Ekspert: "Bu gün ilk növbədə ərzaq tədarükünün sabitliyi təmin edilməlidir" - FOTO
"Bu gün hökumətin əsas məqsədi daxili bazarı xarici təsirlərdən qorumaqla zəruri ərzaq məhsullarının təminatının və qiymətlərin sabitliyini təmin etmək olmalıdır".
BiG.AZ xəbər verir ki, bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.
"Azərbaycan zəruri ərzaq məhsullarının bir hissəsini xaricdən alır. Ona görə dünya bazarından cərəyan edən proseslərin müəyyən mənada bizə də təsirləri qaçılmazdır. Qlobal miqyasda ərzaq məhsullarının qiymət artırmı gedir. Bunun bir sıra səbəbləri var, o cümlədən anomal hava şəraiti, koronavirusdan dolayı iqtisadi aktivliyin aşağı düşməsi, tədarük zəncirinin sıradan çıxması, enerji daşıyıcılarının kəskin bahalaşması və son olaraq Rusiya-Ukrayna münaqişəsi. Yəni, mövcud durumda daxili bazar üçün yarana biləcək xarici təhdidlərin minimuma endirilməsi prioritet olaraq qalır. Bu günə kimi hökumətin bu istiqamətdə sərgilədiyi strategiya zamanlama baxımından və mahiyyət etibarı ilə maksimal dərəcədə effektiv olub. Nazirlər Kabinetinin ötəngünkü qərarı da bu mənada istisna deyil", - o bildirib.
Ekspert hesab edir ki, hökumətin bu cür qabaqlayıcı addımları zəruri ərzaq məhsulu ilə bağlı təminatda yarana biləcək problemləri minimuma endirmək baxımından çox əhəmiyyətli olacaq:
"Nazirlər Kabinetinin "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" dünənki qərarı ölkənin ərzaq təhlükəsizliyin təmin olunması baxımından çox düzgün və əhəmiyyətli addımdır. Bu gün əsas prioritet daxili bazarı və bununla da əhalinin rifahını xarici faktorların mənfi təsirlərindən qorumaq olmalıdır. Hökumətin son addımları məhz bu məqsədin reallaşmasına yönəldilib. Buna ixraca qadağa kimi deyil, proseslərə operativ müdaxilə etmək və etibarlı tənzimləmə mexanizmlərinin formalaşdırılması kimi baxmaq lazımdır. Bu gün qeyri-neft sektorunun sürətli inkişafı, neftin qiymətlərinin ölkəmiz üçün komfortlu olması, Azərbaycanın artan strateji valyuta ehtiyatları, effektiv büdcə planlaması istənilən xarici çağırışlara operativ və effektiv cavab verməyə imkan verir. Bu mənada Azərbaycanın tədarük zəncirində yarana biləcək qırılmaları alternativ kanallar hesabına operativ şəkildə bərpa etmək, daxili resursları səfərbər etməklə yarana biləcək boşluqları doldurmaq imkanları heç zaman olmadığı qədər genişdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 640 Tarix: 19 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİrəvanda Göy məscidin tarixinə qarşı növbəti saxtakarlıq: İran prosesə niyə qoşuldu?
Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Qeyd olunur ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Növbəti mərhələd
17:32 4 Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq
İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi
16:40 135 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb
11:16 240 Eniş anında iki paraşüt toqquşdu - Ölənlər var - Fotolar
ABŞ-nin Kaliforniya ştatında yerləşən "Skydive Elsinore" mərkəzində dəhşətli aviasiya hadisəsi baş verib. Eniş zonasına yaxınlaşarkən havada toqquşan iki təcrübəli paraşütçü ağır xəsarətlər alaraq həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 56 yaşlı Corciya Cin və 29 yaşlı Lev
10:30 231 İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə
12:02 250 İrana hücum üçün hər gün Trampa zəng edir
İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə
14:40 170 Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı
Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il
09.11.2026 421 Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı
İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi
17:40 1 Bu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
11:53 223