Deputat: "Ermənistan rəhbərliyi üçün sədaqət, dostluq, müttəfiqlik heç vaxt keçərli olmayıb"

Deputat: "Ermənistan rəhbərliyi üçün sədaqət, dostluq, müttəfiqlik heç vaxt keçərli olmayıb""Son günlər Ermənistanın siyasi rəhbərliyinin Gürcüstana meyl etməsi, rəsmi Tbilisi ilə münasibətləri inkişaf etdirmək meyli diqqətdən yayınmır. Sual yaranır ki, Ermənistanın Gürcüstana münasibətdə bu fəal davranışının motivləri nə ilə bağlıdır. Ermənistan dövlətinin siyasi hərbi rəhbərliyini yaxşı tanıyanlar bilirlər ki, bu, heç də təsadüfi deyil. Çünki Ermənistan rəhbərliyi hər zaman xəyanətkar mövqeyi ilə seçilib".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib.

Onun sözlərinə görə, eyni vaxtda iki stulda əyləşmək taktikasına üstünlük verilib və bu da Ermənistanın xarici siyasətini çox ciddi problemlərlə üz-üzə qoyub: "Ermənistanın siyasi rəhbərliyi bir tərəfdən Rusiya-Ukrayna müharibəsinin getdiyi reallıqda, xüsusilə də müharibənin ilk günlərindən Rusiyanın xoşuna gəlmək, onun diqqətini cəlb etmək, özünün müttəfiq olduğunu Rusiyanın gözünə soxmaq üçün Suriyadan gələn muzdluların öz ərazisində təlimlər keçməsinə şərait yaradırdı, eyni zamanda Qarabağdakı qondarma rejimin vasitəsilə Luqansk və Donetskdəki separatçılara humanitar yardım edirdi. Bununla da rəsmi Moskavanı məmnun etməyə çalışırdı, Rusiyanın yanında olduğu fonunu yaratmaq istəyirdi. Amma son zamanlar bu mövqe kəskin dəyişməyə başlayıb".

E.Nəsirov bildirib ki, Ermənistan siyasi rəhbərliyi hər zaman olduğu kimi, oyun qaydalarını növbəti dəfə pozmağa başlıyıb: "Rusiyaya müttəfiq olan Ermənistan indi də Qərbə meyilli və onları məmnun edə biləcək addımlar atır. Elə bu nöqteyi-nəzərdən Ermənistan xarici işlər nazirinin tələm-tələsik gürcüstanlı həmkarına zəng etməsi, onunla ikitərəfli münasibətlərə dair, eyni zamanda beynəlxalq xarici siyasətlə bağlı müzakirələr aparması, Qərbə meyilli fikirlər səsləndirməsi onu göstərir ki, Paşinyan hökuməti Rusiyanın Ukraynada gözlənilən nəticələri əldə edə bilməməsinin fərqindədir. Görürlər ki, müharibədə gözlənilən uğurlar və qələbə təmin edilməyib".

Deputat qeyd edib ki, müharibə uzanır və bu, Rusiya üçün çox ciddi problemlər yaradır: "Belə olan vəziyyətdə o, həmişəki ampluasında yenə də dönüklük, yenə də satqınlıq yolunu seçir. İndi artıq birmənalı şəkildə Qərbə yaxınlığını göstərməyə çalışır. Gürcüstan vasitəsilə Qərbə, NATO-ya mesajlar göndərir ki, biz sizin siyasətinizi dəstəkləyir və təqdir edirik. Ermənistan rəhbərliyi üçün sədaqət, dostluq, müttəfiqlik heç vaxt keçərli məsələ olmayıb. Bircə misal çəkim, ötən ilin dekabrında "Şərq Tərəfdaşlığı" sammitində Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri NATO-ya dəvət olunmuşdular. Prezident Əliyev dəvəti qəbul etdi. NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdü və qurumun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış etdi. NATO-nun 30 üzv dövlətinin 20-dən artıq daimi nümayəndəsi, yəni NATO yanında səfirləri çıxış edərək Azərbaycanın rolunu və yürütdüyü siyasətini, Əfqanıstan əməliyyatında iştirakını yüksək qiymətləndirdilər. Tədbirə qatılmayan yeganə şəxs Ermənistanın Baş naziri oldu. Müstəqil siyasət aparmayan Ermənistan Rusiyanın güclü olduğu bir vaxtda başqa addım ata da bilməzdi. Çünki asılıdır, vassaldır. Rusiyanın Ukraynada üzləşdiyi çətinlikləri və hərbi qələbə əldə edə bilməməsini görərək indi Paşinyan və onun komandası NATO-ya və Qərb ölkələrinə meyil edir. Bu vasitə ilə Gürcüstana yaxınlaşmağa və ya Gürcüstanla yaxınlaşma fonu yaratmağa çalışır. Bunları dünya ictimaiyyəti də çox gözəl təhlil edir və bu qənaətə gəlirlər ki, Ermənistan heç zaman arxanala biləcək müttəfiq olmayıb, bu gün də belə deyil, sabah da məsələ bu cür qalacaq. Bir sözlə, Sorosun uşaqlarından bundan artıq nə gözləmək olar?!".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 783   Tarix: 26 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10:17 178
.

Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq

Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn

09.11.2026 222
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

09.11.2026 224
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 297
.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşıma dövlətimizin başçısının "Türkiyə-Azərbaycan birliyi əbədidir" sitatı əlavə edilib. Həmin paylaşımı təqdim edirik. Paylaşım

10:57 136
.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə

12:02 0
.

Almaniyada 13 min ildir "yatan" vulkan oyanır: Püskürmə bütün Avropada hiss olunacaq

Almaniyanın qərbində yerləşən və uzun müddət sönmüş hesab edilən Laax vulkanında aktivlik əlamətləri qeydə alınır. Alimlər mümkün güclü püskürmənin təkcə Almaniyaya deyil, Mərkəzi Avropanın böyük hissəsinə ciddi təsir göstərə biləcəyini bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "Twoja Pogoda"

11:45 68
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

09.11.2026 308
.

Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır

Hindistanın Bihar ştatının qanunverici məclisinin deputatı Anant Sinqh qızının toyuna 400 min nəfərədək qonaq dəvət etməyə hazırlaşır. Mərasim noyabrın 25-nə planlaşdırılıb. NDTV-yə istinadən xəbər verir ki, deputatın qızı Şivanqi Rişikeş Kumarla ailə quracaq. Toy Sinqhin doğma kəndində keçiriləcək v

12:00 22
.