Müharibəyə qatılan döyüşçü ailə: "Ölkəmizi azad görmək istəyirik" - FOTO-VİDEO

Müharibəyə qatılan döyüşçü ailə: "Ölkəmizi azad görmək istəyirik" - FOTO-VİDEORusiyanın Ukraynaya hücumundan artıq bir ay keçib. Ukraynada davam edən müharibə fonunda ölkənin müdafiəsinə hərbçilərlə yanaşı, mülki insanlar da qatılıblar. Doğma torpaqlarının müdafiəsi uğrunda döyüşənlərdən biri də Vasilçenko ailəsidir.

BiG.AZ xəbər verir ki, reportun əməkdaşı Kiyevin müdafiəsinə qatılan Vasilçenko ailəsi ilə həmsöhbət olub.

Söhbət zamanı məlum olub ki, şəhər sakini Aleksandr Vasilçenko və xanımı Darina Vasilçenko müharibəyə qədər mülki həyatda öz peşə fəaliyyətləri ilə məşğul olublar.

Əslən kiyevli olan cütlük müharibə başlayan gündən silaha sarılıb. Ər-arvad birgə doğma şəhərlərinin müdafiəsinə qatılıblar və aktiv döyüşlərdə iştirak edirlər.

Darinanın döyüş yoluna nəzər saldıqda məlum olub ki, o, düşmənin canlı qüvvəsini də məhv edib.

Aleksandr bildirib ki, 2014-cü ildə də silah götürüb müharibəyə qoşulub: "O vaxt səfərbərlik elan edilmişdi, bir il orduya cəlb olundum, sonradan Kiyevə qayıtdım. İndi artıq müharibə mənim şəhərimə də gəlib deyə yenə silaha sarıldım. Artıq Luqansk vilayətini deyil, öz şəhərimi qoruyuram. Mən ölkəmi azad görmək istəyirəm. Bu dəfə şəhərimizi artıq həyat yoldaşımla birgə müdafiə edirik".

Üç ildir evli olduğunu bildirən Aleksandr deyib ki, onların bir övladı var və müharibəyə qatılmaqla onu da qoruyurlar.

Darina isə vurğulayıb ki, müharibə başlayanda sakit otura bilməzdi: "Mən də ərimlə birgə öz ölkəmin müdafiəsinə qatılmışam. Çünki özümdə bu gücü hiss edirəm. Əhvalımız pozitivdir, biz qələbəyə inanırıq. Hesab edirəm ki, rusları ölkəmizdən qovmaq üçün bizə bir az da vaxt lazımdır. Çünki bunun üçün hər şeyimiz var, əsas da ruh yüksəkliyi. Hesab edirəm ki, bizdə hər şey alınacaq, əsas hövsələ lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1045   Tarix: 25 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 291
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

09.11.2026 298
.

XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür. Düny

10:10 148
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 213
.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

09.11.2026 293
.

Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı

ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd

09.11.2026 268
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

09.11.2026 237
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

09.11.2026 360
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 297
.