The Guardian: "Bəşəriyyət Ukrayna böhranına görə aclıqla üz-üzədir"
"Rusiya və Ukraynadan buğda tədarükünün dayandırılması halında dünyanın bir sıra regionları ərzaq qıtlığı və aclıqla üzləşəcək".
"Report" xəbər verir ki, bu barədə "The Guardian" nəşrində dərc edilən məqalədə deyilir.
Ukrayna böhranı səbəbindən dünya 2008-ci il qlobal maliyyə böhranından sonrakı vəziyyətlə müqayisə oluna bilən ərzaq qiymətlərinin sürətlə artması ilə üzləşib. Rusiya və Ukraynadan tədarükün kəsilməsi mövcud vəziyyəti daha da gərginləşdirmək təhlükəsi yaradır. BMT-nin Ümumdünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseynin sözlərinə görə, Ukrayna böhranının nəticələri dünyanın digər hissələrinə də təsir edəcək. "Taxıl və neftin qiymətləri bahalaşmaqda davam edir və hətta 2008-ci ilin ərzaq və yanacaq böhranından bəri müşahidə olunmayan göstəriciləri üstələyir", - mütəxəssis izah edib.
Qəzet xatırladıb ki, bütün dünyada ərzaq qiymətləri Ukraynada vəziyyətin gərginləşməsindən əvvəl də artıb. Səbəb kimi iqlim böhranı və koronavirus pandemiyası göstərilir. İndi bu amillər Ukraynada əkin mövsümünün pozulması və Rusiyadan taxıl ixracına müvəqqəti qadağa riskini əlavə edib.
Hazırda dünyada buğda tədarükünün 10 faizi və qarğıdalı bazarının 15 faizi Ukraynanın payına düşür. Rusiya ən böyük taxıl ixracatçısı və günəbaxan toxumlarının ixracında liderlərdən biridir. Eyni zamanda, Qara dəniz regionundan buğda tədarükünün 40%-i ərzaq qiymətlərinin artıq kəskin bahalaşdığı Yaxın Şərq və Afrika ölkələrinin payına düşür.
Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun prezidenti Jilber Unqbo xəbərdarlıq edib ki, davam edən böhran əsas məhsulların tədarükünü məhdudlaşdıra, ərzaq qiymətlərinin artmasına və aclığa səbəb ola bilər: "Bu, qlobal ərzaq təhlükəsizliyini təhlükə altına qoya və geosiyasi gərginliyi artıra bilər. Nəticələr onsuz da ailələrini dolandırmaqda çətinlik çəkənlər üçün xüsusilə ağır olacaq".
Yaxınlaşan ərzaq böhranı təbii amillərlə daha da şiddətlənir. Belə ki, keçən il taxıl ixracında liderlərdən biri olan Kanada quraqlıq və isti ilə üzləşdi, oxşar problemlər Latın Amerikasında müşahidə olundu, ABŞ meşə yanğınları və digər fəlakətlərlə əhatə olundu, Avstraliya hazırda fəsadları gələcəkdə kənd təsərrüfatına təsir edən daşqınlardan əziyyət çəkir.
BMT-nin Ümumdünya Ərzaq Proqramının Şərqi Afrika üzrə regional direktoru Maykl Danford bildirib ki, Şərqi Afrika hazırda aclığa ən yaxındır. Afrika Buynuzu regionunda yağışlı mövsüm məhsulu və mal-qaranı kütləvi məhv edib. Su və otlaqların olmaması icmalar arasında münaqişələrə səbəb olub: "Afrika Buynuzu bölgəsində təkrarlanan quraqlıqlar nəticəsində məhsullar ölür, mal-qara tələf olur və aclıq güclənir. Təcili humanitar köməyə və icmaların gələcəyə davamlılığını artırmaq üçün davamlı dəstəyə ehtiyac var".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1024 Tarix: 13 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAntalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir
19:15 171 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə azaldılır. Yeni yanaşmaya əsasən, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin gəlir və mənfəə
20:45 149 Quşların qışda donmamasının sirri: Bədən temperaturlarını aşağı salırlar
Quşların qış aylarında açıq havada, hətta sərt şaxtalarda belə gecəni donmadan keçirməsinin səbəbləri məlum olub. Məlum olub ki, bəzi quş növləri soyuqdan qorunmaq üçün həm davranışlarını dəyişir, həm də bədən temperaturunu aşağı salaraq enerjiyə qənaət edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə Norve
13:00 230 Quba sakini Bakıda dəm qazından boğularaq öldü
Bakıda bədbəxt hadisə baş verib. xəbər verir ki, əslən Quba rayonundan olan 30 yaşlı Rahim Yüzbaşıyevin meyiti evdən aşkarlanıb. İlkin məlumata əsasən, mərhum dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparılır
15:20 233 İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb
İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis
18:45 178 Prezident polşalı həmkarına məktub göndərdi
Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Baş vermi
12:37 206 Dekabrda neçə gün iş olmayacaq?
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazara təsadü
14:10 350 Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq
İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi
16:40 217 "Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu
"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma
14:43 227