndən sonra yerdə qalan erməniləri unudub Soçi və ya Qlendeylə köçməkdir".

Deputat bildirib ki, Azərbaycan bu müddət ərzində çox səbirli olub, öhdəliklərini yerinə yetirib və təxribatlara təmkinlə reaksiya verib: "Bunun arxasında, heç şübhəsiz, seçdiyi kursdan, yəni Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindən heç kimin döndərə bilməyəcəyini dəfələrlə sübut edən Azərbaycan Prezidentinin strateji və uzunmüddətli baxışı dayanır. Bu müddət ərzində Xankəndinə Ermənistan və Fransadan bir neçə təxribat mahiyyətli səfərlər təşkil olunub ki, onların da məqsədi "DQR"in müəyyən subyektivliyini nümayiş etdirmək idi. "DQR rəsmiləri" mütəmadi olaraq bəyan edirlər ki, "DQR" heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Eyni zamanda, bu ritorikanın İrəvanla razılaşdırıldığı da tamamilə göz qabağındadır. Eyni zamanda, Paşinyan özü də "DQR" mövzusundan yayınır və qeyri-müəyyən eyhamlara istinad edir ki, Ermənistan artıq bu məsələni ərazi mövzusu hesab etmir. İndi onun üçün bu, "hüquqlar məsələsidir". O, açıq-aydın xalqların öz müqəddəratını təyinetmə hüququnu, ermənilərin ənənəvi olaraq ayrılma hüququ kimi şərh etdikləri beynəlxalq hüquqi prinsiplərdən birini nəzərdə tutur. Hansı ki, düzgün deyil. İstər erməni, istərsə də Azərbaycan xalqı çoxdan öz ərazilərində öz müqəddəratını təyin edib. Yəni Ermənistanın əsas məqsədi deyil, yalnız taktikasını dəyişib. Məqsəd isə eynidir - qonşulara qarşı ərazi iddiaları. Eyni zamanda Ermənistan bu gün sadəcə olaraq bu məqsədə nail ola bilmədiyini yaxşı dərk edir. Biz isə Ermənistanın məqsədini unutmamalı və ona uyğun hərəkət etməliyik, çünki bu mövqe regionda sülh üçün əsas təhlükədir".

N.Arpadarai vurğulayıb ki, "DQR" rejiminin və ordusunun qalıqlarını saxlamaq və gücləndirmək məqsədini daşıyan Ermənistanın birbaşa və dolayı yardımı Azərbaycana qarşı düşmən addımlarıdır: "Ermənistandan Azərbaycanın Qarabağ bölgəsində müvvəqəti yerləşdirilən Rusiya sülhməramlılarının məsuliyyət zonasına qaz nəqli bunlardan biridir. Azərbaycanın son aylarda bu daşımalara müdaxilə etməməsi humanitar və texniki səbəblərlə asanlıqla izah olunur. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni millətindən olan mülki şəxslərin isti evlərdə normal və təhlükəsiz yaşamaq hüququ var. Lakin Azərbaycan Ermənistanın Azərbaycan ərazisində hələ də qalan qanunsuz dəstələrə dəstəyinə göz yummağa borclu deyil. Bu həmçinin qaz nəqlinə şamil olunur. Azərbaycan bu gün üçtərəfli bəyanatın müddəaları çərçivəsində fəaliyyət göstərir. Bundan əlavə, sülhməramlı qüvvələrin kontingentinin normal fəaliyyəti təmin edilir. Lakin Azərbaycan qaz kəmərinin işləməsini təmin etmək kimi öhdəliyi üzərinə götürməyib. Deməli, onun işinə icazə verib-verməmək məsələsi Azərbaycanın öz qərarından asılıdır".

"Hökumətimiz müəyyən şərtlər daxilində humanitar məqsədlərini rəhbər tutaraq müəyyən həcmdə qazın nəqlinə icazə verə bilər. Məsələn, mülki əhali və sülhməramlı qüvvələrin kontingenti üçün lazım olan həcmdən söhbət gedə bilər. Eyni zamanda bu qazın necə istehlak edildiyinin monitorinqini tətbiq etmək lazımdır. Birincisi, istifadəçilərin siyahısını və sayını, eləcə də istehlakçılar üçün məqbul kvota müəyyən etməklə. Şübhəsiz, Azərbaycan qanunsuz erməni silahlı dəstələrini qazla təmin etməməlidir və etməyəcək. Bundan əlavə, bu mexanizm müəyyən müddət üçün nəzərdə tutula bilər. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidə əvvəlcədən müəyyən edilmiş məqbul müddət ərzində istehlakçıların abonent kimi Azərbaycanın qazpaylayıcı sisteminə, eləcə də digər ictimai xidmətlərə qoşulması təmin edilməlidir. Mülki vətəndaşlar üçün bu, heç bir problem yaratmayacaq, lakin ərazidə hələ də qalan erməni silahlı qüvvələrin nazı ilə oynamaq öhdəliymiz yoxdur və onların fikri də bizi maraqlandırmır. Beləliklə, Erməni mediasının ümumdünya çağırışına və isterikasına baxmayaraq, bu mövqeyin ədalətli, qanuni və Azərbaycanın öz xalqı və beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə tam uyğun gəldiyini nümayiş etdirmək üçün Azərbaycanın aidiyyəti olan qurumlarının bunu həyata keçirə bildiyini düşünürəm", - deputat qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1247   Tarix: 26 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10:17 178
.

Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq

Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn

09.11.2026 222
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

09.11.2026 224
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 297
.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşıma dövlətimizin başçısının "Türkiyə-Azərbaycan birliyi əbədidir" sitatı əlavə edilib. Həmin paylaşımı təqdim edirik. Paylaşım

10:57 136
.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə

12:02 0
.

Almaniyada 13 min ildir "yatan" vulkan oyanır: Püskürmə bütün Avropada hiss olunacaq

Almaniyanın qərbində yerləşən və uzun müddət sönmüş hesab edilən Laax vulkanında aktivlik əlamətləri qeydə alınır. Alimlər mümkün güclü püskürmənin təkcə Almaniyaya deyil, Mərkəzi Avropanın böyük hissəsinə ciddi təsir göstərə biləcəyini bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "Twoja Pogoda"

11:45 68
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

09.11.2026 308
.

Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır

Hindistanın Bihar ştatının qanunverici məclisinin deputatı Anant Sinqh qızının toyuna 400 min nəfərədək qonaq dəvət etməyə hazırlaşır. Mərasim noyabrın 25-nə planlaşdırılıb. NDTV-yə istinadən xəbər verir ki, deputatın qızı Şivanqi Rişikeş Kumarla ailə quracaq. Toy Sinqhin doğma kəndində keçiriləcək v

12:00 22
.