İlham Əliyev Cozef Baydenə məktub yazdı

İlham Əliyev Cozef Baydenə məktub yazdıAzərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə məktub yazıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Novruz bayramı münasibətilə təbrik məktubunuza və xoş sözlərinizə görə Sizə təşəkkürümü bildirirəm.

Sizin də qeyd etdiyiniz kimi, bu il biz Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlamətdar ildönümünü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu hadisə ilə əlaqədar Sizi təbrik edir, dost Amerika xalqına ən səmimi arzularımı çatdırıram.

Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən otuz ildə ölkələrimiz arasında uğurlu ikitərəfli münasibətlər formalaşmışdır. Bu dövr ərzində çoxşaxəli səmərəli fəaliyyətimiz qarşılıqlı investisiya yatırımı, ölkənizi təmsil edən yüzlərlə şirkətin Azərbaycanın iqtisadi həyatında fəal iştirakı ilə müşayiət olunmuşdur.

Azərbaycan ilə Birləşmiş Ştatların ikitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində birgə fəaliyyəti təqdirəlayiqdir. Bu baxımdan enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə tərəfdaşlığımızı səciyyələndirən aparıcı sahələr sırasındadır. Qlobal enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edən Xəzər dənizinin Azərbaycan sektorunda zəngin enerji ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəqli, irimiqyaslı transmilli enerji layihələrinin reallaşması sahəsində ABŞ-ın göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndiririk.

Azərbaycan beynəlxalq terrorizm və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə də Birləşmiş Ştatlarla bir sırada yer almış, etibarlı tərəfdaş olduğunu sübut etmişdir. Ölkəmizin NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sona qədər ABŞ-la sıx işbirliyi beynəlxalq sülh və təhlükəsizliyə verdiyimiz töhfənin bariz təzahürüdür.

Hörmətli cənab Prezident,

Bu gün Azərbaycan Respublikası xalqın iradəsi və maraqları əsasında müstəqil siyasət yürüdən dövlətdir. Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın davam edən hərbi təcavüzünə son qoyulmuş və ölkəmiz 30 ilə yaxın müddət ərzində icra edilməmiş vəziyyətdə qalmış BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etmişdir. Biz sülhün tərəfdarı olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq. Gələcəyə köklənmiş baxış əsasında ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq.

İşğaldan azad edilmiş torpaqlarımızda postmünaqişə dövründə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz ABŞ-dan olan şirkətlərin də bu prosesdə iştirakını görməkdən məmnun olardıq.

İnanıram ki, dost və tərəfdaş olaraq bütün sahələrdə ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə əhəmiyyətli potensiala malik əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Amerika xalqına daim əmin-amanlıq və rifah diləyirəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 695   Tarix: 22 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır

Hindistanın Bihar ştatının qanunverici məclisinin deputatı Anant Sinqh qızının toyuna 400 min nəfərədək qonaq dəvət etməyə hazırlaşır. Mərasim noyabrın 25-nə planlaşdırılıb. NDTV-yə istinadən xəbər verir ki, deputatın qızı Şivanqi Rişikeş Kumarla ailə quracaq. Toy Sinqhin doğma kəndində keçiriləcək v

12:00 212
.

Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd

15:30 136
.

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Baş vermi

12:37 185
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 329
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

14:14 187
.

Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib

10 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçi qəbul edib. XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı, ilk öncə Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafındakı xidmətlərin

14:10 154
.

XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür. Düny

10:10 202
.

Quba sakini Bakıda dəm qazından boğularaq öldü

Bakıda bədbəxt hadisə baş verib. xəbər verir ki, əslən Quba rayonundan olan 30 yaşlı Rahim Yüzbaşıyevin meyiti evdən aşkarlanıb. İlkin məlumata əsasən, mərhum dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparılır

15:20 156
.

Nərmin Kərimbəyova "Zəfər günü"nə həsr olunan "Atabarı"nı təqdim etdi

Müğənni Nərmin Kərimbəyova "Zəfər Günü"nə yeni layihə hazırlayıb. xəbər verir ki, sənətçi, bu dəfə "Atabarı" adlı türk xalq mahnısına müraciət edib. Sözü gedən nəğmə, türk dünyasının sevilən xalq mahnısı hesab olunur. "Atabarı" dəfələrlə müxtəlif ifaçıların repertuarın

12:19 191
.