Müharibədən İsrailə qaçan ukraynalı qadın: "Rusiya ordusu bu şəhərləri yer üzündən silib" - MÜSAHİBƏ

Müharibədən İsrailə qaçan ukraynalı qadın: "Rusiya ordusu bu şəhərləri yer üzündən silib" - MÜSAHİBƏ"Valideynlərim, nənəm və ərim Ukraynada qaldı. Hər gün əlaqə saxlasaq da, hərbi fəaliyyətlərdən danışmırıq. Onsuz da bəd xəbərlər kifayət qədərdir... Oğlumun videosunu onlara göndərirəm, fikirlərini yayındırmağa, həyatın nə olursa-olsun davam etdiyini göstərməyə çalışıram".

Bunu Media.Az-a Rusiya ordusunun genişmiqyaslı hərbi əməliyyatları zamanı iki yaşlı oğlu ilə birlikdə Ukraynanı tərk edərək İsrailə getməyi bacaran Kiyev sakini Natalya Sedova deyib.

"Fevralın 24-də həyat yoldaşımla paytaxtda qalmağın təhlükəsiz olmadığını başa düşdük. Şəhərdə çaxnaşma hökm sürür, yanacaqdoldurma məntəqələrində kilometrlərlə növbələr var idi. Səhər 07:00-də əşyalarımı yığdım: ilk yardım çantası, konserv, uşaq yeməyi, ərim və uşağım üçün paltarlar götürdüm. Kiyev vilayətində yaşayan rəfiqəmin yanına yollandıq. Onun evinin böyük zirzəmisi var, həmin gecəni orada keçirdik. Çox dəhşətli idi, uzaqdan partlayış səsləri eşidilirdi...", - deyə Sedova olanları xatırlayıb.

Səhər o, əri ilə Lvova, oradan Macarıstanla sərhədə getməyə qərar verib:

"Səhər saat səkkizdə yola düşsək də, gecə yarısı çatdıq. Biz çox şanslı idik, çünki bir çoxları günlərlə yolda qalmışdı. Uşağın yaşadığı stressdən qurtulması üçün bir-iki gün dostlarının yanında qaldıq".

N.Sedovanın sözlərinə görə, Lvovda vəziyyət nisbətən sakitdi, bütün rabitə vasitələri mövcuddur, mağazalarda isə ərzaq məhsulları var. Yerli sakinlər komendant saatına riayət edirlər, gecələr onlara işıqları uzun müddət yanılı saxlamaq qadağandır.

"Sakinlər öz şəhərlərini müdafiə etməyə hazırdırlar. Keçid məntəqələri tikirlər, ərazi müdafiəsinə qoşulurlar, könüllülüklə məşğul olurlar. Bəziləri mədəni dəyərlərin qorunub saxlanması üçün tədbirlər görür: heykəlləri gizlədir, atəşə tutulduğu halda qorunub saxlanılması ümidi ilə abidələri müxtəlif materiallarla örtürlər", - deyə o, bildirib.

Yeri gəlmişkən, o vaxt Natalya Sedovanın valideynləri də Kiyevdən Lvova köçüb. Qadının sözlərinə görə, onlar əvvəlcə şiddətli döyüşlərin baş verdiyi İrpen və Buça şəhərlərinin yaxınlığında yaşayıblar:

"Rusiya qoşunları bu yaşayış məntəqələrini praktiki olaraq Yer üzündən siliblər. Anam və atam mütəmadi olaraq dəhşətli gurultu, partlayışlar və Ukrayna hava hücumundan müdafiə sistemlərinin işə salınma səsləri eşidirdilər".

Artıq Ukraynada qalmağın təhlükəsiz olmadığını başa düşən ailə başçısı Natalyanı və uşağı Macarıstan sərhədinə aparıb. Orada isə onları İsrail səfirliyinin nümayəndələri qarşılayıb:

"Məsələ burasındadır ki, 1991-ci ildə ailəmin bir hissəsi İsrailə köçüb. Onlar hələ də orada yaşayırlar, bu ölkənin vətəndaşlığını alıblar. Bildim ki, bunun əsasında mən repatriasiya (vətənə qayıtmaq və ya yəhudi köklü insanların İsrail vətəndaşlığını almaq prosesi) edə bilərəm. İsrail səfirliyinin nümayəndələri bunu həyata keçirməyə kömək etdilər.

Hazırda Natalya və oğlu Netanya şəhərində qohumlarının yanındadır. Onun əri və atası ümumi səfərbərlik ləğv olunana qədər Ukraynanı tərk edə bilməz. Buna görə də anası və nənəsi Lvovda onlarla qalıb.

Sedovanın sözlərinə görə, İsrailin hər bir şəhərində könüllülər mərkəzləri var. O, onlardan birinin koordinatoru ilə əlaqə saxlayıb və zəruri malları çatdırmağı xahiş edib.

"Bundan əlavə, oğlum üçün oyuncaqlar və hədiyyələr də gətirdilər. Burada çox mehriban insanlar var. Elə ilk gün mənə iki uşaq arabasını pulsuz verdilər. Bilirsiniz, mənim bütün maddi dəyərlərim Kiyevdə qaldı. Amma artıq bunun heç bir əhəmiyyəti yoxdur, həyat göstərdi ki, həqiqətən nəyə və kimə dəyər verməlisən", - deyə o, bildirib.

Qadının indi xəyal etdiyi yeganə şey evə qayıtmaq, əzizlərini görmək və şəhərin bərpasına kömək etməkdir.

"Mən bu dəhşətli hadisələrin bitəcəyi və əvvəlki kimi xoşbəxt yaşamağa davam edəcəyimiz anı gözləyirəm. Yaşasın Ukrayna!", – deyə Natalya Sedova sözlərini yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1015   Tarix: 13 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gürcüstan 91 əcnəbini deportasiya edib

Məlumata görə, deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İraq, Konqo, Çin, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Tailand, Tacikistan, Özbəkistan, Uqanda, Filippin və digər ölkələrin vətəndaşları var. Deportasiya edilən şəxslərin Gürcüstan

16:39 214
.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

16:52 251
.

50-dən çox avtomobilin toqquşduğu qəza

Bolqarıstanda sıx duman səbəbindən 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında azı 10 nəfər ölüb, çox sayda insan xəsarət alıb. Bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb. Məlumata görə, qəza Yambol şəhəri yaxınlığında, "Trakiya" avtomagistralında ba

16:00 214
.

Gürcüstan Prezidenti COP31-də iştirak edəcək

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl

14:30 190
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

22:15 83
.

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı

19:30 186
.

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Baş vermi

12:37 206
.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

16:50 270
.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

21:00 154
.