Xoş gəlmisən yurdumuza gözəl Novruzum
Təbiətin dörd ünsürünü - Su, Od, Yel, Torpağı özündə ehtiva edən, zəngin tarixi və rəngarəng folkloru birləşdirən Novruz xalqımızın ən əziz bayramlarındandır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan dəyərli mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, nəcib insani dəyərləri təcəssüm etdirir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə səsləyir. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.
"Papaq atmaq", "qulaq falı", "tonqaldan tullanmaq", "üzük falı", "səməni əkmək", "yumurta döyüşdürmək" və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini bir daha göstərir.
Bu əziz bayramı çox yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev Novruzla bağlı arzularını belə bildirmişdi: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram".
Bu gün Ulu Öndərin ruhu şaddır. Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfər artıq 2 ildir ki, qədim tarixi olan Novruz bayramını tam fərqli əhvalda keçirməyimizə vəsilə olub. 30 illik fasilədən sonra Şuşa şəhərində bayram tonqalının yandırılması hər birimizdə sonsuz sevinc və böyük fəxarət hissi yaradıb. Torpaqlarımızın azad olunması uğrunda apardığımız haqq savaşında canından keçən bütün şəhidlərimizi ehtiramla anırıq. Artıq ölkəmizin ərazi bütövlüyü tam bərpa olunmuşdur, əminik ki, bundan sonra ölkəmiz bütün bayramları sülh və əmin-amanlıq şəraitində keçirəcəkdir.
Bayramınız mübarək, əziz xalqım.
Həcər Verdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1668 Tarix: 17 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Avroviziya-2027"nin keçiriləcəyi şəhər açıqlandı
"Avroviziya-2027" mahnı müsabiqəsinin keçiriləcəyi şəhər məlum olub. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) və Bolqarıstan Milli Televiziyası (BNT) 71-ci "Avroviziya"nın 2027-ci ilin mayında Bolqarıstanın Burqas şəhərində təşkil olunacağını açıqlayıb. Qara dəniz sahilind
13.08.2026 229 Keçmiş arvadından intiqam almaq üçün iki oğlunu yandırdı
Avstraliyanın Tasmaniya ştatında kişi arvadından intiqam almaq üçün iki uşağını diri-diri alova atıb. xarici mediaya istinadla xəbər verir ki, illər öncə baş vermiş qandonduran hadisənin təfərrüatları indi açıqlanıb. Paul Konnelli adlı şəxs ayrıldığı həyat yoldaşından qisas almaq məqsədilə iki oğlun
13.08.2026 184 Şəkidə leysan yağdı, istirahət mərkəzinə gedən yolda çətinlik yarandı (VİDEO)
Ötən gün axşam saatlarında Şəki rayonunda yağan güclü leysan yağışları ciddi fəsadlara səbəb olub. Güclü sel suları Kiş kəndindən istirahət mərkəzinə gedən avtomobil yoluna bol miqdarda palçıq və çınqıl qatı gətirib. Hadisə nəticəsində ərazidə nəqliyyatın hərəkəti kəskin məhdudlaşıb. Bir neçə avtomobi
13.08.2026 210 "Qadınları güclü görmək istəmirəm"
Xalq artisti Nazpəri Dostəliyeva həyatından və keçdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, sənətçi "Günə uğurla" verilişində həyatının filmə sığmayacaq qədər hadisələrlə zəngin olduğunu bildirib:. "Həyatım bir filmə sığışmaz. Həyatımda Allahımdan verilən hər şeyi qəbul edib
13.08.2026 199 Mobil rabitə bazarında xarici şirkətlərin qarşısını nə kəsir?
"Xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməməsi məsələsinə "buraxılmırlar" və ya "istəmirlər" kimi sadə yanaşmaq düzgün olmaz. Bu, daha çox bazarın həcmi, investisiya mühiti və iqtisadi hesablamalarla bağlı məsələdir". Bunu BİG.AZ-a açıqlamasında İKT üzr
13.08.2026 180 Hava proqnozlarında niyə 129 günlük məhdudiyyət var?
Meteoroloqların havanı nə qədər müddət ərzində dəqiq proqnozlaşdıra biləcəyi sualına cavab tapılıb. Alimlər süni intellekt nə qədər inkişaf etsə də, kvant fizikası ilə əlaqəli qaçılmaz məhdudiyyətin harada yarandığını və Günəş şüalarının atmosferdə yaratdığı qeyri-müəyyənliyin proqnozlara necə təsi
13.08.2026 113 Gözəllik salonunda qadını öldürməyə cəhd edən kişiyə AĞIR CƏZA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. xəbər verir ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Samir Həsənovun 1
13.08.2026 156 Ağ Evin təmirinə 1 milyardadək pul xərcləyəcəklər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev və ətrafındakı tikinti və yenidənqurma layihələrinə ən azı 927 milyon dollar xərcləməyi planlaşdırır. "Qafqazinfo"nun məlumatına görə, layihələrin ümumi dəyərinin böyük hissəsinin ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına qarşılanacağ
13.08.2026 132 Civəli termometr yenidən Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında - Fotolar
Paytaxt sakinlərinin müraciətləri nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısında yerləşən civəli termometr yenidən bərpa olunub. xəbər verir ki, həmin məkanda termometr hələ sovet dövründə quraşdırılıb və uzun illər şəhərin tanınan elementlərindən biri olub. Termometr müstəqilli
13.08.2026 263