Səfərbərlik Xidməti çağırışçılara müraciət edib

Səfərbərlik Xidməti çağırışçılara müraciət edibAzərbaycanda 2022-ci ilin aprelin ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən bu gün SMS vasitəsilə məlumatlandırılıblar.

Dövlət Xidmətindən BiG.AZ-a verilən məlumata görə, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının "Elektron xidmət" bölməsinin "Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar" alt bölməsində tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər.

Bununla yanaşı müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə edə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur.

Qeyd edək ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan öncə - dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fevralın 18-də Sərəncam imzalayıb. 2004- cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrimizdə müddətli
həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşlarımız 2022- ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1595   Tarix: 19 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İrəvanda Göy məscidin tarixinə qarşı növbəti saxtakarlıq: İran prosesə niyə qoşuldu?

Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Qeyd olunur ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Növbəti mərhələd

17:32 4
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

16:40 135
.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

11:16 240
.

Eniş anında iki paraşüt toqquşdu - Ölənlər var - Fotolar

ABŞ-nin Kaliforniya ştatında yerləşən "Skydive Elsinore" mərkəzində dəhşətli aviasiya hadisəsi baş verib. Eniş zonasına yaxınlaşarkən havada toqquşan iki təcrübəli paraşütçü ağır xəsarətlər alaraq həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 56 yaşlı Corciya Cin və 29 yaşlı Lev

10:30 231
.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə

12:02 250
.

İrana hücum üçün hər gün Trampa zəng edir

İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə

14:40 170
.

Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı

Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il

09.11.2026 421
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

17:40 1
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

11:53 223
.