Tbilisidə Novruz bayramı qeyd olunub
Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, mərasimdə Tbilisi Şəhər Şurasının rəhbərliyi və üzvləri, şəhər meriyasının nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı icmanın üzvləri, ziyalılar və gənclər iştirak ediblər.
Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemeladze çıxış edərək ənənəvi Novruz şənliyində iştirakından böyük fəxr hissi keçirdiyini bildirib: "Tbilisi tolerantlığın ən yaxşı nümunəsidir, şəhərdə hamı dostluq və əmin-amanlıq şəraitində yaşayır. Novruz yeni gün deməkdir. Hazırda çox çətin dövr yaşanır. Ukrayna xalqına sülh arzulayırıq".
Onun sözlərinə görə, son illər ərzində dünya pandemiya və müharibə kimi bir sıra ciddi problemlərlə üzləşib: "Lakin dəyişməyən şeylər var ki, bunlar da bizim dostluğumuz və sevgimizdir. Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva gürcülər və azərbaycanlılar arasında münasibətlərin dərinləşməsinə böyük töhfələr verir. Bu əməyinə görə ona böyük minnətdarlığımızı bildiririk".
Daha sonra çıxış edən Azərbaycan səfirliyinin I katibi Anar Rəsulov soydaşlarımızı səfir Faiq Quliyevin adından Novruz bayramı münasibətilə təbrik edib. O, xalqımızın Novruz bayramına verdiyi böyük dəyərdən, min illərdən bəri əziz bayramı sevə-sevə yaşatdığını bildirib. Diplomat Gürcüstanın bölgələrində də bayrama həsr olunacaq şənliklərin keçiriləcəyini vurğulayaraq, bunun Gürcüstanın qədim multikultural ənənələrinin davamı kimi xüsusi əhəmiyyət daşıdığını deyib. A.Rəsulov Gürcüstan rəsmilərinə azərbaycanlılar üçün əziz olan bayrama həsr olunan tədbirdə iştirakına görə təşəkkürünü bildirib.
Mərkəzin direktoru Leyla Əliyeva da çıxış edərək Gürcüstanın rəsmi şəxsləri ilə birgə Novruz bayramını qeyd etməkdən böyük məmnunluq ifadə edib: "Tbilisi sakrebulosu və meriyasına minnətdarlığımı bildirirəm. Sizin dəstəyiniz bizim üçün önəmlidir və biz bunu hər zaman hiss edirik. Novruz bayramı bahar, sevgi bayramıdır və təbiətin oyanışını təcəssüm etdirir. Bahar bayramını qeyd edən Türk dünyası ölkələrinə də təbriklərimizi çatdırırıq".
Bayram tədbiri rəqs nömrələri və mahnılarla davam etdirilib. Qonaqlar Novruz şirniyyatları və çay süfrəsinə qonaq edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 886 Tarix: 19 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah pensiyalar ödəniləcək
Avqustun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcə
13.08.2026 211 Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video
Keçmiş girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının ona xəsarət yetirdiyini iddia edir. "Qafqazinfo" xəbər verir ki, Kürdoğlu Əsgərov -a müraciətində hadisənin Şəmkir rayonunun Çinarlı kəndində baş verdiyini bildirib. K.Əsgərovun sözlərinə görə, atası onun yaşadığı evə gələrək mül
13.08.2026 395 Zelenskidən Ermənistanla bağlı açıqlama: "Davamlı dialoqu davam etdirməliyik"
Ermənistanın Baş naziri Nikol Paşinyan Ukrayna Prezidenti Vladimir Zelenskini Kiyev Peçersk Lavrasının yaradılmasının ildönümü münasibətilə təbrik edib. xəbər verir ki, Ukrayna lideri bu barədə "Telegram" kanalında paylaşım edib. "Bu, regionumuzdakı xristianlar üçün vacib bir tarixdir
13.08.2026 193 Ağ Evin təmirinə 1 milyardadək pul xərcləyəcəklər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev və ətrafındakı tikinti və yenidənqurma layihələrinə ən azı 927 milyon dollar xərcləməyi planlaşdırır. "Qafqazinfo"nun məlumatına görə, layihələrin ümumi dəyərinin böyük hissəsinin ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına qarşılanacağ
13.08.2026 132 Ermənistan ordusunda NATO standartlı hərbi formaların tətbiqi təxirə salındı
Ermənistan Silahlı Qüvvələri NATO standartlarına uyğun hərbi formaların tətbiqinin təxirə salındığını açıqlayıb. xəbər verir ki, bu barədə "Pravda Armenia"nın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, yeni hərbi formaların nə vaxt tam tətbiq olunacağ
13.08.2026 185 Gözəllik salonunda qadını öldürməyə cəhd edən kişiyə AĞIR CƏZA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. xəbər verir ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Samir Həsənovun 1
13.08.2026 156 Kəlbəcərdə mina partlayıb - Xəsarət alan var
İşğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlayışı baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın Mətbuat Xidmətləri məlumat yayıb. Məlumata görə, 1953-cü il təvəllüdlü Tərtər rayonunum Qaynaq kənd sakini Süleymanov Kamran Şükü
13.08.2026 108 Sabah hava necə olacaq?
Avqustun 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-2
13.08.2026 204 "Avroviziya-2027"nin keçiriləcəyi şəhər açıqlandı
"Avroviziya-2027" mahnı müsabiqəsinin keçiriləcəyi şəhər məlum olub. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) və Bolqarıstan Milli Televiziyası (BNT) 71-ci "Avroviziya"nın 2027-ci ilin mayında Bolqarıstanın Burqas şəhərində təşkil olunacağını açıqlayıb. Qara dəniz sahilind
13.08.2026 229