Deputatlar Novruz bayramını harada və kiminlə qeyd edəcəklər? - SORĞU
Bildiyimiz kimi, Novruz bayramına sayılı günlər qalıb. Hər il olduğu kimi, bu il də ölkəmizdə, adət-ənənəyə uyğun olaraq, Novruz bayramı qeyd ediləcək. Ən əsası isə, 30 illik həsrətdən sonra biz nəhayət Qarabağlı-Şuşalı bir bayram qeyd edirik.
Bəs görəsən, millət vəkilləri bu bayramı harada, kiminlə və necə qeyd edəcəklər?
Bununla bağlı Sonxeber.az deputatlar arasında sorğu keçirib:
Elman Nəsirov:
"Fürsətdən istifadə edib, xalqımızın ən əziz bayramlarından biri olan Novruz bayramı münasibəti ilə Sonxeber.az saytının rəhbərliyi və kollektivini səmimi qəlbdən təbrik edirəm. Adətən mən Cəlilabad rayonuna gedirəm. Bayramı orada valideynlərimlə, ailəmlə birlikdə qeyd edirəm, qəbir üstünə gedirik, qohumlarla görüşürük. Eyni zamanda, fürsətdən istifadə edib, seçicilərimlə görüşürəm. Həm istirahət edirəm, həm də işgüzar görüşlərimi keçirdirəm".
Vüqar İskəndərov :
"Hər zaman olduğu kimi, Novruz bayramı və tətilini seçildiyim, təmsil etdiyim Şəki şəhərində, evimdə ailəmlə birlikdə qeyd edəcəyəm. Fürsətdən istifadə edib, həm də işləyəcəyəm".
Ceyhun Məmmədov:
"Hər il olduğu kimi, bu il də valideynlərimlə, ailəmlə bir yerdə qeyd edəcəyəm. Hər zamankı kimi, valideynlərim və bacılarım bizə toplaşacaqlar. Artıq bu bir ənənə halı alıb. Ailəmlə bərabər 1-2 günlük rayonların birinə də gedib-qayıda bilərəm. Hələ ki, dəqiq deyil. bayram günləri uzun olduğundan, yarım qalan işlərimi tamamlamağa çalışıram. Bayram günlərində imkansız və Şəhid ailələrini ziyarət etmək planımda var".
Cavid Osmanov:
"Hər il olduğu kimi, bu il də bayramı və tətil günlərinin bir hissəsini doğulub boya-başa çatdığım və deputat seçildiyim Ağdaş rayonunda, bir hissəsini isə Bakıda keçirəcəyəm. Dəqiq qərar vermədiyim məsələlər də var".
Razi Nurullayev:
"Novruz bayramını Bakıda, öz evimdə ailə üzvlərimlə birgə qeyd edəcəyəm. Ümumiyyətlə, bizdə ənənədir ki, çərşənbə axşamlarını və Novruz bayramını öz evimizdə keçirdək. Neçə illərdir ki, bu belə davam edir".
Bəhruz Məhərrəmov:
"Çox guman ki, Novruz bayramının ilk günlərində bir neçə şəhid ailəsinə baş çəkəcəyəm, seçicilərimin arasında olacağam. Qalan müddəti isə, təbii ki, öz ailəmlə, yaxınlarımla öz evimdə qeyd edəcəyəm. Bölgələrə getmək fikrim və fiziki imkanım yoxdur".
Aqil Abbas:
"Mən Novruz bayramını hər zaman evimdə ailəmlə birlikdə qeyd edirəm. Çünki bu bayram ailə bayramıdır. "Ocağın yanmalıdır", tonqalın yanmalıdır. Allah hər kəsin "ocağını yandırsın". Allah millətimizin "ocağını" sönməyə qoymasın. Şuşada qalanan "tonqal" heç vaxt sönməsin".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1027 Tarix: 14 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDüşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı
İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi
17:40 202 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Noyabrın 11-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini
16:10 203 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi
Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy
18:30 186 İrana hücum üçün hər gün Trampa zəng edir
İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə
14:40 203 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb
Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb. -ın məlumatına görə, Yeni Gəncə qəsəbəsində yerləşən yaşayış binalarının birinin 5-ci mərtəbəsindən yıxılan 2011-ci il təvəllüdlü Ömər Rzayev ağır halda xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Hadisənin təfərrüat
15:10 218 Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?
ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua
20:15 144 Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü
22:30 34 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə azaldılır. Yeni yanaşmaya əsasən, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin gəlir və mənfəə
20:45 146 Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd
15:30 203