Rusiyaya qarşı sanksiyaların Azərbaycanda dərman bazarına təsiri varmı?

Rusiyaya qarşı sanksiyaların Azərbaycanda dərman bazarına təsiri varmı?Ukraynada müharibənin başlaması Rusiyaya qarşı sərt beynəlxalq sanksiyaların tətbiqinə səbəb oldu. Nəticədə Rusiyanın əczaçılıq şirkətlərinin xammal qıtlığı ilə üzləşəcəyi irəli sürülür. Hərçənd bu sahəyə qarşı birbaşa sanksiyalar tətbiq olunmasa da, logistika zəncirlərinin pozulması artıq müəyyən fəsadlar doğurmağa başlayıb. Belə ki, Avropadan lazımi inqedientlərin tədarükü dayandırılıb, Çin və Hindistandan olan tədarük zəncirləri də problemlərlə üzləşir. Belə bir vəziyyətdə Rusiya əlində olan ehtiyatlarını daxili ehtiyacına yönəltmək məcburiyyətindədir.

Belə olan halda Rusiyaya qarşı sanksiyalar nəticəsində yaranmış vəziyyətin Azərbaycandakı dərman bazarına təsiri necə olacaq? Qiymət artımı, yaxud dərman qıtlığı gözlənilirmi?

İqtisadi ekspert Xalid Kərimli "Report"un sorğusuna cavab olaraq bildirib ki, Rusiyanın hava məkanı 36 ölkənin üzünə bağlandığı üçün ciddi qiymət artımı baş verə bilər: "Əczaçılıq şirkətləri birgə işləyir. Ayrı-ayrı dərman üçün istifadə olunan maddələr müxtəlif ölkələrdə hazırlanır. İndi də bunların daşınma yolları dəyişdiyi üçün çətinlik yaranır".

Ekspertin fikrincə, Avropa ölkələrindən Rusiyaya əczaçılıq məhsullarının ixracatına qoyulan məhdudiyyətlər üzündən dərmanlar bahalaşacaq. Digər tərəfdən müharibə getdiyi Ukraynanda da iqtisadiyyat dərin durğunluğa düçar olub: "Ukrayna dünya əczaçılıq sənayesində elə də mühüm yer tutmur".

Onun sözlərinə görə, Azərbaycan dava-dərman idxalı üçün alternativ variantlar axtarmalı olacaq: "Yəni əvvəllər Rusiyadan tədarük edilən dərmanlar Avropa ölkələrindən idxal olunacaq ki, bu da qiymətlərdə artım deməkdir: Bahalaşmanı bir neçə ay ərzində hiss edəcəyik. Unutmayaq ki, ölkəmizin ümumi idxalatının 4,3 faizi dərman və tibbi ləvazimatın payına düşür. Bunların məbləği 450 milyon dollara yaxındır".

Tibb üzrə ekspert Rasif Bağırov da "Report"a bildirib ki, dava-dərman idxalında Rusiya məhsullarının payı 10 faizdən çox deyil: "Ölkəmizdəki həkimlərin böyük əksəriyyəti Rusiya dərmanlarına etimad göstərmir, çünki bunların keyfiyyəti Avropa dərmanlarına nisbətən çox aşağıdır. Azərbaycana idxal dərmanlarının çoxu Türkiyə və Avropa ölkələrindən, müəyyən qismi Hindistan və Latın Amerikası ölkələrindən gətirilir. Ona görə də Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar Azərbaycan dərman bazarına mənfi təsir göstərməyəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1018   Tarix: 12 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

21:00 154
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

16:40 217
.

Yataq otağı həddindən artıq isti olmamalıdır: Yuxu üçün ən yaxşı temperatur

Yataq otağının həddindən artıq isti olması yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa və istirahətin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Mütəxəssislər yaxşı yuxu üçün otaqda sərin mühitin yaradılmasını tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə stirileprotv.ro saytın

15:41 221
.

Quşların qışda donmamasının sirri: Bədən temperaturlarını aşağı salırlar

Quşların qış aylarında açıq havada, hətta sərt şaxtalarda belə gecəni donmadan keçirməsinin səbəbləri məlum olub. Məlum olub ki, bəzi quş növləri soyuqdan qorunmaq üçün həm davranışlarını dəyişir, həm də bədən temperaturunu aşağı salaraq enerjiyə qənaət edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə Norve

13:00 230
.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

16:50 270
.

Prezident və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

19:41 225
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

17:40 203
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

22:46 14
.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

16:52 251
.