Belarusdan olan miqrantlar Rusiyanın göndərdiyi əsgərlərdirmi?

Belarusdan olan miqrantlar Rusiyanın göndərdiyi əsgərlərdirmi?Artıq bir aya yaxındır ki, Rusiya Ukraynaya qarşı mharibə elan edib və bununla bir çox ölkələri öznə qarşı çıxarıb.

Lakin bu məsələdə Rusiyaya yardım edən ölkələr də var.

ABŞ Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının (UNHRC) səfiri Mişel Teylor Belarus prezidenti Aleksandr Lukaşenkonu Rusiyanın Ukraynaya qarşı "səbəbsiz müharibə"sinə dəstək verməkdə ittiham edib.

Belarusdan olan miqrantlar Rusiyanın göndərdiyi əsgərlərdirmi?NATO-nun Baş katibi Yens Stoltenberqin də sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin sülhü məhv edib, Belarus isə işğala yardım edir.

Belarusdan olan miqrantlar Rusiyanın göndərdiyi əsgərlərdirmi?O, həmçinin, Rusiyanın son günlər Belarusa 30 minə yaxın döyüş qoşunu və müasir silahlar göndərdiyini açıqlayıb:

"Yerləşdirməyə xüsusi təyinatlı əməliyyat qüvvələri, SU-35 döyüş təyyarələri, ikili "İsgəndər" raketləri və S-400 hava hücumundan müdafiə sistemləri daxildir".

NATO rəsmisi onu da əlavə edib ki, bütün bunlar Rusiyanın nüvə silahlarıyla illik təlimləri ilə paralel baş verir.

İddialara görə, Rusiya Belarus ərazisindən həmsərhəd Ukraynaya hücumu üçün hazırlıq meydançası kimi istifadə edir.

Belarus ərazisindən ağır texnikadan istifadə etməklə hücumların olduğunu Ukrayna Dövlət Sərhəd xidməti də təsdiqləyir.

CNN isə Belarus tərəfindən gələn Rusiya tanklarının əks olunduğu kadrları dərc edib:

Belarusdan olan miqrantlar Rusiyanın göndərdiyi əsgərlərdirmi?Digər tərəfdən, Belarus müxalifəti ilə əlaqəli "Telegram" kanallarından biri olan "BOR" bütün əcnəbi kişilərin Belarus ordusuna çağırılacağını bildirən Belarusiya hökümətinə aid sızdırılmış rəsmi sənədin şəklini yayıb. (həmin kanala keçid: t.me/bor_by/5422)

Belarusdan olan miqrantlar Rusiyanın göndərdiyi əsgərlərdirmi?Məlumatda bildirilir ki, 10 mart 2022-ci il tarixindən Belarusun Qrodno vilayətində qalan bütün əcnəbi kişilər ordu sıralarına çağırılır. Yaşı 15 ilə 60 arasında olan bütün əcnəbi kişilər çağırış üçün qeydiyyatdan keçməlidirlər. Yerli hakimiyyət orqanlarına Belarusun Qrodno regionunda qalan miqrantların (əsasən suriyalılar, iraqlılar, kürdlər, əfqanlar) siyahısı təqdim olunacaq və onların əsasında miqrantlar müvafiq hərbi hissəyə daxil ediləcək (sənəd Grodno vilayətindəki qaçqın düşərgələrində qalan miqrantlara aiddir).

Orduya çağırılan miqrantlar, böyük ehtimalla, (əvvəlcədən təlim keçmədən) Kiyev daxil olmaqla, Ukraynanın cəbhə bölgələrinə göndəriləcəklər. Mümkündür ki, Lukaşenko eyni zamanda Belarusun müharibədə iştirakını ört-basdır edərək, Putinin Rusiya ordusuna dəstək planını belə yerinə yetirəcək.

Belarus turizm agentlikləri və aviaşirkətləri də artıq Belarusa səyahətlər üçün reklamlarını gücləndiriblər. Onlar Yaxın Şərq və Afrika vətəndaşlarını Belarusa cəlb etmək və sonradan orduya çağırmaq üçün hədəfə alacaqlar. Miqrantlar tərəfdən gələn istənilən müqavimətin qarşısı isə ölkənin Daxili İşlər Nazirliyinin tabeliyində olan bölmələr tərəfindən alınacaq.

Bu barədə məşhur "Wall Street Journal" (WSJ) tərəfindən dərc olunan məqalədə də deyilir:

"ABŞ rəsmiləri bildirirlər ki, Rusiya Ukraynada şəhər döyüşləri üçün suriyalıları cəlb edir".

Belarusdan olan miqrantlar Rusiyanın göndərdiyi əsgərlərdirmi?Rusiyanın Liviya və Suriyadan muzdluları cəlb etdiyi barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat şöbəsinin müdiri Kirill Budanov da təsdiqləyib.

Belarusdan olan miqrantlar Rusiyanın göndərdiyi əsgərlərdirmi?Moskva və Minskin yaratdığı miqrasiya marşrutunu müşahidə edərkən asanlıqla güman etmək olar ki, bu, potensial çağırışçıların sayını artırmaq üçün nəzərdə tutulub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1836   Tarix: 18 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İrəvanda Göy məscidin tarixinə qarşı növbəti saxtakarlıq: İran prosesə niyə qoşuldu?

Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Qeyd olunur ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Növbəti mərhələd

17:32 4
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

16:40 135
.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

11:16 240
.

Eniş anında iki paraşüt toqquşdu - Ölənlər var - Fotolar

ABŞ-nin Kaliforniya ştatında yerləşən "Skydive Elsinore" mərkəzində dəhşətli aviasiya hadisəsi baş verib. Eniş zonasına yaxınlaşarkən havada toqquşan iki təcrübəli paraşütçü ağır xəsarətlər alaraq həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 56 yaşlı Corciya Cin və 29 yaşlı Lev

10:30 231
.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə

12:02 250
.

İrana hücum üçün hər gün Trampa zəng edir

İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə

14:40 170
.

Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı

Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il

09.11.2026 421
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

17:40 1
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

11:53 223
.