Novruz - dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı

Novruz - dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıQədim tarixi olan, hələ islamdan əvvəlki dövrə təsadüf edən Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə geniş qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Novruz bayramı haqqında belə deyib: "Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-birilə həmişə daha sıx birləşdirib, insanlarımız arasında mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir".
Artıq ikinci ildir ki, Azərbaycan xalqı bu qədim bayramı böyük ruh yüksəkliyi ilə qeyd edir. İki il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi tarixi fikirlər reallaşmış oldu: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır".
Novruz bayramının əhəmiyyəti nəzərə alınaraq 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü" elan olunub. 28 noyabr-2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Ölkəmizin mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib.
Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz fəlsəfəsi təbiətin dörd ünsürü ilə - Su, Od, Yel, Torpaq ilə bağlıdır."Papaq atmaq", "qulaq falı", "tonqaldan tullanmaq", "üzük falı", "səməni əkmək", "yumurta döyüşdürmək" və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruz ənənələri incəsənətimizə də sirayət etmişdir. Belə ki, xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında "Novruzun çələngi" və "Ocaq" kimi Azərbaycan filmləri də çəkilib. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin, pəhləvanların, kəndirbazların iştirakı ilə şənliklər keçirilən kütləvi bayramdır. Həqiqətən də Azərbaycana bu bayram çox yaraşır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1047   Tarix: 17 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

14:14 203
.

İrəvanda Göy məscidin tarixinə qarşı növbəti saxtakarlıq: İran prosesə niyə qoşuldu?

Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Qeyd olunur ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Növbəti mərhələd

17:32 4
.

Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb

Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb. -ın məlumatına görə, Yeni Gəncə qəsəbəsində yerləşən yaşayış binalarının birinin 5-ci mərtəbəsindən yıxılan 2011-ci il təvəllüdlü Ömər Rzayev ağır halda xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Hadisənin təfərrüat

15:10 171
.

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda

09.11.2026 395
.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

11:16 240
.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses

17:50 1
.

Dekabrda neçə gün iş olmayacaq?

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazara təsadü

14:10 247
.

Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyi

Səsləri ilə milyonların qəlbini fəth edən, ifaları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəzi sənətçilərin yaradıcılıq yolu gözlənilmədən yarımçıq qalıb. Kimisi ağır xəstəlik, kimisi səs tellərində yaranan problemlər, kimisi isə həyatında üzləşdiyi çətinliklər səbəbindən əvvəlki kimi oxuma

09.11.2026 414
.

Almaniyada 13 min ildir "yatan" vulkan oyanır: Püskürmə bütün Avropada hiss olunacaq

Almaniyanın qərbində yerləşən və uzun müddət sönmüş hesab edilən Laax vulkanında aktivlik əlamətləri qeydə alınır. Alimlər mümkün güclü püskürmənin təkcə Almaniyaya deyil, Mərkəzi Avropanın böyük hissəsinə ciddi təsir göstərə biləcəyini bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "Twoja Pogoda"

11:45 206
.