Əmisi qızından çay istəyən kişiyə qarşı dəhşətli əməl — Lənkəranda şok olay

Əmisi qızından çay istəyən kişiyə qarşı dəhşətli əməl — Lənkəranda şok olayLənkəran şəhərində 1979-cu il təvəllüdlü Şəmşir şəxsi münasibətlər zəminində qohumu Mərdana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şəmşir qayınatasına məxsus yaşadığı evin həyətinə gəlmiş arvadının əmisi oğlu Mərdana arvadını onlara çay vermək üçün çağırmasına etirazını bildirib. O, başı ilə Mərdanın baş-sifət nahiyəsinə zərbə vurub.

İstintaq orqanı tərəfindən Şəmşirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mərdanın sözlərinə görə, qonşuluğunda əmisi Malikə məxsus evdə yaşayan, sonuncunun yeznəsi Şəmşir ilə münasibətləri 2018-ci ildə pozulub: "Şəmşirin arvadı və qayınatası ilə münasibətləri pozulduğuna görə, təxminən altı ay ərzində onu yaşadığı evə buraxmayıblar. Hadisə baş verən günü, saat 21 radələrində Şəmşir yaşadığım evin həyətinə gəldi. Mənə "ay əmioğlu" deyə çağırdığına görə evdən həyətə çıxdım. Həmin ərəfədə həyətdə olan qardaşım Faiq evə girdi. Bizimlə bir evdə yaşayan bacılarım Aydan Bakı şəhərində, Nərminə isə qonşuda olub. Şəmşir məni çay içmək üçün yaşadığı evə dəvət etdi. Buna görə də onunla birlikdə bir-birimizin həyətinə keçid üçün istifadə etdiyimiz qapıdan keçməklə yaşadığı evin həyətinə getdik. Əmim qızı, Şəmşirin arvadı Xumardan bizə çay verməsini xahiş etdim. Şəmşir mənə "Xumarı niyə çağırırsan?" dedi. Mən də cavab verdim ki, çağırıram, gəlsin, bizə çay versin. Bunu deyəndə Şəmşir qəflətən başı ilə sağ qaşımın üstünə bir dəfə möhkəm zərbə vurdu. Zərbənin təsirindən başım gicəlləndi, müvazinətimi itirərək yerə yıxıldım. Xumardan çay verməsini istəyəndə və Şəmşir mənə başı ilə zərbə vuranda Xumar evdə olub. Xumar səs-küyə həyətə düşdü. Bizi aralaşdırmaq istəsə də, Şəmşir "burax onu, çəkil kənara, qoy bunu öldürüm" deyib ayağa qalxmağıma imkan vermədi. Təxminən on dəqiqə ərzində mənə təpik və yumruqla bədənimin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vurdu".

Zərərçəkmiş qeyd edib ki, nəticədə bədəninin müxtəlif nahiyələrində, barəsində tərtib edilmiş məhkəmə-tibbi ekspertizanın rəylərində göstərilmiş xəsarətlər yaranıb: "Xumar Şəmşirdən məni döyməsinin səbəbini soruşdu. Şəmşir dedi ki, bunlar olmasaydı, siz məni evdən qovmazdınız. Evdən əmimin səsi gələndə Şəmşir məndən ayrıldı və səs gələn tərəfə getməsindən istifadə edərək ayağa qalxdım, oradan qaçdım. Bu zaman həyətdə olmuş dəmir lövhənin üzərinə çıxmadım, oradan qonşuluqda yaşayan Əlvanın yaşadığı evin həyətinə keçdim. Orada Əlvanın arvadı bədənimdəki xəsarətləri, üzüm, qollarım və paltarlarımın qana bulaşdığını gördü, məndən nəyin baş verdiyini soruşdu. Ona Şəmşirin məni döydüyünü dedim. Əlvanın arvadı üzümdə və qollarımda olmuş qan ləkələrini yumaqda köməklik etdi. Alnımdakı yaraya yoda batırdığı pambıq qoydu. Oradan yaşadığım evə gəldim".

Mərdan qeyd edib ki, Lənkəran rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım alıb, sonra Bakı şəhər Klinik Tibbi Mərkəzdə stasionar tibbi yardım göstərilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəmşir 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Şəmşirin vəkili apellyasiya şikayəti verib. Vəkil Şəmşirin barəsində olan hökmün dəyişdirilməsini, onun əməlini Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs olmayan cəzanın verilməsini istəyib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Şəmşirin barəsində verilən şikayət təmin olunmayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1405   Tarix: 14 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir

19:15 171
.

Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər

Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə azaldılır. Yeni yanaşmaya əsasən, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin gəlir və mənfəə

20:45 149
.

Quşların qışda donmamasının sirri: Bədən temperaturlarını aşağı salırlar

Quşların qış aylarında açıq havada, hətta sərt şaxtalarda belə gecəni donmadan keçirməsinin səbəbləri məlum olub. Məlum olub ki, bəzi quş növləri soyuqdan qorunmaq üçün həm davranışlarını dəyişir, həm də bədən temperaturunu aşağı salaraq enerjiyə qənaət edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə Norve

13:00 230
.

Quba sakini Bakıda dəm qazından boğularaq öldü

Bakıda bədbəxt hadisə baş verib. xəbər verir ki, əslən Quba rayonundan olan 30 yaşlı Rahim Yüzbaşıyevin meyiti evdən aşkarlanıb. İlkin məlumata əsasən, mərhum dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparılır

15:20 233
.

İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb

İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis

18:45 178
.

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Baş vermi

12:37 206
.

Dekabrda neçə gün iş olmayacaq?

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazara təsadü

14:10 350
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

16:40 217
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

14:43 227
.