Qeysəriyyə əməliyyatından sonra ölən anaya görə prokurorluq hərəkətə keçdi

Qeysəriyyə əməliyyatından sonra ölən anaya görə prokurorluq hərəkətə keçdiZaqatala rayonunda qeysəriyyə əməliyyatından sonra ana ölümü ilə bağlı cinayət işi başlanıb.

Rayon prokurorluğu verilən məlumata görə, rayonunun Çökək kənd sakini 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, martın 18-də R.Ramazanova uşaq dünyaya gətirmək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə müraciət edib.

Həmin gün Zaqatala RMX-nın doğum şöbəsində Rəna Ramazanovanı müayinə edən ginekoloq həkim Rəna Sultanova ona martın 19-da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək lazım olduğunu bildirib.

Belə ki, əməliyyatla qız uşağı dünyaya gətirən Rəna Ramazanovanın əməliyyatdan bir gün sonra dözülməz ağrıları başlayıb. Lakin həkimlər xəstənin yaxınlarına ciddi bir hal olmadığını bildiriblər.

Qadının vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında Rəna Ramazanovanı reanimasiyaya yerləşdiriblər. Bundan bir neçə saat sonra ana dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia ediblər.\oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1297   Tarix: 25 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hava proqnozlarında niyə 129 günlük məhdudiyyət var?

Meteoroloqların havanı nə qədər müddət ərzində dəqiq proqnozlaşdıra biləcəyi sualına cavab tapılıb. Alimlər süni intellekt nə qədər inkişaf etsə də, kvant fizikası ilə əlaqəli qaçılmaz məhdudiyyətin harada yarandığını və Günəş şüalarının atmosferdə yaratdığı qeyri-müəyyənliyin proqnozlara necə təsi

13.08.2026 113
.

Turistləri daşıyan mikroavtobus dərəyə aşdı - 4 ölü

Gürcüstanda turistləri daşıyan mikroavtobusun dərəyə aşması nəticəsində dörd Belarus vətəndaşı həlak olub. xəbər verir ki, bu barədə "Interpressnews" məlumat yayıb. Bildirilib ki, turistləri daşıyan mikroavtobus Qomismta kurort kəndindən Ozurgeti şəhərinə gedirmiş. İlkin məlumata görə, sürüc

13.08.2026 221
.

Bəy toydan 1 həftə əvvəl onu tərk etdi: gəlinin etdiklərini 7 milyon adam izlədi

Böyük Britaniya sakini toyuna cəmi bir həftə qalmış sevgilisi tərəfindən tərk edildikdən sonra böyük tədbiri ləğv etməyib. O, ənənəvi toy mərasimi əvəzinə İtaliyada dəbdəbəli şənlik təşkil edib. xarici mediaya istinadla bildirir ki, Liverpuldan olan 36 yaşlı Ketrin Consun hekayəsi TikTok-da sürətlə yayılıb

13.08.2026 212
.

Bankda yuyulan çirkli pullar və qumar biznesi - İDDİA

Ukraynada müharibə başladıqdan sonra bütün sistemə nəzarət imkanları məhdudlaşıb. Yerli media xəbər yayıb ki, ölkənin "Alliance Bank"ının korrupsiya sxemlərində və çirkli pulların yuyulmasında istifadə edildiyi iddia olunub. Məlumata görə, bankın fəaliyyətinə sabiq məmur Rostislav Şurman dəstə

13.08.2026 178
.

Zelenskidən Ermənistanla bağlı açıqlama: "Davamlı dialoqu davam etdirməliyik"

Ermənistanın Baş naziri Nikol Paşinyan Ukrayna Prezidenti Vladimir Zelenskini Kiyev Peçersk Lavrasının yaradılmasının ildönümü münasibətilə təbrik edib. xəbər verir ki, Ukrayna lideri bu barədə "Telegram" kanalında paylaşım edib. "Bu, regionumuzdakı xristianlar üçün vacib bir tarixdir

13.08.2026 193
.

Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. BİG.AZ xəbər verir ki, müraciətdə deyilir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 17-dək bəzi ərazilərdə güclü külək əsəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi və ayrı-ayr

13.08.2026 282
.

Gözəllik salonunda qadını öldürməyə cəhd edən kişiyə AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. xəbər verir ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Samir Həsənovun 1

13.08.2026 156
.

Bakıda oğlan yeniyetmə qızı parkda döyüb burnunu qırdı

Bakıda gənc oğlan parkda qızı döyüb. xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən parkda qeydə alınıb. İttiham aktına görə, 22 yaşlı Tacir Məmmədov (şərti adla) parkda aralarında yaranmış mübahisə zamanı 17 yaşlı Mətanətin (şərti adla) üzünə əl ilə zərbələr vurub

13.08.2026 178
.

Nolanın yeni filmi rekord qırdı: 1,1 milyard dollar...

Britaniyalı rejissor Kristofer Nolanın "Odisseya" filmi karyerasının ən çox gəlir gətirən ekran işi olub. xarici mediaya istinadən xəbər verir ki, Homerin qədim yunan eposu əsasında çəkilən film dünya prokatında cəmi dörd həftəsonu ərzində 1,1 milyard dollardan çox gəlir əldə edib. "Odisseya"

13.08.2026 141
.

TOP MP3