Azərbaycanda ər və arvadın evdə yanaraq ölməsinin ilkin təfərrüatı MƏLUM OLDU

Azərbaycanda ər və arvadın evdə yanaraq ölməsinin ilkin təfərrüatı MƏLUM OLDUMartın 12-ə keçən gecə Salyan rayonunun Aşağı Kürkənd kəndində 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlunun və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının faciəli ölümü ilə nəticələnən hadisənin ilkin təfərrüatı məlum olub.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, mənzilə quraşdırılmış təhlükəsizlik kamerasının yaddaş kartına baxış keçirilərkən məlum olub ki, yanğın mətbəxdə yerləşən və elektrik xəttinə qoşulu vəziyyətdə saxlanılmış mikrodalğalı soba qısaqapanma nəticəsində alışması nəticəsində baş verib. Bu zaman yuxuda olan ev sakinləri xəbər tutana kimi ev alovlanaraq yanıb.

Yanğın zamanı mənzilin elektrik sitemi sıradan çıxdığından evin giriş-çıxış qapısı bloklanaraq kilidləndiyindən açılmayıb. Belə ki, pəncərələrə quraşdırılmış dəmir barmaqlıqlar üçün möhkəm olduğundan sakinlər yanan evi tərk edə bilməyiblər.

Qeyd edək ki, 2014-cü ildə qarət maskalı şəxs evə basqın edərək Ə.Əliyevə xəsarət yetirdiyindən o, təhlükəsiz tədbirləri görmüşdü. Bu, ev sahiblərinin yanan mənzili tərk etmələrinə imkan verməyib.

Qeyd edək ki, hadisə zamanı ümumi sahəsi 228 m² olan bir dam altında tikilən, 2 ailənin yaşadığı birmərtəbəli evlərdən, sahəsi 114 m² olan evin yanar konstruksiyaları və ona bitişik sahəsi 114 m² olan evin yanar konstruksiyaları 78 m² sahədə (ümumi 192 m²) yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı Ə.Əliyev və E.Əliyevanın yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1254   Tarix: 13 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - Video

Xalq artisti Röya Ayxan bu dəfə həmkarı, Xalq artisti Aygün Kazımovanın repertuarına müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müğənni Aygün Kazımovanın 37 il əvvəl oxuduğu "Uzaqlıq" mahnısını ifa edərək ona klip çəkdirib. Qeyd edək ki, mahnının musiqisi Eldar Mansurov, sözlər

14:27 167
.

"Ulduzların yaşı yoxdur" deyən Bülent Ersoyu əməliyyatdan sonra heç kim tanımadı

Türkiyənin məşhur sənətçisi, "Diva" ləqəbli Bülent Ersoy estetik əməliyyatdan sonra ilk dəfə yeni görünüşü ilə kamera qarşısına keçib. Türkiyə mediasına istinadla xəbər verir ki, 74 yaşlı sənətçi bir müddət əvvəl sosial şəbəkə hesabında xəstəxana otağından foto paylaşaraq estetik əməliyya

13.08.2026 352
.

Süni intellektə böyük xərc: Texnologiyanın iqtisadi səmərəliliyi müzakirə olunur

"Süni intellektin hansı peşələri əvəz edəcəyi ilə bağlı müzakirələr son illərdə geniş vüsət alsa da, texnologiyanın iqtisadi səmərəliliyi məsələsi nisbətən az diqqət çəkir. Halbuki böyük texnologiya şirkətləri artıq yalnız süni intellektdən necə istifadə etməyi deyil, bu texnologiyanın hansı sahələrd

15:12 126
.

Pakistan səfiri: İran və ABŞ qapalı qapılar arxasında danışıqlar aparır

Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi İran və ABŞ arasında qapalı qapılar arxasında danışıqların aparıldığını bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Diplomatın sözlərinə görə, tərəflər hazırda qapalı qapılar arxasında məsləhətləşmələri davam etdirirlər. Bu əlaqələrdə irəliləyişi

11:47 161
.

Ozon təbəqəsini təhdid edən yeni təhlükə - Yanan peyklər

Aşağı Yer orbitində istismar müddəti başa çatan peyklər atmosferə daxil olarkən yanaraq buxarlanır. Lakin yox olduğu düşünülən tonlarla alüminium mikroskopik toz hissəciklərinə çevrilərək atmosferdə asılı qalır. Alimlər bunun iqlim tarazlığını poza biləcəyindən narahatdırlar. Qaynarinfo xəbər verir ki

13.08.2026 209
.

ABŞ-dan Ukrayna ilə bağlı diqqətçəkən hesabat

Ukraynada ciddi hərbi personal və texnika çatışmazlığı yaşanır. Bu vəziyyət ölkənin hərbi əməliyyatlar aparmaq qabiliyyətinə təsir göstərir. xəbər verir ki, bu barədə Pentaqonun Baş Müfəttişliyi, ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən ABŞ Müdafiə Kəşfiyyat Agentliyini

11:46 153
.

"150-dən çox bal toplayanlar universitetə qəbul olacaqlar" - Məleykə Abbaszadə

İxtisas qrupları üzrə müsabiqə vəziyyətinə aydınlıq gətirilib. xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə 150-dən çox bal toplayanların universitetlərə qəbul ola biləcəklərini bildiribb. "I ixtisas qrupunun Riyaziyyat-Kimya altqrupunda 200 baldan yuxarı bal yığan şəxslər al

13.08.2026 287
.

Afaq bu dəfə Yunanıstana getdi - Fotolar

Aparıcı Afaq Gəncəli yay tətilinə yollanıb. Axşam.az xəbər verir ki, aparıcı bu dəfə Yunanıstanı seçib. Afaq Mikonos adasında istirahət edir. O, gəzinti zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb. Aparıcı paylaşımına "Geyimi dəyərli edən onun sahib olduğu rəngdir" sözlərin

14:10 192
.

Hava proqnozlarında niyə 129 günlük məhdudiyyət var?

Meteoroloqların havanı nə qədər müddət ərzində dəqiq proqnozlaşdıra biləcəyi sualına cavab tapılıb. Alimlər süni intellekt nə qədər inkişaf etsə də, kvant fizikası ilə əlaqəli qaçılmaz məhdudiyyətin harada yarandığını və Günəş şüalarının atmosferdə yaratdığı qeyri-müəyyənliyin proqnozlara necə təsi

13.08.2026 232
.

TOP MP3